Icma.az
close
up
RU
Vətəni üçün yaşayan Tural

Vətəni üçün yaşayan Tural

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

5 iyun zəfər şəhidi Tural Aslanovun anadan olduğu gündür
Öz qanları ilə Azərbaycanın yeni, şanlı tarixinə adını yazan igidlərdən bir də Tural Elşən oğlu Aslanovdur. Yardımlının Çayüzü kənində boya-başa çatan Turalın Vətən sevgisi ilahidən gəlirdi. Odur ki, yağı tərəfindən ona olunan təcavüzə göz yuma bilmirdi. Müstəqil həyata qədəm qoyanı birinci istəyi əyninə əsgər paltarı geyinib Vətən torpağını qorumaq, mübarizliklə erməni faşistlərinə qalib gəlmək olur. Elin qəhrəman oğlu Tural ömrünün 28-ci ilində İkinci Qarabağ müharibəsində arzusuna çatır. Cəbhəyə könüllü gedir, Şuşaya qədər döyüş yolu keçir. Noyabrın 7-də qələbənin bir addımlığında qalib ölkənin şəhid övladı kimi əbədiyyətə qovuşur. Mənalı həyat yolu ilə Vətənə, millətə sədaqət nümunəsi olur.
2013-cü ildə Tural Aslanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayır. İlk gündən cəsurluğu, qorxmazlığı, vətənpərvərliyi ona hörmət gətirir. Təlimlərdə fəallıq göstərir, cəbhə xəttində düşmənlə qarşı-qarşıya gəldiyi günləri də olur. Vətən, torpaq keşiyində ayıq-sayıq dayanan əsgər yağıya yerini göstərə bilir. Həm də başa düşür ki, torpaqları işğal altında olan bir ölkə üçün hərbiçi sənəti hər şeydən vacibdir. Odur ki, zabitlik kursunda oxuyub leytenant rütbəsini alır. Və sonra seçdiyi sənətinin kamil bilicisi olmaqdan ötrü bütün çətinliklərə dözür. Tərxis olunana qədər xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlir, Vətənin haqq işində hər an ona qurban getməyə hazır olmağı ilə əsgərlərin, zabitlərin arasında yaxşı ad qoyur.
Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən savaşda böyük hünər göstərir. Neçə dəfə ölümlə üz-üzə dayanır, qeyri-bərabər döyüşlərin iştirakçısi olur. Doğma Azərbaycana qəlbən bağlılığı onu çox ağır sınaqlarda çıxardır. Ən qaynar nöqtələrdə yağıya qan qusdurur. Şuşanın nəfəsini hiss etdikcə isə qəhrəman Turalın damarlarında qanı coşur, dığalardan hər qarış Vətən torpağının qisasını almaq üçün silahdan daha da möhkəm yapışır. Sinəsini gülləyə sipər etməklə arzuladığı qələbəyə çatır. Özü Şuşada şəhid olsa da, xalqına, millətinə zəfər sevincini yaşadır...
İndi yeri cənnət olan, adı Vətənlə qoşa çəkilən igid döyüşçü Tural bütün Azərbaycan üçün əzizdir. Dövlət tərəfində də onun xidmətləri unudulmadı. Ölümündən sonra layiq görüldüyü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Bu qürur, şərəf rəmzi olan Vətən mükafatları doğmalarına yaxşı təsəllidir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 İyun 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see600

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see436

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see352

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see265

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see244

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see237

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see234

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see231

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see230

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see227

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see225

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see211

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see210

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see206

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see203

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see194

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see190

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see178

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see169

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri