Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Vətəndaş cəmiyyəti təşkilatlarının Xankəndi hesabatı

Vətəndaş cəmiyyəti təşkilatlarının Xankəndi hesabatı

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Xankəndidə keçirilən QHT Forumu mahiyyətcə təkcə vətəndaş cəmiyyətinin toplantısı deyildi. Bu, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dövlət-cəmiyyət birliyinin canlı ifadəsinə çevrilən tarixi hadisə idi. “Suverenlik və Konstitusiya ili” çərçivəsində baş tutan Əməkdaşlıq Forumu həm simvolik, həm siyasi, həm də mənəvi baxımdan milli yaddaşımıza yeni bir səhifə kimi yazıldı. Uzun illər Qarabağ mövzusunda beynəlxalq platformalarda Azərbaycanın haqq səsini çatdıran, informasiya müharibəsində ön cəbhədə dayanan və humanitar sahədə mühüm işlər görən QHT-lər indi artıq Qarabağın özündə - Xankəndidə - hesabat verirdilər. Bu mənzərə həm tarix, həm də dövlətçilik baxımından unikal idi. Vətəndaş cəmiyyəti ilk dəfə idi ki, münaqişə sonrası mərhələdə bərpa və reinteqrasiya prosesinin mərkəzinə bu qədər yaxın dayanırdı.

Forumun məkan baxımından Xankəndidə keçirilməsi özü bir önəmli mesaj idi. Bu, Azərbaycanın dövlət suverenliyinin təkcə hərbi deyil, ideoloji və ictimai müstəvidə də bərpa olunduğunun göstəricisidir. Təşkilati baxımdan isə tədbir yüksək səviyyədə, peşəkar koordinasiya ilə keçirildi - bu da ölkəmizdə QHT-lərin idarəetmə və strateji planlaşdırma bacarığının yeni səviyyəyə qalxdığını nümayişi idi. Forumda dövlət və qeyri-dövlət institutlarının bir araya gəlişi isə cəmiyyətin bütövlüyünün, fikir və məqsəd birliyinin təcəssümü idi. Xankəndi Forumunda səslənən fikirlər, qəbul olunan sənədlər və müzakirələr göstərdi ki, Azərbaycan vətəndaş cəmiyyəti artıq passiv müşahidəçi deyil, dövlət siyasətinin fəal iştirakçısıdır.

Biz Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq 2007-ci ildən təmsil olunduğumuz BMT-nin İqtisadi və Sosial şurasının (ECOSOC) QHT bölməsindəki fəaliyyətimiz, Beynəlxalq Sülh Bürosunda, Beynəlxalq Mətbuat İnstitutunda olan aktivliyimiz, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti kimi mühüm qurumlarla olan ikitərəfli sıx əlaqələrimiz məhz beynəlxalq birləşmə - şəbəkələşmə prinsipləri əsasında həyata keçirilib. Biz hər zaman iştirak etdiyimiz platformalarda Azərbaycanı layiqincə təmsil etməyə və qlobal şəbəkələşmənin bir parçası olmağa çalışmışıq. Bu əlaqələr bizə beynəlxalq tərəfdaşlar qazandırıb və yeni-yeni imkanlar yaradıb. Sevindirici haldır ki, BAMF-ın uzun illərdir beynəlxalq səviyyədə göstərdiyi fəallıq hazırda bir çox yerli QHT-lər tərəfindən də izlənməkdədir. Onların bir çoxu artıq BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, beynəlxalq platformalarda söz sahibinə çevrilirlər.

Bu Forum həm də mənəvi anlamda çox dərin bir mənaya sahib idi. Uzun illər işğal altında qalan bir şəhərdə indi vətəndaş cəmiyyətinin, sülhün, birliyin, dövlətin səsi səslənir. Bu, həm milli qürurun, həm də siyasi yetkinliyin təntənəsidir. Xankəndidə keçirilən hər görüş, səslənən hər fikir bir həqiqəti təsdiqlədi: Azərbaycanın suverenliyi artıq təkcə siyasi xəritədə deyil, ictimai şüurda, mədəni və hüquqi sistemdə də tam bərpa olunub. Dövlətin və vətəndaş cəmiyyətinin ortaq iradəsi bu Forumun ruhunu təşkil edirdi.

Vətəndaş cəmiyyətinin nümayəndələri üçün Xankəndi Forumu həm də məsuliyyətin yeni mərhələsi deməkdir. Qarabağda quruculuq, bərpa, reinteqrasiya və humanitar proseslərdə QHT-lərin üzərinə böyük missiyalar düşür. Onlar yerli icmalarla birbaşa işləməli, sosial adaptasiya proseslərini müşayiət etməli, beynəlxalq aləmdə Azərbaycanın reallıqlarını daha fəal şəkildə təqdim etməlidirlər. Bu, həm milli həmrəylik, həm də sosial məsuliyyət baxımından yeni bir dövrün başlanğıcıdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da öz çıxışında QHT-lərin son illərdəki aktivliyinə vurğu edərək 2023-cü ildən hər il Azərbaycan QHT-lərinin illik toplantısı keçirildiyini və bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97% göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirdi.

Bu gün Xankəndidə keçirilən hər tədbir, səslənən hər fikir Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ açır. QHT-lərin Xankəndidə iştirakı, onların bu şəhərdə sülhün, ədalətin və inkişafın tərəfdarı kimi çıxış etməsi - bu, suverenliyin cəmiyyətlə tamamlanması deməkdir. Xankəndi Forumu yalnız bir tədbir deyildi – bu, vətəndaş cəmiyyətinin dövlətlə bir səngərdə dayanmasının, xalq iradəsinin və milli birliyin qələbəsinin rəmzi idi. Forumda çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev elə məhz bu məqama – QHT-lərin birliyinə xüsusi diqqət ayırdı. O öz çıxışında 2022-ci ilin dekabr ayında Azərbaycan QHT-lərinin Şuşada Xankəndi–Laçın yolunda 138 gün davam etdirdiyi etiraz aksiyası zamanı hər günün mübarizə, həmrəylik və vətənpərvərlik ruhunda keçməsini diqqətə çatdırdı: “2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı həmin prosesin məntiqi yekunu oldu, 15 oktyabrda isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı – bununla da erməni separatizminin sonu gəldi.” – deyə Tural Əliyev öz çıxışında qeyd edərək Azərbaycan QHT-lərinin Xankəndində toplaşmasının rəmzi məna daşımasını da xüsusilə vurğuladı.

Xankəndidə keçirilən Forumun ruhu təkcə Qarabağla məhdudlaşmadı, o, bütöv Türk dünyasının yaddaşına da səsləndi. Çünki bu gün Kərkükdə türkmənlərin milli-mədəni varlığını qorumaq uğrunda apardığı mübarizə ilə Xankəndidə vətəndaş cəmiyyətinin səsləndirdiyi iradə arasında dərin bir paralellik var. Hər iki məkan tarixi kimlik uğrunda mübarizənin, köklərə sədaqətin və milli iradənin simvoludur. Forum çərçivəsində təşkil olunmuş “Türkmən irsi – tarixi köklərə sədaqət” paneli də bu məqamı xüsusi vurğuladı. Çıxışlarda türkmənlərin tarixi köklərinin qorunması, Kərkükdə milli kimliyin saxlanması və Azərbaycan–Türkmən əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı təkliflər də irəli sürüldü.

Əminəm ki, QHT-lərin Xankəndi forumu timsalında son illər Azərbaycanın moderatorluğu ilə başladılan bütün təşəbbüslərin, göstərilən bütün səylərin məntiqi nəticəsi olaraq biz birlikdə daha da güclənəcək və dünyanın dörd bir yanına səsimizi çatdıracağıq.

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri