Icma.az
close
up
RU
“Vətəni və Prezidenti qorumaq sadəcə ideologiya deyil, həm də şərəf məsələsidir!” Elşən Musayev

“Vətəni və Prezidenti qorumaq sadəcə ideologiya deyil, həm də şərəf məsələsidir!” Elşən Musayev

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Dünən “Bolt”dan taksi sifariş verib evə gəlirəm...

Sürücü özbək idi və maşına oturduğum andan etibarən də dərhal rus dilində danışmağa başlayıb, xeyli suallar verdi: “Daşkənddə olmusunuzmu?”, “Oradakı inkişafı görmüsünüzmü?”, “Bizdə bilirsinizmi nə qədər binalar tikilir, parklar, yollar salınır?”

Sonra elə özü qayıtdı ki...Özbəkistan artıq 2005-ci ilin Bakısına gəlib çatıb e...

Nə gizlədim. Açığı ləzzət elədi. Bu boyda sürət, bu boyda tərif, bu boyda yerə - göyə sığdırmama və...axırda da fəxrlə deyəsən, sizin 20 il əvvəlinizə yaxınlaşırıq...

Bəli, mənim əzizlərim. Fakt budur ki, sadəcə Özbəkistan deyil, bir çox post-sovet ölkələri üçün Azərbaycanın uzaq keçmişində qərarlaşmaq, bizim məhz 20 il öncəmizdən boylanmaq qürurdur, hadisədir, təntənədir.

Məmləkətimiz artıq tərəqqi etalonudur, yüksəlişin səviyyə göstəricisidir.

*

Hərdən düşünürəm, məsələn, hazırda Gürcüstanın xəyalından keçərmi, Abxaziya və Cənubi Osetiyada nəsə inşa etsin? Ya da Ukrayna. İndiki məqamda oturub o perspektivi düşünərmi ki, Krımda, Luqanskda, Xersonda hansısa quruculuq, abadlıq işləri aparsın?

Xeyr, mənim əzizlərim. Fikirlərinin ucundan da keçməz. Çünki hazırda öz canlarının, ən yaxşı halda status-kvonu qorumağın hayındadırlar. Çünki onların faktiki - ən böyük arzusu irəliləmək deyil, sadəcə geri getməməkdir. Çünki biri...hakimiyyətini kənar müdaxilələrdən, təsirlərdən qorumaqla məşğuldur, digəri isə müharibədən minimum itkilərlə çıxmaq üçün “baş sındırmaqla”.

Mənim Prezidentim isə Xankəndidə açılış edir!

Həmin açılışlara, yeniliklərə, dəyişikliklərə illər uzunu həsrət qalan Xankəndidə!

Rus qoşunlarının (sülhməramlılarının) izinin - tozunun belə qalmadığı Xankəndidə!

*

Düşmən(lər)in bağrı çatlamasın, neyləsin? Namərdlərın qıcolması, isterikası, “sudurqa”sı tutmasın, neyləsin?! Çaşıb qalıblar ki, necə olur, həftədə, ayda bir köç gəlir və qarşısını ala bilmirik? Ağıllarına, içlərinə sindirə bilmirlər ki, necə olur, hamının başını özünə qatmışıq, bölgəni qan çanağına çevirmişik, az qala hər yerdə inqilab ssenarilərini tutuzdurmuşuq, amma Azərbaycanda nəsə eləmək, hansısa qara niyyəti, məkrli planı gerçəkləşdirmək mümkün deyil?

Öyrəşiblər axı, hamının daxili işlərinə burun soxmağa, kənar dövlətlərin seçkilərinə müdaxilə etməyə, diktə ilə danışmağa, “ağsaqqal məsləhəti” verməyə...

Bu səbəbdən heç cür “çatmır” onlara, Azərbaycanın müstəqil siyasət yürütməyi!

*

Dünən Xankəndidə əsən növbəti Zəfər rüzgarımız çox gözləri kor etdi - ad çəkib, ünvan göstərib xırdalamayacam. Zatən bilirsiz, söhbət kim(lər)dən gedir....

Dünən bəzi “milçək vızıltıları”, rudimentləşmiş ünsürlər yenə nəsə eləmək, ürək bulandırmaq, təxribat törətmək istədi – bu barədə də xüsusi bəhs etməyəcəm.

Fəqət, içimdən gələn bir şey var ki, onu mütləq bölüşməliyəm:

Rahatlığımız, ən ciddi təhlükəsizliyimiz öz yerində...

DTX-miz, polisimiz öz yerində...

Amma...indi elə həssas məqamdır ki, sənətindən, kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs, məhz HƏR KƏS düşmən qarşısında sipər və qalxana çevrilməlidir!

Sözlə, əməllə, can yandıran ürəklə, ən kəskin mövqe ilə!

Çünki belə əzəmətli dövləti, belə ləyaqətli Prezidenti qorumaq artıq sadəcə ideologiya deyil, həm də ŞƏRƏF məsələsidir...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see240

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see232

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see223

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see215

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see196

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see183

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see165

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see161

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see160

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see155

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see153

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see153

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see147

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri