Vətəndaşları şantaj edən sayt rəhbərlərinə hökm oxundu
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Turantv.az" saytının rəhbəri Ramin Sadıqlı və "bölgeinfo" saytının təsisçi və baş redaktoru Vüqar Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ramin Sadıqlı 6 il 3 ay, Vüqar Quliyev isə 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ramin Sadıqlı və Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 İyun 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















