Icma.az
close
up
RU
Yanğından necə qorunmalıyıq? Mütəxəssis RƏYİ

Yanğından necə qorunmalıyıq? Mütəxəssis RƏYİ

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Son günlərdə ölkəmizdə baş verən yanğın hadisələri cəmiyyətin diqqət mərkəzinə çevrilmişdir. 

Xüsusilə böyük obyektlərdə, çoxmərtəbəli binalarda və sənaye müəssisələrində baş verən yanğınlar insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqla yanaşı, maddi zərərə və ictimai narahatlığa səbəb olur.

 Bu hadisələrin sayı və miqyası artdıqca, təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması məsələsi də gündəmə gəlir.


Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərdə yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalı və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmalıdır:


“Mehmanxanalar və ictimai iaşə obyektlərində baş verə biləcək yanğın hadisələri nəticəsində təkcə orada işləyənlər üçün deyil, qonaqların da həyatı üçün də təhlükə yaranır. Bu səbəbdən də mehmanxana və iaşə obyektlərində yanğın təhlükəsizliyi tədbirlərinin işlək vəziyyətdə olmasına mütəmadi müəssisə rəhbərləri tərəfindən nəzarət olunmalıdır. Çünki obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına müəssisə rəhbəri cavabdehlik daşıyır. Bu obyektlərdə yanğına səbəb ola biləcək halların qarşısı alınmalı və bu istiqamətdə kompleks tədbirlər görülməlidir. İlk öncə yanğın hadisələri baş verməsin deyə, kompleks tədbirlər görülməli, yəni yanğın hadisəsinin baş verməməsi əsas məqsədə çevrilməlidir. Yanğın hadisəsi baş verdikdə isə yanğının ilkin başlanğıc mərhələsində müdaxilə edib söndürülməsinə nail olunmalıdır. Yanğın hadisəsini ilkin mərhələdə müdaxilə etmək üçün isə obyektlərdə ilkin yanğınsöndürmə vasitələri olması mütləqdir. İlkin yanğınsöndürmə vasitələrinin mövcudluğu ilə bərabər, onların saz vəziyyətdə saxlanılması vacib şərtlərdən biridir. Mehmanxana və iaşə obyektlərindən istifadə edən qonaqlar və orada işləyən işçilər obyektdə mövcud olan təxliyyə yollarına bələd olmalı və çıxışların yerini bilməlidirlər. Təxliyyə yolları, keçidlər və dəhlizlər insanların hərəkətinə maneə törədə bilən kənar əşyalarla tutulmamalıdır. Yəni təxliyə yollarında maneə vasitələrinin yerləşdirilməsi yolverilməzdir. Obyektdə yanğın təhlükəsizliyinin təmin olunmasına cavabdeh şəxslər təyin olunmalıdır. Bu cavabdeh şəxslər tərəfindən mütəmadi ilkin yanğınsöndürmə vasitələrinə, yanğın siqnalizasiya və avtomatik sulu söndürmə sistemlərinə nəzarət olunmalı, bu sistemlərin saz vəziyyətdə, saxlanılması ilə əlaqəli ixtisaslaşmış müəssisələrlə müqavilə bağlanmalıdır. Yanğınsöndürən balonlar ildə bir dəfədən az olmayaraq texniki baxışdan keçirilməlidir. Texniki baxış şərtlərini yerinə yetirən müəssisənin bu sahədə mütləq lisenziyası olması vacibdir”. 


Ekspert qeyd edib ki, obyektdə nasaz və standartlara uyğun olmayan, elektrik və qaz cihazlarından istifadə edilməməlidir:

“Obyektin elektrik təchizatı və ümumi elektrik sistemi ildə bir dəfədən az olmayaraq ixtisaslaşmış müəssisələr tərəfindən sınaqdan keçirilməli, və sınaq nəticəsi olaraq protokollar təqdim olunmalıdır. Çünki bir çox hallarda baş verən yanğın hadisələri bilavasitə elektrik naqillərində olan nasazlıq və ya yüklənmə nəticəsində baş verə bilir. Kustar üsulla hazırlanmış və normativ tələblərə cavab verməyən qızdırıcı cihazların istifadə etmək olmaz. Mehmanxana və ictimai iaşə obyektinə daxil olan hər bir qonaq daxil olarkən mütləq obyektin təxliyyə planı ilə tanış olmalıdır. Binanın bir mərtəbəsində 10 nəfərdən çox eyni anda şəxs məskunlaşırsa, artıq orada insanların təhlükəsiz köçürülməsi üçün təxliyyə planı olmalı və bu hər bir kəsin görəcəyi yerlərdən asılmalıdır. İşçi sayı çox olan müəssisələrdə yanğın hadisələrinə operativ müdaxilə etmək üçün könüllü yanğınsöndürmə dəstələri yaradılmalıdır. Yanğın hadisəsi baş verdikdə könüllü yanğınsöndürmə dəstələrinin üzvləri hər biri fərqli bir funksiyanı yerinə yetirməlidir. Obyektdə baş verən yanğın hadisələri zamanı işçilər qonaqların təhlükəsiz və sağlam şəkildə təxliyəsini təşkil etməlidir. Çünki yanğın hadisələri zamanı insanların təxliyyə olunması mühüm əhəmiyyət kəsb edir. Obyektin daxilində siqaret çəkilmə məsələlərinə xüsusi nəzarət təşkil olunmalı, siqaret yalnız xüsusi ayrılmış yerlərdə çəkilməlidir. Siqaret kötüyü tam söndürüldükdən sonra  zibil qutusuna yerləşdirilməli və siqaret çəkilmə yerinin təyin olunmasını bildirən xüsusi nişanın yerləşdirilməsi vacibdir. Siqaret çəkilən yerlərdə xüsusi su təminatı olmalı və yanmayan materialdan olan, qapağı bağlanan külqabılar yerləşdirilməlidir. Fövqəladə hallar zamanı insanların əlaqə saxlaması üçün xüsusi fövqəladə hallar ilə bağlı nömrələr olan lövhə asılmalıdır. Obyektlərdə yanğın kranları mövcud olmalı və yanğın kranlarına mütəmadi nəzarət edilməlidir. Yəni yanğın kranlarında suyun mövcudluğu daim nəzarət altında saxlanılmalıdır. Yanğın və digər fövqəladə hallar zamanı liftlərdən istifadə olunmamalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:395
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri