Icma.az
close
up
RU
Vətəndaşlar iki mənbədən pensiya ala biləcək AÇIQLAMA

Vətəndaşlar iki mənbədən pensiya ala biləcək AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək qanunvericliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan bir qismi “Əmək Məcəlləsinə” dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur. Digər profil qurumlar ilə razılaşdırmaqda olan qanun layihələrindən biri də “Qeyri-dövlət (özəl) pensiya fondarı” ilə bağlıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər.

Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?

Əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da, təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinə ehtiyac var idi.

Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman iki mənbədən pensiya ala biləcək. Məsələn, əgər onun pensiya məbləği 600 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, 300 manat almaq imkanı qazanacaq. Bu nümunədə, vətəndaş 600 manat deyil, 900 manat pensiya ala biləcək. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.

Özəl pensiya fondlarının digər səciyyəvi xüsusiyyəti həmin fondda yığılan pensiya kapitalından daha tez istifadə imkanıdır. Əksər dövlətlərdə özəl fondlarda yığılan kapitaldan pensiya yaşından əvvəl istifadə imkanları var. Digər tərəfdən, xarici təcrübə göstərir ki, bu zaman özəl fondda yığılan vəsaitin aylıq və ya hissə-hissə götürlməsi də mümkün olur. Bu kontekstdən belə fondlar, həm pensiya kapitalından daha tez istifadəyə, həm ödəniş qrafikinin qarşılıqlı razılaşdırılmasına imkan verir".

Deputat bildirib ki, bütün bununlar ilə yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir:

Çünki belə pensiya fondlar yaranarsa vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanmasına ehtiyac var. Bu isə praktikada daha təkmil mexanizmin hazırlanıb, təqdim edilməsini aktuallaşdırır".

 Vasif ƏLİHÜSEYN 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri