Vətəndaşlar bunu bilməlidirlər Mütəxəssis rəyi
Icma.az, 525.az saytına istinadən bildirir.
“Etibarnamə alan şəxs avtomobili öz adına keçirə bilməz. Bu, qanunla müəyyən edilmiş qaydadır və vətəndaşlar bunu bilməlidirlər. Fikrimcə, burada əsas diqqət etibarnamə ilə bağlı qaydaların dəyişdirilməsindən daha çox, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar qeydiyyatı prosedurlarının sadələşdirilməsinə yönəldilməlidir. Bu baş verərsə, insanlar avtomobili etibarnamə ilə idarə etmək əvəzinə, onu birbaşa öz adlarına rəsmiləşdirməyə üstünlük verərlər”.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 525.az-a söyləyib.
Ekspert qeyd edib ki, etibarnamə ilə avtomobil idarə etmək uzun illərdir müxtəlif risklər yaradır və çoxsaylı vətəndaşlar bu səbəbdən hüquqi problemlərlə üzləşiblər:
“Bu barədə dəfələrlə danışılıb, ictimaiyyət məlumatlandırılıb. Buna baxmayaraq, bəzi şəxslər hələ də avtomobili öz adlarına keçirmək istəmirlər. Halbuki etibarnamə özü-özlüyündə riskli mexanizmdir”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 İyun 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















