Icma.az
close
up
RU
Vətəndaş Tribunası Naxçıvanda tədbirlərinə başladı

Vətəndaş Tribunası Naxçıvanda tədbirlərinə başladı

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Vətəndaş Tribunası” İctimai Birliyi icra etdiyi “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər keçirməyə başlayıb. İlk tədbir 12 avqust 2025-ci ildə Şərur Rayon Olimpiya Mərkəzində yerli fəalların, rayon ictimaiyyəti nümayəndələrinin, şəhid ailələri və qazilərin, media və yaradıcı təşkilatların təmsilçilərinin iştirakı ilə baş tutub. Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi sayğı duruşu ilə yad edilib. 



 

Görüşü giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin müdir müavini Kamal İsmayılov layihə mövzusunun müasir dövr üçün aktuallığını qeyd edərək deyib ki, rayon ictimaiyyəti, yerli fəallar müasir internet imkanlarından faydalanaraq, Azərbaycan dövlətçiliyinə qarşı kənar qüvvələrin apardığı təbliğata heç zaman biganə qalmır və milli dəyərlərimizi müdafiə etməklə, əslində, milli, mənəvi və tarixi həqiqətləri müdafiə etmiş olurlar.    

Tədbirdə məruzə ilə çıxış edən “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri yazıçı Səfər Alışarlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və layihənin donoru haqqında məlumat verdikdən sonra sosial mediada Azərbaycana qarşı aparılan hibrid təbliğat müharibəsinin səbəblərini, forma və niyyətlərini açıqladı.O qeyd etdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəsi ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra qonşu dövlətlər – Ermənistan, İran, Rusiya, eləcə də bir sıra Avropa dövlətləri ölkəmizə qarşı güclü anti-təbliğat fəaliyyətinə başladılar. Regionda Azərbaycanı həmişə zəif, Rusiyadan asılı bir xammal mənbəyi kimi görmək istəyən bu qüvvələr Azərbaycanın güclü dövlət iradəsi ilə barışmaq istəmir, onun Türkiyə və Orta Asiya dövlətləri ilə birlikdə reallaşdırdığı iqtisadi, logistik, mədəni və başqa layihələrə mane olmağa çalışırlar. İndi düşmən qüvvələrin Azərbaycana qarşı fəallaşmasının əsas səbəblərindən biri də kənar dövlətlərin iştirakı olmadan Ermənistanla sülh müqaviləsi haqda razılığın əldə edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı fikir ayrılığının olmamasıdır. Natiq vurğulayıb ki, 25 dekabr 2024-cü ildə Qroznu səmasında Azərbaycan sərnişin təyyarəsinin vurulması və Yekaterinburq şəhərində Azərbaycan diasporunaqarşı Rusiya güc strukturlarının həyata keçirdiyi kütləvi zorakılıq tədbirləri ilə bağlı Azərbaycan dövlətinin beynəlxalq qanunlara uyğun haqlı tələbləri bu ölkədə yeni anti-təbliğat dalğası yaradıb. Prezident İlham Əliyevbu məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini 3-cü Şuşa Beynəlxalq Media Forumunda bütün dünya ictimaiyyətinəbir daha açıqlayaraq dedi ki, təyyarənin vurulması ilə bağlı bütün sübut və sənədləri toplamış Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Rusiya kütləvi informasiya vasitələrində vəsosial mediada gecə-gündüz Azərbaycanın əleyhinə təbliğat aparılır, ölkəmizə, xalqımızavə tariximizə qarşı hər cür şər-böhtan yayılır. Bu təhdidlərin istər rəsmi qaynaqlarda, istərsə də sosial mediada cavabsız buraxılmamasının vacibliyini bildirən S.Alışarlı yerli media təmsilçilərini və bütün sosial şəbəkə iştirakçılarını fəallığa çağırıb.

Tədbirdə daha bir məruzə ilə çıxış edən AMEA Folklor İnstitutunun şöbə müdiri professor Əfzələddin Əsgər Azərbaycanın,o cümlədən ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə təsiri və qarşılıqlı faydalanması haqda danışaraq qeyd etdi ki, mədəniyyət nümunələrimizin ermənilər və digər qonşular tərəfindən oğurlanıb özünüküləşdirməsi halları geniş yayılmışdır. Ə.Əsgər bu neqativ təzahürlərlə mübarizədə sanballı elmi sübutların ortaya qoyulmasının vacibliyini vurğulayıb.   


Tədbirdə çıxış edən sosial şəbəkə istifadəçiləri İsmayıl Xəlilov, Ələddin Eyvazov, Eldəniz Əliyev və başqaları Azərbaycana və dövlətçiliyimizə qarşı aparılan düşmən təbliğatı ilə mübarizədə ictimaiyyətin, sosial şəbəkə iştirakçılarının səfərbərliyinin gücləndirilməsi haqda öz fikirlərini bildirdilər. 

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylandı, dialoq çay süfrəsi arxasında davam etdi.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see202

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

11 Avqust 2025 22:25see193

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see180

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see178

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see170

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see169

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see135

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see135

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see131

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see131

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

11 Avqust 2025 18:32see131

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see130

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see129

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see124

Moskvanın şərqində yaşayış binasında yanğın baş verib

11 Avqust 2025 18:39see120

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see120

Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə

12 Avqust 2025 01:19see118

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see118

“İndi sülh üçün real şansın olduğu zamandır” Zelenski

11 Avqust 2025 19:31see113

“Qarabağ” Makedoniya klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxardı

12 Avqust 2025 00:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri