Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

QHT lərin vətəndaş cəmiyyəti quruculuğu

QHT lərin vətəndaş cəmiyyəti quruculuğu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimində bildirmişdi: “Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”. Azərbaycan Respublikasının Konstitusiyasında isə “vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq” müddəası xüsusi vurğulanıb.

Ölkə Prezidentinin “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi”, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 19 aprel 2021-ci il tarixli fərmanı, Nazirlər Kabinetinin bu fərmanların icrasının təmin edilməsi ilə bağlı müvafiq qərarları QHT-lərin cəmiyyətdə yeri, rolu, vəzifələri, fəaliyyətinin tənzimlənməsi kimi məsələləri dəqiqliklə müəyyən edib. Bu hüquqi sənədlər QHT-lərin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında yeni mərhələnin əsasını qoydu.

Bu gün Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhvali-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbir naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır. Dövlət–QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, təsirlilik, etimad, şəffaflıq modeli üzərində qurulur. QHT Agentliyi son illər qəbul olunmuş 19 Dövlət Proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz göstərici ilə tamamlayıb və belə yüksək nəticə qurumun tarixində ilk dəfə əldə olunub. Agentlik dövlət–özəl–QHT əməkdaşlığının ilk nümunələrini yaradıb.

QHT-lərin KİV-lə əməkdaşlığının gücləndirilməsi həm də vətəndaş cəmiyyətinin inkişafına, şəffaflığın təminatına stimul verən amildir. Artıq media reyestrində adı olmayan sayt, qəzetlərin pullu xidmətlərindən imtina olunur, bu da QHT-lərin məsuliyyət hissini artıran amillərdən biri kimi təqdirəlayiqdir. QHT sektorunda aktuallıq kəsb edən çağırışlara konkret, uzunömürlü işlə cavab verilməsi ənənəyə çevrilir.

Vətən müharibəsindən sonrakı dövrdə müxtəlif beynəlxalq təşkilatların, ermənipərəst dövlətlərin ölkəmizə qarşı qərəzli yanaşmalarına operativ reaksiya, etiraz bəyanatları, qəbul edilən müraciətlərin yüzlərlə media qurumuna, ayrı-ayrı şəxslərə göndərilməsi təsirsiz qalmırdı. QHT sektorunun hazırkı fəaliyyətində şəhid ailələrinə mənəvi dəstək, mina təhlükəsinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin dirçəlişi, Böyük Qayıdış proqramının icrası istiqamətində layihələr mühüm yer tutur.

Hazırkı tələbkarlıq, kəmiyyətdən keyfiyyətə keçid prosesində fəaliyyəti görünməyən, ictimai faydası olmayan QHT-lər öz-özünə sıradan çıxır, sağlamlaşdırma tədbirlərinin nəticəsi olaraq bu sektora süni axın xeyli daralıb.

QHT sektoru ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin də fəal iştirakçısına çevrilib. COP29 yönümlü fəaliyyətlərin Təşkilat Komitəsində QHT sektorunun xeyli nümayəndəsi təmsil olunub. COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi tarixi hadisə idi.

2025-ci ilin aprelində isə Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Cənub QHT Platformasının yaradılmasına 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 nümayəndə imza ilə dəstək verib. Bu, Azərbaycan QHT-lərinə etimadın göstəricisi idi. Bakının Qlobal Cənub QHT Platformasının daimi mənzil-qərargahına çevrilməsi, rəhbərliyin Azərbaycan QHT-lərinə həvalə edilməsi tarixi nailiyyətdir. 2026-cı ilin mayında Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək.

Dövlət başçımızın qarşıya qoyduğu strateji xəttin əsasında dayanan – “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” – kəlamı QHT-lərin fəaliyyətində yeni istiqamətlər açıb. Bu ay Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi həm ölkə daxilində, həm də xaricdə kütləvi tədbirlərin bacarıqlı təşkilatçısı kimi qəbul olunur. Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 4 dəfəyədək artıb. Bu günlərdə ilk dəfə BMT Baş katibi öz hesabatında “Bakı Təşəbbüs Qrupu”nun yaydığı hesabata istinad edib.

Bu gün QHT Agentliyinin fəaliyyətində süni intellekt və rəqəmsal həllər dövrünün tələblərinə müvafiq “rəqəmsal QHT” konsepsiyasının reallaşması yeni, fərqli müstəvidə iş aparılmasını, daha ciddi nəticələr əldə edilməsini, beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycan həqiqətlərinə cəlb olunmasını, bütövlükdə regionun lider dövlətinin nüfuzuna uyğun layihələrin, tədbirlərin gerçəkləşməsini tələb edir.

Oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciətində vətəndaş cəmiyyəti təsisatlarının yeni çağırışlar dövründə dövlət başçımızın etimadına layiq olmaq üçün aydın hədəflərə aparan yolda çalışmalarını daha da gücləndirmək əzmi xüsusi vurğulanıb.

Hacı ABDULLA,
tarix üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri