Icma.az
close
up
RU
Vətən sevgisinə və xidmətinə görə qiymətləndirilən şair: Dədə Şəmşirin oğlu Şəmşiroğlu Qənbər

Vətən sevgisinə və xidmətinə görə qiymətləndirilən şair: Dədə Şəmşirin oğlu Şəmşiroğlu Qənbər

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Kəlbəcər deyəndə ağıla çox şey gəlir. Hələ illər əvvəl vətənimiz işğal altında olanda tam fərqli idi. O vətən torpaqları həm də şairlərinin, aşıqlarının timsalında xatırlanırdı.

Məhz Kəlbəcəri xatırladan bir imza, şəxsiyyət də var idi ki, o, Məşədi Məmmədalı, ağdabanlı şair Qurban şəcərəsindən olan Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlu idi.

Şəmşiroğlu Qənbərin təkcə yaradıcılığı deyil, həm də siyasi fəaliyyəti də Azərbaycan ictimaiyyətinə məlumdur.

Amma o, hər şeydən əlavə bir şair, bir ədəbiyyatçıdır.

Adətən, şairlər, yazıçılar siyasətlə məşğul olanda da fərqlənirlər. Çünki bir şair, yazıçı dünyasından hər şey fərqli görsənir.

Qənbər Şəmşiroğlu da bu cür fərqlənən siyasətçilərdən idi.

Bəlkə də, həyat özü onu başqa bir səmtə aparmışdı.

Çünki ermənilərin Kəlbəcər üzərində olan vəhşiliklərinin ilki həm də Ağdabandan başlamışdı. Öldürülən, yandırılan dinc sakinlərin içində elə Qənbər Şəmşiroğlunun da doğmaları var idi.

İnsanı şair olmağa həm də yaşadığı həyat, faciələr məcbur edir. Şəmşiroğlu yazdığı vətən şeirlərində tez-tez bu nisgili ifadə edirdi:

“Ağdabanım qan içində,

Ürək dözmür can içində.

Qənbər, alış-yan içində,

Yaman səndən nigaranam!”

Yaxud anasına yazdığı bu şeirdə də:

“Kəlbəcər qəmə bələnib,

Yaş gözümdə gilələnib.

Qaçqın düşüb, səpələnib,

Obam, səndən nigaranam.”

Onun az qala bütün şeirlərində vətən ağrısını, yanğısını görmək mümkündür.

Hətta “Ana dilim” adlı bu şeirində də:

“Yurdum Azərbaycan, elim Kəlbəcər,

Bu yurdsuz yaşamaq bir qəm, bir kədər.

İstədim sözümü deyəm bir qədər,

Öz ana dilimdə, şirin dilimdə,

Bu dil ana dilim, bu dil şipşirin.

Doğulduğum kəndin adı Ağdaban,

Dağları yamyaşıl, meşələr duman,

Bu kənd söz diyarı, ümmandı-ümman,

Burda eşitmişəm yüzlərlə dastan,

Öz dilim şirindi, öz dilim şirin.”

Görünür, Şəmşiroğlunu həyatda saxlayan ən böyük nəsnə vətən torpaqlarını yenidən görmək idi. O, bu ağrını içində və şeirlərində yaşadaraq o günü görə də bildi. Vətəninə geri qayıdan şair çox keçməmişdi ki, dünya ilə də vidalaşmışdı. Amma illərdir, cin kimi ərşə çəkilən arzuları çin olmuşdu.

“Vədin yox, vədinə söykənə Qənbər,

Vətən zəlilidi, bil, yenə Qənbər,”– sevgi şeirində də özünü “vətən zəlili” adlandıran şair başqa nə cür olmalı idi?

Onun ömrü onsuz da vətənə xidmətlə keçmişdi. Axı xidmət özü də sevgidir.

İstər pedaqoji fəaliyyətlərində, istərsə də siyasi-Gədəbəyin, Kəlbəcərin icra başçısı olduğu zamanlarda-o, həmişə belə idi.

Doğrudur, Şəmşiroğlu xidmətlərinə görə dəyərləndirilib, mükafatlandırılmışdı da.

Bu səbəbdir ki, şair “Tərəqqi”,  “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə”, “Əmək veteranı”  medalları ilə dəyərləndirilmişdi.

Amma onun ən böyük mükafatı vətən torpağı, gözəl Kəlbəcər idi.

Şükürlər olsun, o mükafatı da görə bildi.

İndi Dədə Şəmşirin də, Şəmşiroğlu Qənbərin də ruhu şaddır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri