Icma.az
close
up
RU
Vətənə dönərək əbədiləşdi...

Vətənə dönərək əbədiləşdi...

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Beş il öncə, 2020-ci ilin payızı... Azərbaycanın taleyini dəyişən günlər idi. Vətən müharibəsi yenicə başlamışdı. Hər tərəfdə həm qorxu, həm həyəcan, həm də illərlə içimizdə yığılan ümidin səsi duyulurdu. Səid üçün isə bu, çoxdan gözlədiyi və qəti qərar verdiyi bir an idi...

O günlərdə yaxın dostum, baş leytenant Səid Rəşidzadə Bakıda idi. Hərbidən ayrılmışdı, artıq hərbi forma geyinmirdi. Amma onun baxışlarında yenə də bir döyüşçü iradəsi, içində isə sönməz Vətən həsrəti vardı. Onun ruhunda bir yanğı, bir hədəf, bir ömürlük amal yaşayırdı:

“Müharibə olacaq, mən gedəcəm, Qarabağ azad olacaq və mən o döyüşdə bayraq sancacam”.

Bu sözləri o, tək bir dəfə yox, demək olar, hər görüşümüzdə, hər söhbətimizdə təkrarlayardı. Nədən danışırdıqsa, söhbətin sonu mütləq bu cümlə ilə bitərdi. Çünki Səid Qarabağlı idi, Füzulidən idi. Uşaqlığı döyüş səsləri, atəş səsləri və köçkünlüyün ağrısı ilə keçmişdi. O, hələ uşaq ikən görmüşdü, insanlar doğma yurdlarını necə tərk edir, atalar torpaq uğrunda necə silaha sarılırlar.

Onun atası Nofəl Qasımov o illərdə Füzuli rayonunun icra başçısı idi və eyni zamanda rayonu qoruyan müdafiə batalyonuna rəhbərlik edirdi. Səid evdə bu mənzərəni görərək böyümüşdü. Bəlkə də elə buna görə Vətən sevgisi onun üçün sadəcə bir hiss yox, bir təməl, bir yaşam fəlsəfəsi idi.

Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Bakı şəhəri 207 saylı məktəbdə oxuyub, 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində general Polad Həşimovun rəhbərliyi altında vuruşub.

Həmişə qürurla deyərdi: “Polad Həşimov kimi komandirlə döyüşmək ömrümün ən şərəfli günlərindən biridir”.

O, Aprel döyüşlərindən sonra bir müddət ordu sıralarından uzaqlaşsa da, içindəki Vətən yanğısı sönmədi.

Vətən müharibəsi başlayanda o, artıq qərarını vermişdi. Füzulinin Babı kəndində yerləşən səfərbərlik idarəsinə getdi. Tanışlarım mənə xəbər verdilər:

- Sənin dostun burdadır, amma onu qəbul etmirlər. Deyirlər, sabah gəlsin.

Mən Səidə zəng edib dedim:

- Qal, sabah gedərsən, artıq gecdir.

O isə qətiyyətlə cavab verdi:

- Yox, mən bu gün getməliyəm. Müharibə başlayıbsa, mən orada olmalıyam.

Onda gördüm ki, bu qərar onun üçün təkcə vəzifə deyil, vicdan borcudur.

Təsadüf elə gətirdi ki, həmin gün bir qrup çağırışçı Xocavənd istiqamətinə göndərilirdi. Səidin zabit olduğundan deyiblər:

- Sən onlara rəhbərlik et.

Elə o dəqiqədən sonra Səid artıq döyüş yolundaydı. Və o gediş - o gediş idi...

O gündən sonra demək olar ki, hər gün danışırdıq. Səid səngərdən, döyüş meydanından zəng edirdi:

“Bu gün belə oldu, bu kənd azad edildi, o yüksəklik alındı”, - deyirdi.

Hər dəfə səsində bir uşaq sevincinə bənzər qürur hiss olunurdu. Bir dəfə zəng etdi və dedi:

“Hadrutu aldıq! Amma hələ bir yüksəkliyimiz qalıb, onu da alacam. Ora bayrağı sancacam”.

O danışanda anlayırdın ki, bu sözlər bir planın yox, bir qəlbin səsi idi. O, sadəcə döyüşmürdü - bir ideyanın içində yaşayırdı. Hər dəfə onunla danışanda bir şey hiss olunurdu: bu adam artıq ölümə yox, öz taleyinə doğru gedir.

Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə Səid tağım komandiri idi. “Şişqaya” adlanan strateji yüksəkliyin alınması üçün tapşırıq verilmişdi. Ərazidə düşmən bayrağı asıldığını görən Səid deyib: “Mən Azərbaycan zabitiyəm, erməni bayrağı altında dura bilmərəm. Bayraq dəyişməlidir”.

Əsgərlərinin “Komandir, səni vuracaqlar!” sözünə gülümsəyərək cavab verib:

“Vursalar da qorxmayın, kömək gələcək”.

Və bayrağa tərəf irəliləyib. O, sinəsində daşıdığı Azərbaycan bayrağını dirəyə sancmaq istəyəndə düşmən snayperi atəş açıb. Əsgərlər komandirlərinin yanına çatsalar da, artıq gec idi - Səid şəhid olmuşdu.

Onun adını bayrağın üzərinə yazıb və elə həmin dirəyə sancıblar. İndi o bayraq “Şişqaya” yüksəkliyində dalğalanır - Səidin ruhu kimi, ucalarda, qürurla, əyilmədən.

Səid Rəşidzadə ölümündən sonra Prezident sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Səidi tanıyan hər kəs bilir ki, o, təkcə zabit deyildi - həm də böyük ürəkli bir dost idi. Səmimi idi, sadə idi, sözü yalandan uzaq, davranışı təmkinli, baxışı dürüst idi. Onun təvazökarlığı əsl zabit ləyaqətinin nümunəsi idi. Hər yerdə fərqini göstərirdi - danışığı ilə, təmkini ilə, yumoru ilə. O danışanda insanlar ona diqqətlə qulaq asırdı. Hər kəsin içində bir qorxu olur, amma onun içində yalnız bir inam vardı - “Qarabağ azad olacaq”.

Atası Nofəl Qasımovun vaxtilə müdafiə etdiyi torpaqlar oğul Səidin qanı ilə azad edildi. Beləliklə, bir ailənin tarixi bütöv bir millətin mübarizəsinin parçasına çevrildi.

Bəzən bir ömürlük arzu bir nəsildə doğulur, digərində gerçəkləşir. Füzuli bu mənada ata ilə oğulun hekayəsidir - biri torpağı müdafiə etdi, digəri isə azad etdi.

Bu gün Hadrutun “Şişqaya” yüksəkliyində dalğalanan bayraq yalnız bir postun yox, bir xalqın iradəsinin rəmzidir. Səid Rəşidzadə o bayrağı qaldıranda təkcə bir torpağı deyil, bir xalqın ləyaqətini ucaltdı.

O, döyüşdə şəhid oldu, amma Vətənlə birləşdi.

İndi Səid bir ad deyil - bir simvoldur. Cəsarətin, dostluğun, Vətən sevgisinin və əsl kişilik heysiyyətinin simvolu.

Və mən fəxrlə deyirəm: Səid mənim dostum idi.

O, getdi, amma Vətənə dönərək əbədiləşdi.

Samir Əsədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Oktyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri