Icma.az
close
up
RU
Vətəndaşlar iki yerdən pensiya ala biləcək?

Vətəndaşlar iki yerdən pensiya ala biləcək?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır”. 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri əlavə edib ki, layihə ya 2025-ci il payız sessiyasında, ya da 2026-cı ilin yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq. Musa Quliyevin sözlərinə görə, hazırda bu istiqamətdə qanunvericilik bazasının hazırlanması prosesi gedir. 

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır və hökumət daxilində razılaşdırma mərhələsindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Emil Əliyev bildirib ki, Avropa İttifaqının maliyyələşdirdiyi çərçivə-saziş layihəsi çərçivəsində beynəlxalq ekspertlər də prosesə cəlb ediliblər. 

Nazirlik nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrup hazırda layihə üzərində təkmilləşdirmə işlərini aparır. Ölkədə özəl pensiya fondu yaradıldığı təqdirdə vətəndaş hər iki pensiya  fondundan yararlana biləcəkmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, beynəlxalq təcrübəyə görə özəl pensiya fondları əslində alternativ pensiya təminatı sistemi hesab olunur: 

“Ahıllıq dövründə fərqli mənbələrdən gəlirlərin formalaşdırılması üçün bu, bir seçim, imkandır. Yəni vətəndaş həm məcburi sosial-sığorta fondlarının xidmətlərindən istifadə etməlidir. Bu, məcburi xarakter daşıyır. Ancaq eyni zamanda paralel olaraq gəlirlərinin məqbul olduğu dövrlərdə  özəl pensiya fondlarının xidmətlərinə müraciət edərək ahıllıq dövründə öz rifahını fərqli mənbələrdən daha yüksək gəlirlə təmin etmək imkanı əldə edir. 

Yəni dünya təcrübəsində paralel şəkildə hər iki xidmətdən istifadənin mümkünlüyünü müşahidə etmiş oluruq. Düşünürəm ki, Azərbaycanda eyni yanaşma tətbiq olunacaq. Özəl pensiya fondlarının xidmətindən istifadə etmək Dövlət Sosial Müdafiə Fondundan istifadəni məhdudlaşdırmayacaq”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda bunu məhdudlaşdıran səbəb yoxdur: 

“Vətəndaş paralel şəkildə hər ikisindən istifadə edə bilər. Digəri məcburi xarakterlidir və dövlətlərin sosial siyasəti çərçivəsində vətəndaşın ahıllıq dövründə minimum şərtlərdə ən azından həyat tərzini təmin etməsi və yoxsulluqla mübarizə siyasəti çərçivəsində  bu istiqamətdə ümumdövlət siyasətinin formalaşdırılmasına xidmət edir. 

Ancaq özəl pensiya fondu alternativ olaraq imkanlar təklif edən bir fonddur və bu artıq könüllü şəkildə vətəndaşın seçimi əsasında bu xidmətdən istifadə edəcək. Yəni müqavilə əsaslıdır. Özəl pensiya fondu fərqli təkliflər edə bilər. Məcburi xarakterli heç nə yoxdur". Ekspert Azərbaycanda bunun təşəkkül tapması ehtimalını çox aşağı qiymətləndirir: 

"Orta uzunmüddətli dövrdə maliyyə institutlarına güvən aşağıdır. Məsələn, banklara depozitlərin qoyulmasına baxanda, ən çox, 80-90 faiz bir ilə qədər olan depozitlərdir. Yəni 30-50 il planlama tələb edən belə özəl pensiya fonduna dövlət zəmanəti 100 faiz olmadığı halda oraya yatırılan vəsaitlərə, toplanan kapitala münasibətdə  Azərbaycanda bu qısamüddətli dövrdə  müəyyən inkişaf mərhələsinə daxil olacağını düşünmürəm”.     
Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: pensiya Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri