Icma.az
close
up
RU
Dərmanların qiyməti hər ay qalxır: “200 dən çox şirkət bağlanıb”

Dərmanların qiyməti hər ay qalxır: “200 dən çox şirkət bağlanıb”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“2025-ci ilin yanvar-noyabr aylarında apteklərdə 1 milyard 424.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. 

Satış həcmi satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24.3% artıb. Yəni, 2025-ci ilin ilk 11 ayında, keçən ilin eyni dövrünə görə vətəndaşlar dərmanlara, 300 mln. manat daha çox xərcləyiblər”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 

Ekspert qeyd edir ki, 25%-ə yaxın artım orqanik deyil, deməli, dərmanların həcmi yox, qiyməti kəskin artıb: “Dərman qiymətlərinin hər il artmasının əsas səbəbi hökumətin təsis etdiyi Tarif Şurasının mənasız, məzmunsuz, ziyanlı tənzimləmə siyasətidir. 

Dərman sahəsində qiymətlərin təzimləməsi Tarif Şurasına tapşırılan gündən bu günə ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür. Çünki Tarif Şurasının yanaşması ancaq inhisarşılara xeyir verən, xalqı heçə sayan, qiymətləri qaldıran, keyfiyyəti aşağı salan yanaşma və metodologiyadır. Bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib-satan şirkət bağlanıb, rəqabət məhv olub, ancaq bəzi məmurlara, deputatlara bağlı iri şirkətlərin marağına uyğun qərarlar alınıb. 

Nəticə olaraq qiymətlər hər ay qalxır, bunu görməmək mümkün deyil, hökumət görmürsə, deməli, görmək istəmir. Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında ƏDV-i ya ləğv edin, ya da, hesabatlılıq üçün sizə lazımdırsa, simvolik olaraq 2%-ə endirin. 

ƏDV ləğv olunsa dərman qiymətlərində azı 15% ucuzlaşma olacaq, pararlel olaraq da Tarif Şurasının bu mənasız səlahiyyəti ləğv edilib rəqabət mühiti yenidən təsis edilsə, qiymətlər daha 15-20% enəcək, yəni, bu gün 10 manata olan dərmanı vətəndaş 6 manata ala biləcək. 

Eşitmirlər, görmürlər, dinləmirlər, özü də ki, ölkə dərman istehsal etmir, 93-94% idxal edirik, xaricdə dərman istehsal edən şirkət zülm çəkir, investisuya qoyur, istehsal təşkil edir, dövriyyədən 10-15% qazananda sevinir, bizim hökumət isə heç nə etmədən xaricdə istehsal edilən dərmandan satışda 18% qazanmaq istəyir. Özü də bilir ki, istənilən vergi və rüsumun son ödəyicisi vətəndaşdır”. 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri