Icma.az
close
up
RU
Xətaidə “Vətənə, xalqa həsr edilən şərəfli ömür” adlı tədbir keçirildi FOTOLAR

Xətaidə “Vətənə, xalqa həsr edilən şərəfli ömür” adlı tədbir keçirildi FOTOLAR

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 10-da Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətənə, xalqa həsr edilən şərəfli ömür” adlı tədbir keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, millət vəkilləri Pərvanə Vəliyeva və Vüqar Rəhimzadə iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Xalqımızın Ümummilli Lideri, müstəqil və müasir Azərbaycanın memarı Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir başlanıb.

Tədbiri giriş sözü ilə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyət və dünya siyasət akademiyasının bilicilərindən olduğunu diqqətə çatdıran Ramil Mirzəyev Ulu Öndərin hələ ötən əsrin 70-ci illərində bu gün sürətlə inkişaf edən Azərbaycanın əsasını qoyduğunu qeyd edib. O, Ümummilli Liderin siyasi irsinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirildiyini qeyd edib. Ramil Mirzəyev bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Heydər Əliyevin dövlətçilik xəttinə və ölkəmizin müstəqil inkişaf strategiyasına olan böyük ehtiramın göstəricisidir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan sabitlik və inkişaf yolunun bu gün də ölkəmizi yeni zirvələrə apardığını bildirib. O, Xətai rayonunda həyata keçirilən sosial layihələr, abadlıq işləri və ictimai təşəbbüslərin Heydər Əliyev ideyalarına uyğun olaraq reallaşdırıldığını vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında Heydər Əliyevin siyasi məktəbinin dövlət idarəçiliyi üçün misilsiz model olduğunu bildirib. O, Ümummilli Liderin həyat yolunun hər bir azərbaycanlı üçün əsl nümunə olduğunu qeyd edib. Əli Həsənov Ulu öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışib. O qeyd edib ki, ötən illər ərzində Azərbaycanda böyük dəyişikliklər baş vermiş və ölkə sürətlə inkişaf etmişdir. Bu dəyişikliklərin kökündə dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və həmin strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin Heydər Əliyevin qlobal siyasətdə nüfuzundan, Azərbaycanı regional lider dövlətə çevirməklə bağlı gördüyü işlərdən danışıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc çıxışında Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi islahatların bu gün də hüquqi dövlət quruculuğunda əsas baza olduğunu vurğulayıb.

Milli Məclisin üzvü Pərvanə Vəliyeva Ulu Öndərin qadınların ictimai-siyasi fəallığının artırılmasında oynadığı rol haqqında danışıb.

Milli Məclisin üzvü Vüqar Rəhimzadə isə Heydər Əliyev siyasətinin informasiya cəmiyyətinin formalaşmasına, media mühitinin inkişafına və milli ideologiyanın möhkəmləndirilməsinə verdiyi töhfələri qeyd edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin şərəfli və zəngin həyat yolunu, dövlətçiliyə xidmətlərini və müstəqil Azərbaycan naminə göstərdiyi fədakar fəaliyyətini əks etdirən filmin nümayişi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri