Vətəndaş həmrəyliyi və sağlam həyata çağırış: Abşeron Milli Parkında veloyürüş FOTOLAR
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron Milli Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” çərçivəsində veloyürüş təşkil olunub.
Tədbir TƏBİB-in Pirallahı Tibb Mərkəzinin təşkilatçılığı, Abşeron Milli Parkının və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dəstəyi ilə baş tutub.
İki mərhələdə, eyni məsafə üzrə keçirilən yürüşə ümumilikdə 100-dən artıq tibb işçisi və könüllü qatılıb. Ulu Öndərin əziz xatirəsinə ehtiram, ölkəmizin suverenliyinin və vətəndaş həmrəyliyinin təbliği, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan tədbir iştirakçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Sonda veloyürüş iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub. Tədbir Şahdili turu ilə yekunlaşıb.









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 May 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















