Icma.az
close
up
RU
Vətəndaşların bitməyən metro zülmü... Qapılar bağlanır, növbəti stansiya travmatologiya

Vətəndaşların bitməyən metro zülmü... Qapılar bağlanır, növbəti stansiya travmatologiya

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Hər il ictimai nəqliyyatda qiymətlər artanda hökümət rəsmiləri bildirirlər ki, bəs qiymət artımı nəqliyyatda xidmət və keyfiyyətin yüksəldilməsi üçündür. Ancaq nə avtobus nəqliyyatında, nədə metroda təssüfki heç bir xidmət və keyfiyyət yüksəlməsi baş vermir. İctimai nəqliyyatda xidmət və keyfiyyət nəyinki yüksəlmir, əksinə problemlər dahada dərinləşir. Problemlərin illərdir davam etdiyi və qiymət artımından sonra xidmətin dahada bərbad vəziiyyətə düşdüyü ictimai nəqliyyat növlərindən biridə metrodur. Beləki, hər gün səhər saatlarında insanlar işə getmək üçün qatara minmək uğrunda sözün əsl mənasında mübarizə aparırlar.
Sərnişinlər qatarın içəsində o qədər çox olur ki, qatarın hərəkət edə bilməsi üçün qapılar belə bağlana bilmir. Üstəlik hər stansiyada qapının 30 saniyə içərisində açılıb, bağlanmasına görə sərnişinlər qapının arasında qalıb xəsarət alırlar. Çox vaxt qatarda o qədər sıxlıq olurki, qapı bağlansa belə, sərnişinlərin paltarı qapının arasında qalır və növbəti stansiyaya qədər o vəziyyətdə getməli olurlar. Memar Əcəmi stansiyasından Bənövşəyi xəttdə Avtovağzal stansiyasına gedən qatar 15 dəqiqədən bir gəlir və qatarın qapısı açılan kimi 10 saniyə keçməmiş dərhal bağlanır.
İki gün öncə 3-4 yaşlarında bir uşaq anası ilə birlikdə qatara minmək istəyəndə qapı bağlandı uşaq qatarın arasında qaldı. Ən pisi isə odur ki, uşağın qışqırtı və ağlamasına metroda dispetçer xanım ümumiyyətlə soyuq qanlı yanaşdı və qatar hərəkətinə davam etdi. Bundan başqa qatarlar tünellərin içərisində səbəbsiz yerə dayanır və dəqiqələrlə gözləyir. Nəticə etibarı ilə insanlar mənzil başına gecikirlər. Lakin Yaponiya, Cənubi Koreya, eyni zamanda Qərb ölkələrində metroda sərnişinlərin düşüb-minməsi üçün qatarın qapıları 1 dəqiqə, 1 dəqiqə 30 saniyə açıq qalır. Üstəlik sərnişinlərin düşüb minməsi ayrı-ayrı qapılardan həyata keçirilir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu problemi hansısa bir formada tənzimləmək mümkündür. Onun sözlərinə görə, qatarların hərəkətini sərnişin axınına uyğun tənzimləmək lazımdır: "Bu gün süni intillektin imkanları genişdir. Yəni hal-hazırda rahatlıqla bilmək olarki, günün hansı saatlarında daha çox sərnişin metrodan istifadə edir. Həmin saatlarda da qatarların intervalını tənzimləmək lazımdır. İnkişaf etmiş ölkələrdə qatarın daha uzun müddət dayanmasına gəlincə isə, onlarda qatar 500 km/s sürətlə hərəkət edir. Yəni qatarın hərəkətini gözlə görmək mümkün deyil.
Ölkəmizdə isə bu cür qatarlar yoxdur. Qatarlar Sovetlər Birliyinin dövründən qalıb. Ölkəmizdə bu problemi birdə bu yolla həll etmək olar ki, hər vaqonun üzərinə kamera quraşdırmaqla, maşinist kameradan rahat şəkildə görə bilər ki, bütün vaqonlarda sərnişinlər qatara minə bilibmi. Məhz bundan sonra vaqonların qapısını bağlaya bilər"./big.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri