Icma.az
close
up
RU
Mirzəhəsən ömrünü Vətəni üçün yaşadı FOTO

Mirzəhəsən ömrünü Vətəni üçün yaşadı FOTO

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsində Vətən, xalq yolunda   özünü şüurlu sürətdə odun-alovun içinə atıb, son nəfəsə qədər düşmənə qarşı döyüşüb, şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan bir də Mirzəhəsən Əlizadədir. Astara elinin igid oğlu cismən aramızdan getsə də,  mənən milyonların ürəyində yaşayır.  Bizə canı, qanı bahasına qələbə sevincini yaşadan şəhid Mirzəhəsən həmişə, hər yerdə böyük ehtiramla xatırlanır və qərinələr, əsrlər boyunca da belə olacaq.

Ulduz  ömrü yaşayan  Vətən sevdalısının 32 yaşının tamamında  Astara Pedaqoji Kollecinin bir qrup əməkdaşı şəhidin ailəsinə baş çəkdi, eləcə uyuduğu müqəddəs yeri  ziyarət etməklə oraya  təzə gül  çələngləri düzdülər.

Çıxışlar zamanı kollecin “Maliyyə və informasiya” şöbəsinin müdiri, şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə müəllim bildirdi: “Şəhidlik ən yüksək, şərəfli zirvədir. Adı dillərdə dastana dönən Mirzəhəsən  kollecimizin məzunu olub. Bütün arzuları Vətənlə bağlı idi. Canına yağı dadanmış yurdumuzun taleyi onu çox narahat edirdi. Kökdən gələn qürur, saf əqidə, təmiz vicdan, doğma Azərbaycanın hər daşına, torpağına olan ilahi sevgi  Mirzəhəsəni bu müqəddəs yola apardı. O, ömrünü Vətən üçün yaşamaqla ölməzlik qazandı. İndi böyük bir xalqın qürur yeri, iftixar mənbəyidir”. Mirzəhəsənin keçdiyi həyat yolu Vətəni necə sevməyi, öz halal torpağı qorumağı öyrədən bir məktəbdir.  Mirzəhəsən kimi qəhrəman övlad tərbiyə etdikləri üçün  Şahin müəllimə, Kəsirə xanıma həmişə minnətdar olmalıyıq.

Azərbaycanın yeni, şanlı tarixinə adını yazan Mirzəhəsən Şahin oğlu Əlizadə 12 yanvar 1992-ci ildə Astaranın Səncərədi kəndində dünyaya göz açıb. Vətənpərvər, qeyrətli bir oğul kimi böyüyən Mirzəhəsən orta məktəbi başa vurub, elə öz rayonunda fəaliyyət göstərən Pedaqoji Kollecin  “Fiziki tərbiyə və İdman müəllimi” fakültəsində oxuyub.  2009-cu ildə ordu sıralarına yollananda  əsas məqsədi yağı düşməndən  qisas almaq olub. Cəbhə bölgəsində xidmət edən Mirzəhəsənin igidliyi, mərdliyi, dürüstlüyü onu əsgərlərin, zabitlərin sevimlisinə çevirib.  Xidmət müddətini nümunəvi qaydada, üzüağ başa çatdırıb. Yağıdan alacağı öcə görə ömrünü hərbiyə bağlayıb.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Mirzəhəsənin arzuladığı məqam yetişib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın  azadlığı uğrunda  böyük rəşadət göstərib.  Qəhrəman döyüşçü hər dəfə dığaların üstünə qartal tək şığıyıb,   onlara ürəyincə qan qusdurub.  Həmçinin yaralı əsgərləri ağır müharibə  meydanından çiynində daşıyaraq çıxarmaqla onlara ikinci həyat verib.  Mirzəhəsən  Zəngilanda ayağından yara alıb. Qaldı ki, ağır vəziyyətdə də silahı əlindən yerə qoymayıb.  Oktyabrın 20-də  Vətən naminə ölüm-dirim savaşında şəhadətə qovuşub.  

Özündən artıq sevdiyi doğma Azərbaycanın bütövlüyü naminə canından keçən Mirzəhəsən Əlizadə ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Qubadlının,  Zəngilanın azadlığına  görə medalları ilə təltif olunub.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri