Icma.az
close
up
RU
Vətəndaşlar “Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat əldə ediblər

Vətəndaşlar “Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat əldə ediblər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da indiyədək 37 min 500 nəfər “Coursera” platformasındakı təlimlərdən faydalanıb. İstifadəçilər 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” üzrə iştirakçıların sayı artmaqda davam edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçılarının 29 faizini universitet tələbələri və ali təhsil müəssisələrinin əməkdaşları, 12 faizini isə akademik sferada (orta məktəblər, elmi-tədqiqat institutları və s.) fəaliyyət göstərənlər təşkil edir. On bir mindən çox tələbə və universitet əməkdaşı “Coursera” onlayn tədris platformasındakı 67 mindən çox təlimə (ümumi müraciətlərin 1/3-i) müraciət edib.

“Milli Proqram”a ən çox maraq göstərən 10 ali məktəb bunlardır:

Azərbaycan Dövlət İqtisad Universiteti (2292 iştirakçı, 4821 sertifikat);

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1559 iştirakçı, 2875 sertifikat);

Bakı Dövlət Universiteti (1229 iştirakçı, 1915 sertifikat);

Azərbaycan Texniki Universiteti (750 iştirakçı, 1743 sertifikat);

Bakı Mühəndislik Universiteti (1077 iştirakçı, 1453 sertifikat);

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (337 iştirakçı, 1088 sertifikat).

ADA Universiteti (441 iştirakçı, 1000 sertifikat);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (926 iştirakçı, 945 sertifikat);

Bakı Ali Neft Məktəbi (387 iştirakçı, 857 sertifikat);

Azərbaycan Memarlıq və İnşaat Universiteti (458 iştirakçı, 814 sertifikat).

Proqram iştirakçılarının digər hissəsini dövlət sektorunda çalışanlar (30 faiz) özəl sektorda fəaliyyət göstərənlər (14 faiz), həmçinin digər qruplar - məktəblilər, işsizlər, təqaüdçülər və s. (15 faiz) təşkil edir.

“Milli Proqram” ölkədə rəqəmsal bacarıqların, innovasiya yönümlü təfəkkürün və yeni texnologiyalara inteqrasiyanın təşviqinə xidmət edir. Layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə müasir biliklərin əldə olunması və əmək bazarının tələblərinə uyğun kadr potensialının gücləndirilməsi məqsədilə genişmiqyaslı onlayn təlim imkanları yaradılıb. Bu günədək vətəndaşlar proqram çərçivəsində 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar. İştirakçılar daha çox süni intellekt, data elmi, layihələrin idarə olunması, informasiya texnologiyaları və yumşaq bacarıqlar üzrə təlimlərə üstünlük veriblər.

Hazırda “Milli Proqram”ın 6-cı mərhələsinə qeydiyyat davam edir. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

“Coursera” platformasında Oksford, Kembric, Stanford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

“Milli Proqram” istifadəçiləri platformada 2500 təlimi Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 təlim isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (təlimlərinsiyahısı - https://bit.ly/4ogG5Mw).

Proqram SOCAR, “PAŞA Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri