Icma.az
close
up
RU
Vətəndaşlar endirimli məhsul alarkən bilməlidirlər ki... AÇIQLAMA

Vətəndaşlar endirimli məhsul alarkən bilməlidirlər ki... AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni il bayramı ərəfəsində bir çox mağazalar müştərilərə endirimlər edir. 20-30, hətta 60-70 faizədək endirim edən mağazalara rast gəlirik. Bəzi vətəndaşlar bayram endirimlərindən yararlansanlar da, bəziləri aldıqları məhsulu sonradan geri qaytarmalı və ya dəyişdirməli olur. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, əsasən, geyim və parfümeriya-kosmetika mağazalarındakı endirimlər insanları aldadır:
“Hər dəfə bunu qeyd edirəm - Azərbaycanda əmtəə bazarı həddindən çox çirklənib. Brend malların satıldığı mağazalarda belə məhsulların arasında saxta mallar görmək olar. Ətir, kosmetik məhsulların da son istifadə tarixi var. Alıcılar bu kateqoriya məhsulları alarkən ərzaq məhsulları kimi istehsal və son istifadə tarixinə baxmalıdırlar. Bundan başqa, məhsul açıldıqdan sonrakı yararlılıq müddəti də qablaşdırmanın üzərində qeyd olunmalıdır. Bu, adətən, 6-12 ay olur. Son istifadə tarixi qeyd olunmayan məhsul saxta məhsuldur. Bir çox yerlərdə Yeni il endirimləri görmək olar. İnsanlar bayram endirimlərindən istifadə edib ən çox endirimə düşən ucuz məhsulu almağa tələsirlər. Mağazanın qapılarında, şüşələrində yazılır ki, 50-70 faizədək endirim var. İçəri daxil olanda görürlər ki, maksimum endirim 20-30 faizdir. Tək-tük mallar 50-70 faizə endirimə qoyulur. Və ya mağazadakı bəzi məhsullara ümumiyyətlə endirim edilmir, sadəcə az sayda məhsula endirim aid olunur. İstehlakçılar bilməlidirlər ki, endirimlə alınan məhsulu da dəyişdirmək və geri qaytarmaq hüquqları var. Bəzən məhsulu dəyişdirmək və ya geri qaytarmaq istəyəndə mağazada deyirlər ki, endirim vaxtı alınan məhsullar dəyişdirilmir, qaytarılmır. Mağaza sahibinin belə bir haqqı yoxdur”.
Törə Zeynallı
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri