Icma.az
close
up
RU
“Vətəndaş aylıq 10 manat ödəyirdisə, indi 9 manat ödəyəcək” Komitə sədri dəyişikliyin mahiyyətini açıqladı

“Vətəndaş aylıq 10 manat ödəyirdisə, indi 9 manat ödəyəcək” Komitə sədri dəyişikliyin mahiyyətini açıqladı

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabit tarif anlayışı vətəndaşların vəziyyətini ağırlaşdıracaq heç bir vəziyyət yaratmır”.

Bunu “AzPolitika”-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Xatırladaq ki, adıçəkilən komitənin dünən keçirilən iclasında “Elektroenergetika haqqında” Qanuna təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb. Qeyd olunur ki, elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarif tətbiq ediləcək. Bu dəyişiklik media və sosial şəbəkələrdə əhalinin elektrik enerjisi və təbii qaz ödənişlərinin artmasına gətirib çıxaracağı barədə müzakirələrə səbəb olub.

Millət vəkili dəyişikliklərin mahiyyətini açıqlayıb: “Əgər vətəndaş eyni tarif dövründə istehlaka görə aylıq 10 manat ödəyirdisə, həmin dövr üçün sabit tarif müəyyənləşəcəksə, vətəndaş istehlaka görə maksimum 9 manat ödəyəcək. Yəni, 1 manat sabit tarif, 9 manat istehlak. Yenə də 10 manat ödəniş edir. Yalnız istehlakı olmayan abonentlər, yəni mənzili, evi, bağı olanlar şərti olaraq sabit tarifi ödəmiş olacaq. Burada vətəndaşların vəziyyətinə mənfi təsir edəcək amil yoxdur. Qanunlarımız yalnız vətəndaşların mənafeyinə xidmət edir”.

Komitə sədri vurğulayıb ki, bunlar qanunvericiliklə tənzimlənir: “Sabit tarif dünya təcrübəsində də var. Metodoloji qaydaya görə, sabit tarif əsaslı tarif şərtlərindən biri kimi çıxış edir. Metodoloji qaydada sabit tarifin tətbiqi istehlak tariflərinin artması demək deyil. Burada söhbət vahid istehlakın təchizat xərclərinin xarakterinə uyğun diferensasiyasından gedir. Yekunda istehlakçılar tərəfindən ödənilən ümumi tarif məbləği artırılmır”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see277

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see265

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see258

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see227

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see215

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see150

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri