Icma.az
close
up
RU
“Milli Proqram” çərçivəsində 22 min 500 nəfər təlimləri tamamlayıb

“Milli Proqram” çərçivəsində 22 min 500 nəfər təlimləri tamamlayıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü mərhələsinə start verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində növbəti 7500 vətəndaş “Coursera” onlayn təhsil platformasındakı təlimlərdən 6 həftə ərzində ödənişsiz istifadə imkanı qazanıb.

Aprel ayından başlayan “Milli Proqram”da ümumilikdə 22 min 500 nəfər onlayn təhsil platformasından ödənişsiz yararlanıb. Vətəndaşlar 120 minə yaxın təlimə qoşulub. Təlimləri uğurla başa vuranlar 41 mindən çox beynəlxalq sertifikat əldə ediblər. İstifadəçilər daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük veriblər. Bununla yanaşı, layihələrin idarə olunması, yumşaq bacarıqlar, kibertəhlükəsizlik, eləcə də biznes sahəsi üzrə təlimlərə böyük maraq qeydə alınıb.

“Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim aşağıdakılardır:

1. Süni intellekt hamı üçün (AI For Everyone)

2. Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management)

3. Süni intellektə giriş (Introduction to Artificial Intelligence)

4. Data elminin əsasları: data hər yerdə (Foundations: Data, Data, Everywhere)

5. Liderlik bacarıqları (Leadership Skills)

6. Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work)

7. Layihələrin idarəolunmasının əsasları (Project Management Fundamentals)

8. Data elmi nədir? (What is Data Science?)

9. İngilis dilində peşəkar imeyl yazışmaları (Write Professional Emails in English)

10. Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management)

“Coursera” platformasında “Oksford”, “Stenford”, “Yel”, “Dyuk”, “London”, “Edinburq”, “Mançestr”, “Miçiqan”, “Con Hopkins”, “İllinoys”, “Florida”, “Sidney”, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və təlimi “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Qeyd edək ki, avqust ayından etibarən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında daha 5 təlim Azərbaycan dilinə dublyaj olunub. Beləliklə, hazırda 15 ən çox tələb olunan təlim Azərbaycan dilində təqdim olunur. (Kursların siyahısı - https://bit.ly/4ogG5Mw).

“Milli Proqram” çərçivəsində daha bir yenilik yerli təhsil müəssisələrinin və özəl şirkətlərin “Course Builder” aləti vasitəsilə öz təlim və kurslarını “Coursera” platformasına inteqrasiya etməyə başlamasıdır.

“Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilərlər.

Proqram SOCAR, “PAŞA Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın pilot mərhələsində 10 min nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalib olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri