Icma.az
close
up
RU
Dövlətə, vətənə xidmət nümunəsi: 90 illik ömür yolu

Dövlətə, vətənə xidmət nümunəsi: 90 illik ömür yolu

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan ziyalılarının böyük əksəriyyəti kimi mən də Hidayət Bəşirovu Lerik rayonunun sayılıb-seçilən, hamının hörmət və ehtiram göstərdiyi ziyalılardan biri kimi tanıyıram. Fərq bircə ondadır ki, yaşca məndən xeyli böyük olmasına baxmayaraq, yaşının 90-cı ilini başa vurmuş bu insanla daha tez-tez ünsiyyətdə oluram. Dünyaya baxışı, cəmiyyətdə gedən proseslərə fərqli münasibəti, insani dəyərlər haqqında müdrik fikirləri mənimçün həmişə maraqlı olub.

45 illik əmək fəaliyyətini dövlət qulluğunda keçirən Hidayət Bəşirovun həyat yolu heç də rahat və rəvan bir yol olmayıb. Bu yol müəyyən mənada onun yaşadığı dövrdən, cəmiyyətdən, qarşıda duran vəzifələrdən və nəhayət, Hidayət müəllimin özündən, iradəsindən, bacarığından və həyata baxışından asılı olub. Həyatı mübarizəsiz, zəhmətsiz təsəvvür etmədiyi üçün, özünü həmişə zəhmətə və gərgin əməyə hazırlayıb.

1935-ci ildə ucqar bir rayonda, Lerikin Zuvand bölgəsində dünayaya göz açsa da, uşaq yaşlarından bu dünyanı faciələr, fəlakətlərlə çalxalayan, özü ilə ölüm, səfalət və aclıq gətirən müharibənin acılarını yaşayıb. Elə erkən yaşlarından bu “müharibə uşağı” çətinliklərlə mübarizə aparmağı öyrənib. Uğur qazanmağın yolunu qətiyyətdə, mübarizədə görən Hidayət müəllim zaman-zaman çətinliklərə sinə gərib, zəhmət ətirli uğurlara imza atıb. Orta məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə qəbul olunub, həqiqi pedaqoq kimi formalaşıb. Beləcə həyatla mübarizədə ilk uğurlarını qazanıb və zaman-zaman arzularının ünvanına doğru addımlayıb.

H.Bəşirov ucqar Siyov kəndində müəllimlik peşəsinin ilk “şagird imtahanında” qazandığı uğuru bu gün də həyəcanla xatırlayır:

– Şagirdlər məsum baxışlarını üzümə dikib nə söylədiyimi, necə hərəkət etdiyimi diqqətlə izləyirdi – deyə, 1961-ci ilin ilk dərsini yada salır. – İnanın, ali məktəb müəllimləri qarşısında imtahan verəndə belə həyəcan keçirməmişdim. Dərsi izah etdikcə “Görəsən, razı qaldılarmı” deyib, öz-özümə sual verir və məni bu imtahandan qurtaracaq məktəb zənginin səsini gözləyirdim...

...Sonra çox vəzifələr, çox təyinatlar oldu. Pedaqoji fəaliyyətin müxtəlif pillələrində – istər kimya-biologiya müəllimi, istər təlim-tərbiyə işləri üzrə direktor müavini, istərsə də məktəb direktoru kimi 10 illik pedaqoji fəaliyyətdən sonra rayon rəhbərliyinin diqqətini çəkdi. Məktəb direktoru vəzifəsində çalışanda Hidayət müəllim artıq Lerik rayon sovetinin deputatı, həm də rayon Partiya Komitəsinin Plenumunun üzvü idi. 1971-ci ildən dövlət idarəçiliyi sahəsinə partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin olundu. 4 il sonra yüksək təşkilatçılıq bacarığını nəzərə alıb rayon Xalq Maarifi Şöbəsinə müdir göndərdilər. Elə həmin il Rayon Partiya Komitəsinə - bu dəfə katib vəzifəsinə seçildi.

Bu təyinatla bağlı Hidayət müəllimin xatirəsindən əsla silinməyən və tez-tez söhbət saldığı unudulmaz bir görüş xatirəsi var. Söhbətimiz bu yerə çatanda baxışlarına təbəssüm qondu və çox mehriban bir səslə söhbətə başladı:

– O illərdə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev yalnız rayonların birinci katiblərini təyinat zamanı şəxsən qəbul edirdi. İkinci katibləri, katibləri isə MK-nin ikinci katibi qəbul edirdi. İdeoloji katib vəzifəsinə təyin olunmaq üçün mənimlə bərabər daha dörd rayondan yoldaşlar Mərkəzi Komitəyə gəlmişdi. Bir neçə şöbədə sorğu-sualdan sonra təşkilat şöbəsinin müdirinin qəbuluna gəldik. O bildirdi ki, MK-nin ikinci katibi sizi qəbul edib sorğu-sual edəcək. Bu məqamda selektordan Heydər Əliyevin gur səsi eşidildi. Təşkilat şöbəsinin müdirindən soruşdu:

– Yoldaşlar gəlibmi? Onlarla görüşüb danışmısanmı?

Təşkilat şöbəsinin müdiri:

– Bəli yoldaş Əliyev. Yanımdadırlar.

– Mən də onları qəbul edəcəyəm.

Biz Heydər Əliyevin qəbuluna getdik, hər birimizlə ayrı-ayrılıqda əl verib görüşdü və uzun masada yer göstərib oturmağa dəvət etdi. Görəcəyimiz işlərin mahiyyəti haqqında müfəssəl məlumat verən Heydər Əliyev yerlərdə sadə, zəhmətkeş insanlarla səmimi münasibətlər qurmağı, vicdanlı və təmiz işləməyi, rayonun səmərəli idarə edilməsində yetkin olmağı tapşırdı.

Görüşümüz 10 dəqiqədən bir qədər artıq çəkdi. Müəyyən tövsiyə və tapşırıqlarını verəndən sonra hər birimizin əlini sıxıb təbrik etdi və uğurlar arzuladı. Bu görüş mənim ikiqat məsuliyyətimi artırdı.

Özünü fəxrlə Heydər Əliyev məktəbinin yetirməsi sayan Hidayət müəllimin əmək kitabçasındakı qeydlərə nəzər salanda maraqlı bir faktın şahidi oldum.

O, ümummilli lider Heydər Əliyev respublikaya rəhbər təyin olunandan cəmi iki il sonra dövlət qulluğuna təyinat alıb. Məhz həmin dövrdə - 1978-ci ildə Hidayət Bəşirov Vətən qarşısında xidmətlərinə görə “Şərəf nişanı” ordeninə layiq görülüb.

Pedaqoji fəaliyyət dövrünü ömrünün ən qiymətli anları hesab edən bu ağsaqqal üçün müəllimlikdən müqəddəs peşə yoxdur. Bunun nəticəsidir ki, o, dövlət qulluğunda müəyyən müddət çalışandan sonra yenidən öz doğma peşəsinə üz tutub. Yenidən məktəb direktoru, rayon təhsil şöbəsinin müdir müavini, Astara Pedaqoji Texnikumunun Lerik rayon şöbəsinin müdiri və nəhayət, uşaqların mühafizəsi üzrə məktəb inspektoru. Harada işləməsindən asılı olmayaraq, Hidayət müəllim özünə qarşı çox tələbkar olub. Necə deyərlər, həmişə formada olmağa çalışıb, hətta 2006-cı ildə təqaüdə çıxandan sonra da, əli işdən soyumayıb. Rayonda keçirilən bütün ictimai işlərdə yaxından iştirak edib.

2008-ci ildə Hidayət müəllimi Lerik rayon veteranlar təşkilatının sədri seçiblər. Bu vəzifəyə təyinat alanda yaşının 73-ü keçməsinə baxmayaraq, Hidayət müəllim yeni vəzifənin öhdəsindən də əvvəlki şövq və məsuliyyətlə gəlib. Rayonun bir veteranını belə yaddan çıxarmayıb, hər biri ilə şəxsən maraqlanıb. Amma yeni vəzifə onu xeyriyyəçilik və rayondakı tikinti-abadlıq işlərində pay sahibi olmaqdan kənarda qoymayıb.

Hidayət müəllimin Vətənə xidmət amalı ilə ərsəyə çatdırdığı övladları atalarının xeyriyyəçilik təkliflərinə həvəslə razılıq verərək 2010-cu ildən başlayaraq özləri bir çox xeyriyyəçilik təşəbbüsləri irəli sürüb və həyata keçiriblər, Lerik rayonunun tikinti-abadlıq işlərində çox aktiv iştirak ediblər. Bütün bu işlərin həyata keçirilməsinə isə Hidayət müəllim şəxsən özü rəhbərlik edib.

Hidayət müəllimin zəhməti nə dövlətimiz, nə də hazırda çalışdığı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən unudulub. 2011-ci ildə Azərbaycan Prezidentinin sərəncamları ilə o, müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə “Tərəqqi”medalı, 2023-cü ildə isə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

Veteranlar Təşkilatı isə Hidayət müəllimi “General Həzi Aslanov”, “General Səməd bəy Mehmandarov”, “General Əliağa Şıxlinski” yubiley medalları, 2020-ci ildə isə Rusiya Federasiyası Prezidentinin sərəncamı ilə “Qələbənin 75 illiyi” medalı ilə təltif edilib. Bu qismdən olan təltiflərə Hidayət müəllim hələ cavan yaşlardan layiq görülürdü. Məsələn, SSRİ DTK-sı tərəfindən o, 1-ci dərəcəli “Sərhəd əlaçısı”, Zaqafqaziya Sərhəd Qoşunlarının Komandanlığı tərəfindən isə 2-ci dərəcəli “Sərhəd əlaçısı” döş nişanları ilə mükafatlandırılıb.

Bütün bunlara baxmayaraq, Hidayət müəllim deyir ki, bu gün onun üçün xüsusilə əziz olan mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edildiyim “Heydər Əliyevin 100 illiyi” yubiley medalıdır. Hidayət müəllim uzun müddətli səmərəli fəaliyyətini qiymətləndirdiyinə görə Möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkürünü bildirdi və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda həyata keçirtdiyi bu şərəfli işində ona uğurlar azuladı.

Hər bir Azərbaycan vətəndaşı kimi Hidayət müəllim də Müəzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən savaşında uzun müddət işğal altında olan torpaqlarımızın azad olmunmasını və həyata keçirilmiş antiterror əməliyatı nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını böyük sevinc və qürur hissi ilə qarşılamışdı. İkinci Dünya müharibəsi kimi uzun müddət davam edən ağrılı bir dövrü canlı yaşayan Hidayət müəllim qısa zamanda minimum itki ilə torpaqlarımızın azad olunmasını müasir tarixdə misli görünməmiş böyük nailiyyət hesab edir.

Hidayət Bəşirovun 6 oğlu və 3 qızı var. Övladlarını Vətənə sevgi və layiqli xidmət, elmə bağlılıq prinsipləri əsasında böyütmüşdür. Bunun nəticəsidir ki, bu gün övladları sahibkarlıq sahəsində, həmçinin elmi-tədqiqat və elmi-pediqoji işlərdə uğurla fəaliyyət göstərirlər. Övladlarından biri, texnika üzrə fəlsəfə doktoru və dünya üzrə patentləşdirilmiş bir neçə ixtiranın müəllifi Elxan Bəşirov ölkəmizdə və regionda tanınmış “MətanətA” şirkətinin qurucusudur, eyni zamanda, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) sədridir. Hidayət müəllimin həyat məktəbinə vəsiqə verdiyi təkcə öz övladları deyil. Bu müdrik kişinin, zəngin həyat təcrübəsi olan pedaqoqun yetişdirdiyi neçə-neçə şagirdinin bu gün ən müxtəlif regionlardan xoş sorağı gəlir. Söhbət əsnasında üzümü ona tutub övladlarının hamısının ali təhsil almasını, Vətənə xeyirli övlad kimi yetişmələrində əvəzsiz xidməti olduğunu deyəndə, gülümsəyərək bunun ancaq bircə şərti olduğunu bildirdi və əlavə etdi:

– Əsas şərtlərdən biri Şövkət xanımın tərbiyəsi olub. Çünki mən vaxtımın çoxunu dövlət işinə həsr etdiyimdən uşaqların taleyi ananın ümidinə qalıb. O da bu işi şərəflə yerinə yetirib.

Hidayət müəllim yarızarafat, yarıgerçək bildirdi ki, elə onun öz uğurlarının, nailiyyətlərinin də əsas ilhamvericilərindən biri ömür-gün yoldaşı Şövkət xanım olub.

Şübhəsiz, bu ailədə ərsəyə gələn qiymətli nə varsa, bunda valideynlərin hər ikisinin payı var. Amma bu xidmət hələ davam edir. İndi Hidayət müəllim də, Şövkət xanım da nəvələrinin, nəticələrinin Vətənə xeyirli övlad olmalarında yaxından iştirak edirlər. Biz də redaksiyamız adından deyirik: Ömrünüz yetərli olsun ki, onları da özünüz, övladlarınız kimi Azərbaycana layiqli vətəndaş yetişdirəsiniz.

İlqar RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:317
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri