Icma.az
close
up
RU
Vətən sağ olsun!

Vətən sağ olsun!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Şəmkir rayon Mərkəzi Xəstəxanasında 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq "Vətən sağ olsun!" mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev,Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini AynurAbdullayeva,Şəmkir Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının əməkdaşları, xəstəxananın heyyəti, tibb işçiləri, şəhid ailələri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev 27 Sentyabr Anım Gününün Azərbaycan xalqı üçün şərəf və qürur günü olduğunu qeyd edib. Bildirib ki, bu tarix Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək və onların fədakarlığını gələcək nəsillərə çatdırmaq baxımından böyük mənəvi dəyərə malikdir.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini AynurAbdullayeva öz nitqində 1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi çətinliklərdən bəhs edərək, dövlətçiliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Ümummilli Lider Heydər Əliyev siyasi irsinin bu gün də Azərbaycan Respublikasının inkişaf strategiyasının təməlini təşkil etdiyini və ölkəmizin suveren, güclü və müasir bir dövlətə çevrilməsində əhəmiyyətli rol oynadığını bildirib.

Həmçinin, 2020-ci ilin sentyabrında baş vermiş və 44 gün davam edən Vətən Müharibəsinə xüsusi yer ayıraraq, Azərbaycan Ordusunun, xalqın birliyi, dövlətin gücü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə tarixi ədaləti bərpa olunmasına nail olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər də Vətən müharibəsi zamanı yaşadıqları təcrübələrini bölüşərək, bu qələbənin asan başa gəlmədiyini, yüzlərlə qəhrəman övladımızın canı və qanı bahasına əldə edildiyini vurğulamışlar. Çıxışı edən hər natiq şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirin bədii hissəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Biz” adlı tarixi-sənədli filminə baxış keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri