Icma.az
close
up
RU
Vətənə oğul məhəbbəti

Vətənə oğul məhəbbəti

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

18 iyul Gündüz Əliyevin doğum günüdür
Gündüz Etibar oğlu Əliyev özünü Vətən, torpaq yolunda fəda edəndə ömrünün 18-ci ilinə hələ təzə-təzə qədəm qoymuşdu.
Həyatın bu qısa vaxtında insanlığın zinəti sayılan saf və ülvi dəyərləri parlaq xarakterində cəmləyən yeniyetmə ikinci Qarabağ döyüşündə göstərdiyi qəhrəmanlıqla yaşının çərçivəsinə sığmayan bir tarix yazdı. Bu hünər Lerik rayonunu ucqar dağ kəndi Lodada dünyaya göz açan Gündüz Əliyevi bütün Azərbaycana tanıtmaqla, millətin qürur yerinə döndərdi.
Erməni dığaların Azərbaycanın ulu, müqəddəs yurd yerləri olan Qarabağ torpaqlarına ədalətsiz təcavüzü orta məktəbdə oxuduğu zaman Gündüzü narahat edirdi. Odur ki, 2020-ci ilin aprel çağırışında Milli Ordu sıralarına yola düşəndə ürəyində bir istək vardı: nəyin bahasına olursa-olsun, mənfur düşməndən qisas almalı. Qəlbi sevdalı Lerikli balası Tərtərdə Vətən torpaqlarının keşiyini çəkir. Yaxşı döyüş qabiliyyətinə malik olmaqdan ötrü ilk gündən hərbi hissənin bütün əməliyyat təlimlərində fəal iştirak edir. Əsgər yoldaşları, komandirləri tərəfindən olduqca cəsur, mərd əsgər, ləyaqətli vətəndaş kimi tanınır.
İgid əsgər Gündüzün düşmənlə ilk vuruş meydanı Tovuz döyüşləri olur. Dığalara layiqli cavab verməklə bir qədər Vətən eşqli ürəyi rahatlıq tapır və qarşıdan gələn böyük zəfəri gözləyir...
Vətən müharibəsi başlayan gündən Gündüz yağı düşmənə yenə qalib gəlmək istəyi ilə odun-alovun içində öndə döyüşür. Qarabağ torpaqlarının qarış-qarış azad olmasında böyük fədakarlıq nümunəsi göstərir. Hər dəfə yağı düşmənlə üz-üzə gələndə onların onundan çoxunu məhv edir. Ağır məqamlarda yaralı döyüş yoldaşlarını da müharibə meydanından çıxarmağı bacarır. 30 sentyabrda Hadrut istiqamətində gedən döyüşlərdə Vətənin şərəfini, torpağın qürurunu uca tutmaqla şəhidlik zirvəsinə ucalır. Qarabağın mətin, xilaskar qəhrəman oğlu kimi tarixin yaddaşında iz qoyur...
Bəli, indi milyonların dilində ən əziz kəlmə Gündüzün adıdır. Ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalı isə dövlətin öz qəhrəman oğluna verdiyi dəyərin təzahürüdür.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri