Icma.az
close
up
RU
Vətəndaş da qazanmaq istəyir, şirkət də: Qiyməti kim təyin edir?

Vətəndaş da qazanmaq istəyir, şirkət də: Qiyməti kim təyin edir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Son illərdə Bakıda köhnə yaşayış binalarının sökülməsi prosesi geniş vüsət alıb. Bu proses tək şəhərin simasının yenilənməsi baxımından deyil, həm də sosial və hüquqi müstəvidə müxtəlif müzakirələrə səbəb olur. Əsas narazılıq isə söküntü zamanı sakinlərə ödənilən kompensasiyalarla bağlıdır. Mütəmadi olaraq köhnə mənzillərindən çıxarılan sakinlərlə tikinti şirkətləri arasında kompensasiya məbləği ilə bağlı ciddi fikir ayrılıqları yaranır. Bəs bu sahədə narazılıqları minimuma endirmək, prosesə şəffaflıq və ədalət gətirmək üçün hansı sistemli addımlar atıla bilər?

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, bu sahədə qiymətləndiricilər olmalıdır: "Qiymətləndirmə haqqında müvafiq qanunvericilik var. Dövlət sifarişi olan yerlərdə bu proses həyata keçirilir. Müstəqil qiymətləndiricilər cəlb edilir, ərazi qiymətləndirilir, kompensasiya məbləği təyin olunur. Özəl şirkətlər əsasən vəsaitə qənaət edirlər. Yaxşı olardı ki, hər bir əmlakın satın alınmasında qiymətləndirmə həyata keçirilsin. Vətəndaş narazı qalarsa, digər şirkətlərə müraciət etsin. Həm vətəndaşlar, həm də tikinti şirkəti bunda maraqlı olmalıdır”.  

E.Azadov bildirdi ki, əvvəl bu məsələdə hər rayonun rəhbərliyi sərəncamı özü verirdi. İcra Hakimiyyəti vətəndaşla şirkət arasında tənzimləyici idi. Bu, sonradan ləğv edildi. Artıq tənzimləyici mexanizm mövcud deyil: "Qanun deyir ki, vətəndaşı razı salmalısan. Razılaşma olmadıqda, məhkəməyə müraciət edilir. Bəzən olur ki, vətəndaş ödənilən məbləğə eyni ərazidən əmlak ala bilmir. Problemlər buradan qaynaqlanır. Çox az hallarda vətəndaşlar sui-istifadə hallarına yol verirlər. Bu zaman məhkəmə tikinti şirkətinin xeyrinə qərar qəbul edir. Amma tikinti şirkətləri qanunu daha çox pozurlar. Kim köçmək istəmir, onları narahat etməyə başlayırlar. Bu hallar daha çox fərdi yaşayış evlərinin söküntüsü zamanı baş verir. Qanunsuz tikili olanda vətəndaşlar daha çox təzyiq altında qalırlar”. 

Ekspert bildirir ki, vətəndaşlara evləri sökülməzdən ən azı altı ay öncə yazılı bildiriş gəlməlidir. Bütün danışıqlar yazılı şəkildə aparılmalıdır: "Yaxşı olar ki, prosesə hüquqşünas cəlb etsinlər. Şirkətlə heç bir şifahi danışıq aparmasınlar”. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da deyir ki, prosedurlara görə dövlət sifarişi olduqda, tender elan edilir, qalib gələn qiymətləndirmə şirkəti bir kvadratmetrin bazar dəyərini müəyyən edir: "Vətəndaşın əmlakının sahəsinə uyğun kompensasiya ödənilir. Əgər tikinti ilə məşğul olan sahibkar insaflıdırsa, heç bir problem baş vermir. Əks halda vətəndaş problemlə üzləşir. Tələb qoyulmalıdır ki, sövdələşmə sahibkarla vətəndaş arasında olduqda belə, kompensasiya məbləği qiymətləndirici şirkət tərəfindən təyin edilməlidir”. 

V.Orucun fikrincə, hər bir halda qanun vətəndaşın rahatlığını üstün tutmalıdır: "Bəzən vətəndaşın mənzili kiçik olduqda, təklif olunan kompensasiya ilə ev ala bilmir. Bu zaman məsələ məhkəməyə qədər gedir. Belə hallar yaşanmaması üçün müəyyən normativ sənədlər qəbul edilməlidir. Vətəndaşa yaşayış imkanları yaradılmalıdır”. 

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov isə düşünür ki, bəzi hallarda vətəndaşlar yaranan imkandan sui-istifadə edirlər: "Bizdə əmlakın toxunulmazlığı əsas götürülür. Bu zaman əmlak sahibi istədiyi məbləği təyin edir. Qanunvericilik də vətəndaşın iddiası yönündə çıxış edir. Sahibkar bütün mənzil sahibləri ilə razılığa gələ bilir. Bir neçə nəfər qeyri-real tələb irəli sürür. Beləliklə, inşaat uzanır, digər evi sökülən vətəndaşlar uzun müddət kirayələrdə qalmalı olurlar”. 

F.Xəlilovun fikrincə, vətəndaşla şirkət arasındakı razılaşma qanuniləşməlidir: "Hazırda tikinti şirkətləri sakinlərə təklif edirlər ki, mənzilin sahəsi nə qədərdirsə, 20 faiz artıq mənzillə təmin edirik. Yaxud, bazar qiyməti ilə kompensasiya məbləği təklif olunur. Bu zaman vətəndaşlar narazılıq edirlər. O səbəbdən bu addım qanuniləşməlidir. Vətəndaşın evi necə hesablanıbsa, həmin ərazidə 20 faiz artıq sahə verilməklə, yeni mənzillə təmin olunmalıdır. Bu, məcburi həyata keçirilməlidir. Əgər əksər vətəndaşla razılıq əldə edilirsə, bir neçə şəxs etiraz edirsə, məcburi yol tətbiq edilməlidir”. 

Hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, əmlak vətəndaşın mülkiyyətidir. Mülkiyyət də toxunulmazdır. Heç kim mülkiyyət hüququndan məhrum edilə bilməz: "Əmlak yalnız dövlət ehtiyacları üçün məcburi geri alına bilər. Bu zaman əmlakın bazar dəyəri müəyyənləşdirilərək qabaqcadan ödənilməklə mülkiyyət hüququna xitam verilir. Qeyri-dövlət ehtiyacları üçün məcburi satınalma nəzərdə tutulmayıb. Söküntülər də bu kateqoriyaya daxildir. Qanunvericiliyə görə, vətəndaşdan əmlakı məcburi alına bilməz. Yalnız qarşılıqlı razılıq olmalıdır. Məcburiyyət olmadığı üçün vətəndaş istədiyi qiyməti təyin edir. Vətəndaş görür ki, tənzimləmə yoxdur, ümid edir ki, daha çox qazana bilər”. 

Hüquqşünasın fikrincə, bu məsələ ilə bağlı qanunvericilikdəki boşluqlar aradan qalxmalıdır: "Dövlət bu məsələləri tənzimləməlidir”.  

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hidayət Məhərrəmli yarım milyonumu ələ keçirtdi, məni dəfələrlə döydü Fotolar

11 Sentyabr 2025 16:54see189

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see151

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see149

İsrail bununla islam dünyasına müharibə elan etdi HƏMAS

11 Sentyabr 2025 19:27see141

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see141

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see135

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see134

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see134

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see134

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see128

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see128

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see127

Orban: Ursula fon der Leyen istefa verməlidir

11 Sentyabr 2025 14:47see124

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see123

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see121

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see120

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see120

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see117

Bir sıra QHT lər qanunla qadağan olunan fəaliyyətə yol verir BƏYANAT

11 Sentyabr 2025 19:02see117

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri