Icma.az
close
up
RU
Vətəndaş cəmiyyətinin məsuliyyəti və humanitar diplomatiya

Vətəndaş cəmiyyətinin məsuliyyəti və humanitar diplomatiya

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

(Umud Mirzəyevin 65 illik ömür və fəaliyyət yoluna analitik baxış)

Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü və institusional inkişafı bir sıra ziyalıların, ictimai xadimlərin ardıcıl və prinsipial fəaliyyəti ilə bağlıdır. Bu baxımdan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin çoxillik ictimai fəaliyyəti xüsusi maraq doğurur. Onun bu günlərdə geniş qeyd edilən 65 illik yubileyi yalnız şəxsi həyat mərhələsi deyil, eyni zamanda müstəqil Azərbaycanın vətəndaş cəmiyyəti tarixinin mühüm bir kəsiyinə nəzər salmaq üçün münasib fürsətdir.

BAMF prezidenti Umud Mirzəyevin fəaliyyətində diqqət çəkən əsas cəhətlərdən biri vətəndaş cəmiyyətinə sistemli və institusional yanaşmadır. Onun rəhbərliyi ilə BAMF uzun illər ərzində ayrı-ayrı təşəbbüslər toplusu olmaqdan çıxaraq, regional və beynəlxalq səviyyədə tanınan, ictimai etimad qazanmış bir platformaya çevrilmişdir. BAMF bu gün informasiya, humanitar əməkdaşlıq və ictimai diplomatiya sahələrində fəaliyyət göstərən təsisat kimi Azərbaycan vətəndaş cəmiyyətinin səsinin beynəlxalq müstəvidə eşidilməsində mühüm rol oynayır.

Bu yanaşma göstərir ki, müasir dünyada vətəndaş cəmiyyəti yalnız daxili ictimai proseslərin iştirakçısı olmaqla kifayətlənməməli, eyni zamanda beynəlxalq diskursda da mövqeyini əsaslandırılmış şəkildə təqdim etməlidir. Umud Mirzəyevin fəaliyyət xətti məhz bu anlayışa əsaslanır.

Humanitar diplomatiya və beynəlxalq platformalar

Umud Mirzəyev uzun illərdir ki, humanitar diplomatiyanı praktiki fəaliyyət müstəvisində reallaşdıran ictimai xadimlərdəndir. O, müxtəlif beynəlxalq konfranslarda, forumlarda və ictimai müzakirə platformalarında çıxış edərək münaqişələrdən zərər çəkmiş regionların problemlərini, humanitar fəlakətlərin sosial nəticələrini və mülki əhalinin hüquqlarını gündəmə gətirmişdir. Onun beynəlxalq çıxışlarında emosional ritorikadan daha çox faktoloji materiallara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yanaşma üstünlük təşkil edir. Bu isə Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyinin daha inandırıcı və qəbulolunan şəkildə təqdim edilməsinə imkan yaradır.

Qarabağ mövzusu: postmünaqişə mərhələsinin çağırışları

Qarabağ problemi Umud Mirzəyevin ictimai fəaliyyətində xüsusi yer tutur. İşğal dövründə regionda törədilmiş humanitar fəlakətlərin, mədəni irsin məhv edilməsinin və məcburi köçkünlərin üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətə çatdırılması BAMF-ın əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur. Postmünaqişə mərhələsində isə bu fəaliyyət yeni məzmun kəsb etmişdir. Bu gün Qarabağda aparılan bərpa və yenidənqurma prosesi təkcə infrastruktur layihələri ilə məhdudlaşmır. Sosial reinteqrasiya, təhlükəsiz yaşayış mühitinin yaradılması, mina təhlükəsinin aradan qaldırılması və ictimai etimadın formalaşdırılması kimi məsələlər də mühüm əhəmiyyət daşıyır. Umud Mirzəyev bu proseslərdə vətəndaş cəmiyyətinin rolunu tamamlayıcı və dəstəkləyici mexanizm kimi qiymətləndirir.

Vətəndaş cəmiyyətində liderlik modeli

Akademik baxımdan Umud Mirzəyevin fəaliyyəti vətəndaş cəmiyyətində liderlik modelinin formalaşması prizmasından da maraqlıdır. O, şəxsi təşəbbüsü institusional çərçivəyə salmağı, fərdi nüfuzu təşkilati etimadla uzlaşdırmağı bacaran liderlərdəndir. Bu yanaşma uzunmüddətli fəaliyyət üçün mühüm şərt hesab olunur. Birgə beynəlxalq-regional səfərlər və konfranslar zamanı müşahidə edilən əsas məqam ondan ibarətdir ki, Umud Mirzəyev dialoqa açıq, müxtəlif mövqelərə tolerant yanaşan, lakin prinsipial məsələlərdə mövqeyini qətiyyətlə qoruyan ictimai xadimdir. Bu keyfiyyətlər onun həm ölkə daxilində, həm də beynəlxalq tərəfdaşlar arasında etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır.

Zamanın sınağından keçən mövqe

İctimai nüfuzun formalaşması zaman tələb edən mürəkkəb prosesdir. Umud Mirzəyevin nüfuzu da illər ərzində ardıcıl fəaliyyət, prinsipial mövqe və ictimai məsuliyyət əsasında formalaşmışdır. O, müxtəlif ictimai-siyasi mərhələlərdə mövqeyini dəyişmədən, dəyərlərinə sadiq qalaraq fəaliyyət göstərmişdir. Bu gün onun adı Azərbaycanda və beynəlxalq müstəvidə vətəndaş cəmiyyəti, humanitar əməkdaşlıq və ictimai diplomatiya anlayışları ilə assosiasiya olunur. Bu isə təsadüfi deyil, uzun illərin sistemli fəaliyyətinin nəticəsidir.

Yubiley: retrospektiv baxış və gələcəyə yönəlmiş məsuliyyət

Umud Mirzəyevin 65 illik yubileyi bir İNSANIN ömür yolunun aralıq yekunu olmaqla yanaşı, həm də gələcək fəaliyyət üçün yeni mərhələnin başlanğıcıdır. Bu yaş dövrü müdriklik, təcrübə və strateji baxışın vəhdətini ifadə edir. Umud Mirzəyevin fəaliyyəti göstərir ki, vətəndaş cəmiyyətinin davamlı inkişafı məhz bu keyfiyyətlər üzərində qurulmalıdır. Əminliklə demək olar ki, onun zəngin təcrübəsi, geniş beynəlxalq əlaqələri və ictimai nüfuzu gələcək illərdə də Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına, humanitar diplomatiyanın möhkəmlənməsinə və postmünaqişə reallıqlarının düzgün təqdimatına mühüm töhfə verəcəkdir.

ƏZİZ UMUD MİRZƏYEV!

Qoy Sizin ömrünüz uzun, fəaliyyətiniz davamlı, qələminiz iti, sözünüz həmişə keçərli, ictimai diplomatiyanız  humanitar olsun. Arzu edirəm ki, həmişə elə-beləcə gənc, enerjili, gülərüz, sevilən ictimai xadim kimi qalasınız.

TƏBRİK EDİRƏM, 65 İLLİK YUBİLEYİNİZ MÜBARƏK!

ƏLÖVSƏT QARACA ƏLİYEV,

professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Mart 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri