Icma.az
close
up
RU
Bayrağa sevgi Vətənə sevgidir, dövlətə sədaqətdir

Bayrağa sevgi Vətənə sevgidir, dövlətə sədaqətdir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürur və iftixar hisslərini özündə birləşdirən, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olan əlamətdar tarixdir. Üçrəngli bayrağımız əsrlər boyu xalqımızın qəlbində yaşatdığı azadlıq arzusunun, milli kimliyimizin və müstəqil dövlətçilik iradəmizin təcəssümüdür.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən qəbul edilən bayraq müstəqil dövlətimizin ilk rəmzlərindən biri kimi tarixə düşüb. Bayrağımızın rənglərində ifadə olunan türkçülük, müasirlik və islamçılıq prinsipləri xalqımızın milli-mənəvi dəyərlərini, tarixi köklərini və mütərəqqi dünyagörüşünü özündə birləşdirir.
Üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın qaldırılması milli dövlətçilik tariximizin dönüş nöqtələrindən biri oldu. Bu tarixi qərar Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm siyasi və mənəvi addım idi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi. Müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə bu müqəddəs rəmz dövlətçilik atributumuz kimi öz layiqli yerini tutdu.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Bayrağı dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qarşısında və ölkəmizin bütün guşələrində qürurla dalğalanır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində dövlət rəmzlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Xüsusilə, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər üçrəngli bayrağımızın mənəvi və siyasi mahiyyətini daha da ucaltdı. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam bərpası və dövlət bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Xankəndidə dalğalanması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm hadisələrindəndir.
Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı Dövlət Bayrağımızı ucaltması xalqımızın qürurunu, milli iradəsini və tarixi ədalətin bərpasını nümayiş etdirən unudulmaz anlara çevrilib. Bu gün Şuşada, Xankəndidə və digər azad edilmiş şəhər və kəndlərimizdə dalğalanan bayrağımız tarixi Qələbəmizin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin rəmzidir.
Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, burada Dövlət Bayrağı Muzeyinin fəaliyyətinin təmin edilməsi də dövlət rəmzlərimizə göstərilən yüksək ehtiramın ifadəsidir. 2024-cü il noyabrın 8-də meydanın yenidən açılması və cənab Prezident İlham Əliyev tərəfindən Dövlət Bayrağımızın ucaldılması Zəfərimizin ildönümü ərəfəsində xüsusi rəmzi məna daşıyan hadisə kimi yadda qaldı.
Dövlət Bayrağımızın hər bir rəngi, üzərindəki aypara və səkkizguşəli ulduz xalqımızın tarixi, milli kimliyi və gələcəyə baxışını özündə əks etdirir. Bu bayraq bizi birləşdirən, milli həmrəyliyimizi gücləndirən, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyimizə xidmət edən müqəddəs dövlətçilik rəmzidir.
Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil Dövlət Bayrağımızın tarixi və mənəvi dəyərini dərindən dərk etməli, ona daim hörmət və ehtiramla yanaşmalıdır. Çünki bayrağa sevgi Vətənə sevgidir, dövlətə sədaqətdir, müstəqilliyimizə sahib çıxmaq məsuliyyətidir.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, müstəqil dövlətimizin, suverenliyimizin və milli birliyimizin rəmzi olan üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanmasını arzulayıram!
Fatma Yıldırım,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Noyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri