Icma.az
close
up
RU
Azərbaycanda vətəndaş iki yerdən pensiya ala biləcək

Azərbaycanda vətəndaş iki yerdən pensiya ala biləcək

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılacağı gözlənilir. Bununla bağlı qanun layihəsinin hazırlanma prosesi gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.

Milli Məclisin üzvü Vuqaq Bayramov Modern.az-a bildirib ki, özəl pensiya fondlarının yaradılması ilə bağlı görülən işlər kifayət qədər intensivləşib:

“Bu istiqamətdə ilkin olaraq qanunvericiliyin yaradılması aparılacaq. Digər tərəfdən isə bununla bağlı yeni mexanizmlərin hazırlanması və özəl pensiya fondları ilə əlaqələndirilməsi əsas istiqamətlərdən biridir. Təbii ki, qanunvericilik bazasının formalaşdırılması çox vacibdir. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində bu, ciddi müzakirə olunan mövzudur.

Bu istiqamətdə layihələrin hazırlanması, təqdim olunması və müzakirəsi mümkün olacaq".

Deputat pensiya fondlarının vətəndaşlar üçün paralel seçim imkanı yaratmasını əsas üstünlük kimi qeyd edib:

“Vətəndaş aylıq ödənişlər etməklə özəl pensiya fondunda kapitala malik ola və təqaüd dövründə iki mənbədən pensiya ala bilərlər.  

Məsələn, Vətəndaşımız pensiya yaşında dövlət pensiya fondundan 600 manat pensiya alacaqsa, özəl pensiya fonduna yığımlar nəticəsində əlavə olaraq 300 manat ala bilər”.

V.Bayramov qeyd edib ki, eyni zamanda özəl fonddakı kapitaldan daha tez istifadə etmək mümkün olacaq:

“Beynəlxalq təcrübədə də bu var. Özəl hissədə 60 min manat baza formalaşıbsa, onun 20 min manatını daha tez- 50-55 yaşlarından istifadə edə bilər.

Bu baxımdan alternativ fond daha çevikdir və həmin fondlarda kapitala yığım edən vətəndaşlar üçün daha çox imkanlar yaradır”.


İqtisadçı Eyyub Kərimli bildirib ki, özəl pensiya fondları pensiya prosesinə müsbət təsir edən bir sahədir:
“Bu, gələcəkdə təqaüdçülərin pensiyalarına əlavə faizlərin hesablanmasına və artmasına təsir edə bilər. Digər tərəfdən, hər bir vətəndaş istədiyi fondda öz təqaüdünü saxlamaq hüququna malikdir ki, bu da rəqabət yaradır”.

İqtisadçı qeyd edib ki, gələcəkdə bir neçə fond olsa, insanlar daha yaxşı idarə olunan fondla əməkdaşlıq qura bilərlər ki, bu da rəqabət imkanlarını genişləndirir:

“Digər tərəfdən, pensiya artımında dövlətdən asılılıq azalacaq və həmçinin gələcəkdə pensiya kapitalının idarə edilməsində müəyyən imkanlar genişlənəcək.

Qanunvericilik imkan verərsə, özəl pensiya fondu pensiyanı digər təqaüd formalarına da - ailə başçısının itirilməsinə görə və əlilliyə görə olan təqaüdlərə də şamil edilə bilər”.

E.Kərimli vurğulayıb ki, bu işdə müəyyən risklər də mövcuddur:

“Risklər nədən ibarətdir? Birincisi, əhalinin bu fondlara etibarını tam təmin etmək lazımdır. Bilirsiniz ki, bizdə bəzi illər üzrə fəaliyyət göstərən banklar bağlanıb. Ona görə hesab edirəm ki, bu fondların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olunmalıdır və yığılan vəsaitlər dövlət tərəfindən sığortalanmalıdır”.

Fondların çoxluğu ölkə iqtisadiyyatına, iqtisadi mühitə və maliyyə mühitinə müsbət təsir göstərəcəkdir,- deyə iqtisadçı əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri