Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Vətənə, dövlətə xəyanətkar KONKRET

Vətənə, dövlətə xəyanətkar KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq müəyyən müddətdir ki, aparılan ictimai müzakirələr əsasında formalaşmış qəti fikirlər bir daha cəmiyyətin diqqətini Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planına və burada yer almış Əli Kərimli kimilərə yönləndirir. DTX çərçivəsində həyata keçirilən araşdırmalar artıq real faktlar əsasında nəticələr verir ki, bununla da ifşa edilmiş dövlət çevrilişi planının iştirakçıları barədə hüquqi ölçülər götürülür.

KONKRET.az “İki sahil”ə istinadən xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə AXCP sədri Əli Kərimlinin, onun evinə demək olar, hər gün gəlib-gedən, alış-verişini belə edən partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin evində axtarışların aparılması sözügedən ifşa prosesinin məntiqi nəticəsidir.

V.Rəhimzadə bildirib ki, ifşa prosesində ortaya çıxan faktlar istər Ramiz Mehdiyevin, istərsə də AXCP sədri Əli Kərimlinin fəaliyyətlərinin bütün dövrlərində Rusiyanın xüsusi xidmət orqanlarının planlarında yer aldıqlarını sübuta yetirir:

“Əli Kərimlinin hələ sovet illərindən “KQB”nin “Malış” təxəllüslü agenti rolunda bir sıra siyasi təxribatlarda yer alması heç kəsə sirr deyil. Eləcə də birbaşa Rusiyanın “Milli Şura” adlı layihəsinin də Əli Kərimlinin nəzarətinə verilməsi təsadüfi deyil. Eyni zamanda, bu fikirlər birmənalı şəkildə Ramiz Mehdiyevə də aiddir. Onun müxtəlif dönəmlərdə dəfələrlə rusiyalı məmurlarla gizli ünsiyyət qurması, xüsusilə dövlət əhəmiyyətli proseslərdə Rusiya ilə məsləhətləşləmələr aparması, AMEA-da işləyərkən belə Moskvanın siyasi direktivləri ilə hərəkət etməsi Ramiz Mehdiyevin həyat və fəaliyyətində “KQB” və “QRU” izini açıq şəkildə nümayiş etdirir. Bütün bunlar bir daha Ramiz Mehdiyevin Əli Kərimli ilə münasibətlərinə işıq tutur, onların uzun illər ərzində formalaşmış və siyasi məqsədləri bəlli olan latent əlaqələrinin detallarını ortaya çıxarır”.

Deputatın fikrincə, ictimaiyyət də görür ki, Əli Kərimli bütün çıxışlarında Ramiz Mehdiyevi müdafiə edib:  “O, özünün və ağasının Rusiyanın adamı olmasına baxmayaraq, Azərbaycan hakimiyyətini “rusiyapərəst” olmaqda ittiham edib, mitinq, aksiya ilə pərdələnmiş oyunlar vasitəsilə siyasi sabotajla məşğul olub. Maraqlısı da odur ki, görəsən niyə AXCP və qondarma “Milli Şura” Ramiz Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra bir dəfə də olsa, mitinq və aksiya keçirə bilməyib?”.

“DTX-nın Əli Kərimlinin və onun müşavirinin evində axtarışlar aparması AXCP sədrinin dövlət çevrilişinə cəhd planlarındakı yeri və rolu barədə ciddi sübutlara malik olduğunu göstərir” – deyən V.Rəhimzadə əlavə edib ki, Rusiyanın çirkin planının ifşası fonunda Ramiz Mehdiyev-AXCP-“Milli Şura” üçbucağının da xəyanətləri artıq sübuta yetirilməkdədir:

“DTX dövlət çevrilişinə cəhd planında yalnız Ramiz Mehdiyevin, onun əlaltıları olan AXCP və “Milli Şura” ilə oyunlarını ifşa etmir, eyni zamanda, Rusiyadakı bəzi dairələrin perspektivdə Azərbaycanda təxribat, siyasi qarşıdurma törədilməsi, ictimai sabitliyin pozulması planlarında Əli Kərimlidən istifadə imkanlarını da məhdudlaşdırmaqdadır. Daha doğrusu, Rusiyanın Ukrayna ilə müharibə bitdikdən sonra Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etmək cəhdləri çərçivəsində Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə edəcəyi, qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, Azərbaycanın dövlət maraqlarına qarşı hər zaman xəyanətkar mövqedə olan AXCP-nin öndə gedəcəyi də istisna edilmir. Qeyd olunan səbəbdən dövlətə, Vətənə xəyanət yolunu tutan qüvvələrin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır”.

Deputat onu da əlavə edib ki, dövlətə və xalqa xəyanət yolunu tutmuş AXCP kimi partiyaların qapadılması məsələsi də birmənalı şəkildə gündəmdə olmalıdır: “Nəinki xalqın, hətta öz üzvlərinin belə maraqları üçün deyil, birbaşa Ramiz Mehdiyevin, o cümlədən Rusiyanın mənafeyi naminə çalışan belə siyasi təşkilatlar Azərbaycanda mövcud ola bilməzlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Noyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri