Icma.az
close
up
RU
Vətəndaş seçkidə iştirak etməklə öhdəliyinin bitdiyini düşünməməli, bələdiyyəyə dəstək verməlidir

Vətəndaş seçkidə iştirak etməklə öhdəliyinin bitdiyini düşünməməli, bələdiyyəyə dəstək verməlidir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Bələdiyyə demokratik təsisatdır. Vətəndaş cəmiyyətinin bir formasıdır. Demokratik ölkədə yerli özünü idarəetmə orqanlarının fəaliyyəti zəruridir və zamanın tələbidir. Məhz buna görə də dövlət Azərbaycanda bələdiyyələrin inkişafına, onların formalaşmasına önəm verir. 2009-2014-cü illərdə bələdiyyələrdə keçirilən islahatlar da bunu deməyə əsas verir. Çünki həmin islahatlar zaman 1300-ə yaxın bələdiyyə birləşdirildi, ləğv olundu və ayrıldı. Bu, təbii bir proses idi. Çünki əgər bələdiyyənin əmlakı, torpağı və onun maliyyə bazası yoxdursa, həmin qurum heç bir yerli əhəmiyyətli sosial-iqtisadi məsələni həll etmək gücünə malik deyil. Qanunvericilikdə aydın göstərilir ki, yerli özünü idarəetmə orqanlar müvafiq ərazilərində qanunvericiliyə uyğun olaraq, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həll edən orqanlardır, qurumlardır. Belə olan halda bələdiyyələrin müəyyən səlahiyyətləri, onların əmlakı və maliyyə bazası olmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, ötən bələdiyyə seçkilərində bələdiyyələrin sayının 1606 olduğunu aydın şəkildə gördük. Deputatın fikrincə, zaman tələb edirdi ki, bələdiyyələr bir daha birləşsin, formalaşsın, təkmilləşsin və onların kadr potensialı yüksəlsin.

Tahir Rzayev

“Müvafiq qanun qəbul olundu və artıq bu seçkilərdə 685 bələdiyyə seçiləcək. Sözsüz ki, gələcəkdə yeni islahatlara getmək və öz fəaliyyətində nöqsanlara yol verən bələdiyyələrin sıradan çıxması təbii bir prosesə çevriləcək. Bu gün işinin öhdəsindən gələn bələdiyyələr var.

Bu seçkilərin şəffaf, demokratik keçiriləcəyinə heç bir şübhə yoxdur. Ancaq seçicilər bu barədə öz sözlərini deməlidirlər. Onlar bələdiyyələrə ərazilərdə hörməti olan, vətəndaşlarla münasibət yaratmağı bacaran, təşkilatçılıq qabliyyətinə malik, təşəbbüskar insanları gətirməlidirlər. Çünki bu gün cəmiyyət bunu tələb edir. Artıq köhnə ab-hava, köhnə üsullarla işləmək mümkün deyil”-deyən deputat vurğulayıb ki, bələdiyyə sisteminin yenidən qurulmasında vətəndaşların rolu çox böyükdür.

“Bələdiyyələri ərazi sakinləri seçir, onlar formalaşdırır və qanunvericiliyə uyğun olaraq, onların fəaliyyətində də vətəndaşlar yaxından iştirak etməlidirlər.

Bələdiyyələrdən hesabat tələb olunmalıdır. Onların iclaslarında iştirak təmin edilməlidir. Təkliflər verilməli, nöqsanların aradan qaldırılması üçün köməklik göstərilməlidir. Ancaq bu sahədə bələdiyyə-vətəndaş münasibətlərində hələ görüləsi işlər çoxdur. Nöqsanlar da var”-deyə Tahir Rzayev qeyd edib. Deputatın fikrincə, bu səbəbdən də bələdiyyələrin fəaliyyətində problemlər ortaya çıxır.

“Vətəndaş öz bələdiyyəsini yaradıbsa, ona dəstək verməlidir. Ancaq seçkidə iştirak etməklə öz fəaliyyətini bitirmiş hesab etməməlidir. Seçici gəlir səs verir və bununla da sanki öz işini bitmiş hesab edir. Bir dəfə də olsun, bələdiyyənin fəaliyyəti ilə maraqlanmır. Belə olan halda bələdiyyə də müəyyən nöqsanlara yol verir. Çünki insanlar bələdiyyələrdən müəyyən məsələlərin - yol, su, abadlıq, yaşıllaşdırma və digər ehtiyacların təmin olunmasını tələb etməlidirlər. Bələdiyyələr də bu işləri görməkdən ötrü, müəyyən maliyyə vəsaitləri əldə etməlidir. Dövlət onlara müəyyən miqdarda maliyyə ayrır, ancaq onların əsas maliyyə bazası vətəndaşlardan yığılan vergilər, ödənişlər və digər rüsumlardır. Müəyyən sahibkarlar da bələdiyyələrə köməklik göstərməlidirlər”-deyən deputat təəsssüflə bildirib ki, bu gün bir çox bələdiyyələr əmlak, torpaq vergisini toplaya bilmir, öz ərazilərində fəaliyyət göstərən ictimai obyektlərdən və istirahət mərkəzlərindən, eləcə də otellərdən, digər xidmət obyektlərindən ödənişlər toplaya bilmirlər.

“Belə olan halda bələdiyyənin fəaliyyəti nəzərə çarpmayacaq. Bu səbbədən də ilk növbədə vətəndaş-bələdiyyə münasibətlərini yaxşılaşdırmaq lazımdır. Bu münasibətlər sağlam olarsa, vətəndaş kimi seçəcəyini və kimə etimad göstərəcəyini dəqiq müəyyənləşdirəcəksə, o zaman bələdiyyələrin fəaliyyətində əsaslı dönüş yaratmaq mümkün olacaq”-deyə deputat əlavə edib.

Tahir Rzayev hesab edir ki, vətəndaşlar öz seçki hüquqlarından normal şəkildə istifadə edirlər.

“Bir çox vətəndaş yaşadığı ərazidə seçilən bələdiyyələri tanımaq istəmirlər və ya tanımırlar. Kimin seçiləcəyi onlar üçün maraqlı deyil. Əslində belə olmamalıdır. Vətəndaş maraqlanmalı, siyahıya baxmalıdır. Əgər 20-30 nəfər namizədliyini veribsə, onların fəaliyyətini araşdırmalı və kimin layiqli olduğunu, kimin bələdiyyəyə fayda verəcəyini müəyyənləşdirməlidir. Eyni zamanda vətəndaş ətrafındakı insanlara bildirməlidir ki, məsələn; “mən bu vətəndaşı tanıyıram, qabiliyyətli şəxsdir, işini biləndir və bələdiyyəyə seçilərsə, gələcəkdə yaşadığımız ərazi üçün faydalı iş görə bilər”. Ancaq bir çox vətəndaşımız bunu düşünmür. Bələdiyyə seçkisi bitdikdən sonra müəyyən tələblər irəli sürürlər. “Mənim küçəmə gedən yolu düzəlt, su məsələsini düzəlt, digər məsələdə mənə yardımcı ol və s.”. Ancaq onlar bələdiyyəyə yardım etməkdən çəkinirlər.

Ümid edirəm və belə bir inamım var ki, bu seçkilər əvvəlki seçkilərdən fərqli olaraq şəffaf, demokratik və aşkar şəraitdə keçəcək. Çünki ötən il keçirilən prezident və parlament seçkilərində vətəndaşların fəallığının şahidi olduq. Bələdiyyə seçkilərinin də yüksək əhval-ruhiyyə ilə keçiriləcəyinə inanıram. Seçilən bələdiyyələr yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində, vətəndaşların arzu və tələblərinin ödənilməsində öz əllərindən gələni əsirgəməyəcəklər”-deyə deputat Tahir Rzayev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri