Icma.az
close
up
RU
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəhdət təşkil edir TƏHLİL

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəhdət təşkil edir TƏHLİL

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətəndaş cəmiyyətinə demokratik, müstəqil, inkişaf etmiş ölkələrdə rast gəlinir. Öna görə ki, insanların siyasi deyil, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti ön planda olan bu cəmiyyətdə avtoritar hakimiyyətdən, sinfi düşmənçilikdən, totalitarizmdən, zorakılıqdan söhbət belə gedə bilməz və məhz bu baxımdan da demokratik ölkələr məhz vətəndaş çəmiyyətinə üstünlük verirlər. Bununla belə, unutmaq lazım deyil ki, vətəndaş cəmiyyəti dövlətdən tam təcrid olunmuş formada inkişaf edə bilməz və bu cəmiyyət dövlətlə sıx qarşılıqlı əlaqədə olmaqla, bütün sahələrdə dövlətin dəstəyinə arxalanır. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəhdət təşkil edir.

Ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri, əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını təşkil edən əsas elementlərdir. Bu baxımdan, vətəndaş cəmiyyətinin inkişafının təməl prinsiplərinin məhz ictimai fikrin formalaşması, eləcə də ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması, sosial konfliktlərin həlli, müstəqil media, cəmiyyətin maraqlarını qoruyan və müdafiə edən konstitusiya, ədalətə söykənən məhkəmə-hüquq sisteminin formalaşması olması heç də təsadüfi deyil.

Vətəndaş cəmiyyətinin formalaşmasının ilk növbədə insan faktoruna dayanması, fərdin iqtisadi azadlığı, müxtəlif mülkiyyət formaları və onun qorunması da bəllidir. Bəlli olan odur ki, vətəndaş cəmiyyəti insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən çıxaraq, məhz təsərrüfat və siyasi məsuliyyəti üzərinə götürməyə hazır olması ilə ilk əvvəl formalaşıb. Bu cəmiyyət özünün müasir formasına gəlib çatmasında uzun bir təkamül yolu keçib. Müasir dövrdə, dövrümüzdə vətəndaş cəmiyyəti dedikdə azad sahibkarlıq, siyasi plüralizm, təşəbbüskarlıq mühiti başa düşülür. İstehsal vasitələrinə, pul kapitalına, aksiyalara, insanlara gərəkli olan informasiyalara, intellektə və xüsusən də işçi qüvvəsinə malik olan insanların demokratik cəmiyyəti məhz vətəndaş cəmiyyətidir və bu cəmiyyət rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi qəbul edilməkdədir. Uzun illər ərzində, daha dəqiq desək, Sovet dönəmində, düz yetmiş il boyunca kollektivləşmə adı altında insanların dövlətə məxsus təsərrüfatlarda bir araya gətirilməsi əslində, şəxsi mülkiyyətçiliyin əleyhinə atılan bir addım olaraq, müasir vətəndaş cəmiyyətinin formalaşmasını Azərbaycanda on illərlə əngəllədi. Amma müstəqillik əldə edildikdən sonra bu istiqamətdə dövlət səviyyəsində bir-birinin ardınca qəbul olunan qanunlar Azərbaycanda istər sahibkarlığın, istərsə də qeyri-hökumət təşkilatlarının yaranması, beləliklə də vətəndaş cəmiyyətinin formalaşması üçün geniş imkanlar, əsaslı zəmin yaratdı.

Ölkəmiz öz müstəqilliyini əldə etdiyi dövrdə çox böyük problemlərlə, qayğılarla üzləşsə də, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində nailiyyətlər qazana bildi. Digər istiqamətlərdə, digər sahələrdə olduğu kimi vətəndaş cəmiyyətinin yaradılmasında da nailiyyətlərin qazanılmasında xalqımızın təkidlə tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri oldu və bu xidmətlər danılmazdır. Ulu Öndər özünün unikal siyasi savadı və fenomenal strategiyası ilə Azərbaycanda hüquqi dövlət quruculuğunun sarsılmaz təməlini qoydu, əsaslarını yaratdı. ”Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun və bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir...”, deyə bəyan edən Ulu Öndər ölkəmizdə vətəndaş cəmiyyətinin, hüquqi dövlət quruculuğunun yaradıcısı hesab olunur.

Sözsüz ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində çox böyük işlər görülüb və Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar aparılıb. İnsanların hüquq və azadlıqlarının təminatına, dövlətin vətəndaş qarşısında, vətəndaşın isə dövlət qarşısında məsuliyyətinə, qanunun aliliyi və hüquq-mühafizə orqanlarının effektivliyinə, hüquqi dövlət quruculuğuna həssaslıqla yanaşılıb, xüsusi önəm verilib. Ölkəmizin hüquq sisteminin demokratik prinsiplər əsasında tamamilə yenidən qurulması, Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul olunması, ölkədə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyulması sadalananları təsdiq edir. Təsdiq edir ki, həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə, daha dəqiq desək, vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldilib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Milli Sahibkarlığa Kömək Fondu və digər bu kimi sırf vətəndaş cəmiyyətinin inkişafına yönəlik təsisatların yaradılması və onların fəaliyyətinin stimulaşdırılması yönündə aparılan islahatlar, bir sıra QHT-lərin xarici donorlardan asılılığının minimuma endirilməsi işinin təşkili istiqamətində atılan addımlar isə dövlətin ölkədə sağlam vətəndaş cəmiyyətinin formalaşmasında maraqlı olduğunu isbatlayır. Vətəndaşların maraq və tələbatlarını, azadlıqlarını ifadə edən vətəndaş cəmiyyətinin əsas elementləri kimi insan hüquq və azadlıqlarının qeyd-şərtsiz tanınması və qorunması, qanun qarşısında hər kəsin bərabərliyi, KİV-in müstəqilliyi və digər bu kimi demokratik dəyərlər Azərbaycanda ön plandadır və qorunur. Ölkəmizdə üç min beş yüzdən artıq vətəndaş cəmiyyəti var. Bu isə onu göstərir ki, Azərbaycan Respublikası vətəndaş təşəbbüslərinin dəstəkləndiyi, siyasi plüralizmin əsas götürüldüyü demokratik cəmiyyətin formalaşdığı ölkələr sırasındadır. Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı proseslər bütün dünyada olduğu kimi, ölkəmizdə də eyni məcrada davam etməkdədir. Azərbaycanda ildən-ilə vətəndaşların sosial fəallığının artması özünü muxtəlif cəmiyyətlərin, birliklərin, sosial hərəkatların yaranması və fəaliyyətini genişləndirməsi ilə göstərir. Bütün bu sadalananlar onu deməyə əsas verir ki, bizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəhdət təşkil edir.

Müəllif: İnam Hacıyev

6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri