Icma.az
close
up
RU
Vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvan görüşü vasitəçisiz etimad quruculuğu prosesi

Vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvan görüşü vasitəçisiz etimad quruculuğu prosesi

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində daha bir əlamətdar hadisə baş verib. İrəvanda iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin heç bir vasitəçi olmadan ilk görüşü keçirilib.

Görüşdə Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil edib. Erməni tərəfindən isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

Uzun fasilədən sonra tərəflərin ictimaiyyət nümayəndələri arasında keçirilən bu görüş bir sıra detallara görə diqqət çəkir.

Əvvəla, Azərbaycana məxsus təyyarənin çarter reysi ilə İrəvan hava limanına enməsi iki ölkə arasındakı münasibətlərdə və qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından verilən ciddi mesaj sayılır.

İkincisi, tərəflər ilk dəfə olaraq, heç bir vasitəçi olmadan, görüşürdülər ki, bu da iki ölkə liderinin başladığı birbaşa təmasların ictimai səviyyədə davam etdirilməsi deməkdir. Bu, həm də öz maraqları çərçivəsində vaxtaşırı "dialoqu" imitasiya etməyə çalışan Qərb institutlarının prosesdən kənarda qalmasından xəbər verir.

Məlumdur ki, həm işğal illərində, həm də postmüharibə dövründə ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutları arasında müəyyən təmaslar olub. Bu görüşlər əsasən üçüncü ölkələrin ərazisində baş tuturdu. Bu zaman həm Qərb institutlarının təşəbbüsü əllərində saxlayıb iradələrini diktə etmələri, həm də erməni təmsilçilərinin özlərini "qalib" hesab edərək, fərqli prizmadan mövqe nümayiş etdirməsi bu tip görüşləri faydasız edirdi.

Lakin beş il əvvəl Azərbaycanın öz torpaqlarını azad etməklə bölgədə yaratdığı yeni reallıqlar və ortaya qoyduğu sülh gündəliyi vəziyyəti kökündən dəyişib. Həm Ermənistan hökuməti, həm də vətəndaş cəmiyyəti ritorikanı dəyişərək, sülhün əldə edilmədiyi hər günün Ermənistanın əleyhinə işlədiyini dərk ediblər.

Vətəndaş cəmiyyəti təmsilçilərinin vasitəçi olmadan, yalnız öz hökumətlərinin dəstəyi ilə görüşüb-danışması sülh gündəmi üçün vacib faktor sayılır. Müstəqil şəkildə təşkil edilən görüşlər sülh prosesinin tərəflərində əlavə məsuliyyət yaradır, prosesə təkan verir.

Ən vacib məqam isə ondan ibarətdir ki, bu görüş Vaşinqtonda əldə olunmuş 8 avqust razılaşmalarının həyata keçirilməsi istiqamətində atılan praktiki addımlardan biridir.

Vaşinqton Bəyannaməsindən sonra hər iki ölkənin lideri tərəfindən atılan real addımlar cəmiyyətləri hər ötən gün sülhə daha çox yaxınlaşdırmaqdadır.

Maraqlıdır ki, Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri ilə eyni vaxtda rəsmi Bakı Ermənistana daşınan yüklərə qoyulan qadağanı ləğv etdiyini açıqlayıb. Bu, Ermənistanın blokadadan çıxması deməkdir və aydındır ki, bu məsələdə də ilk addımı Azərbaycan atmış olub. Təsadüfi deyil ki, başda Baş nazir Nikol Paşinyan olmaqla, bir sıra erməni hökumət nümayəndələri Prezident İlham Əliyevin bu addımını alqışlayıb və təşəkkür ediblər.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, bu qərar erməni müxalifətinin bir qismi tərəfindən də müsbət qarşılanıb. Revanşist qüvvələr isə rəsmi Bakının bu addımından qorxuya düşərək, Nikol Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkilərində qələbə əldə etmək üçün balansına daha bir xal yazdırdığından həyəcan keçirirlər.

Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri isə iki ölkənin qarşılıqlı addımlar atmaq və müəyyən qarşılıqlı əlaqələr yaratmaq niyyətinin ciddi olmasından xəbər verir. İndiyədək ölkə liderləri səviyyəsində kifayət qədər qarşılıqlı addımlar atıldığı üçün artıq vətəndaş cəmiyyətinin sülh prosesinə qoşulması üçün lazım olan şərait və mühit formalaşdırılıb.

Erməni nümayəndə heyəti ilə görüş zamanı siyasi məsələlər yox, Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər, normallaşan münasibətlər kontekstində iqtisadi və logistik imkanlar və gələcək etimad quruculuğu tədbirləri də daxil olmaqla iki ölkənin cəmiyyətlərini narahat edən geniş mövzulara toxunulub. Qrupun birgə fəaliyyət planlarının və perspektivlərinin işlənib hazırlanmasına xüsusi diqqət yetirilib.

Eyni zamanda nəzərə almaq lazımdır ki, iki ölkənin birgə sülh şəraitində yaşaması zəruridir və ömürlük düşmənçiliyin mümkün olmadığı da məhz hər iki xalq tərəfindən qəbul edilməlidir. Həm Azərbaycan xalqı, həm də erməni cəmiyyəti uzun illər müharibə şəraitində yaşayıb. Eyni zamanda Ermənistanda revanşistlərin, Apostol Kilsəsinin və erməni diasporunun beyinləri zəhərləmə kampaniyaları da bu illər ərzində davam edib. Buna görə də iki cəmiyyət və xalq arasında barışığın, birgə sülh şəraitində yaşamağın qəbulu uzun bir prosesdir. Ona görə də həm Azərbaycan, həm də Ermənistanın vətəndaş cəmiyyətlərinin əsas missiyası iki xalqın nümayəndələri arasında ünsiyyətin qurulması və etimadın möhkəmləndirilməsi istiqamətində aparılmalıdır. İrəvanda baş tutan görüş isə vətəndaş cəmiyyətləri səviyyəsində aparılan dialoqun inkişafı üçün əlavə fürsətdir.

Ehtimal etmək olar ki, bu tip görüşlər müntəzəm xarakter alacaq. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri də Bakıya səfər edəcək, dəyirmi masa təşkil edərək, fikirlərini bölüşəcəklər. Bu tip görüşlərin müntəzəm xarakter alması ikitərəfli münasibətlərin ayrılmaz bir hissəsinə çevrilə bilər.

Qeyd etmək yerinə düşər ki, İrəvanda keçirilən görüşdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu görüşü yüksək qiymətləndirib: "Mən belə görüşlərin keçirilməsini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin tərkib hissəsi kimi yüksək qiymətləndirdim, çünki onlar insanlar arasında müsbət təmasların yaradılmasına yönəlib. Mən vurğuladım ki, cəmiyyətin müxtəlif təbəqələrinin bu işə cəlb olunması yalnız sülhün möhkəmlənməsinə töhfə verəcək". Ermənistan tərəfinin görüşə verdiyi qiymət əslində bu tip müzakirələrin gələcəkdə intensiv şəkildə davam etməsinə yaşıl işıq yandırmaq deməkdir. Çünki artıq erməni cəmiyyəti də, hökuməti də anlayır ki, sülh olmadan inkişaf etmək mümkün deyil. Ermənistanın inkişafı da, sosial və iqtisadi problemlərinin həlli yolu da sırf Azərbaycanla sülhdən keçir.

Son olaraq, qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan tərəfi ilə vasitəçisiz, ikitərəfli görüşlərin daha məqsədəuyğun olacağı barədə ötən il açıqlama vermişdi. O dövrə qədər isə iki ölkə rəhbəri və nümayəndələri arasında bütün görüşlər üçtərəfli və ya dördtərəfli formatda keçirilirdi. Amma 10 iyul 2025-ci ildə Əbu-Dabidə vasitəçisiz, ikitərəfli keçirilən görüş Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında Vaşinqton irəliləyişinin əldə edilməsinə zəmin yaratdı. Məhz bu səbəbdən də vətəndaş cəmiyyətləri arasında keçirilən və gələcəkdə keçirilməsi planlaşdırılan vasitəçisiz görüşlərin effektiv nəticələr əldə edəcəyini əminliklə söyləmək olar.

Report İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri