Icma.az
close
up
RU
Vətən müharibəsinin iştirakçısı: Torpağı qanla, Vətəni isə sevgi ilə qoruyurlar VİDEO

Vətən müharibəsinin iştirakçısı: Torpağı qanla, Vətəni isə sevgi ilə qoruyurlar VİDEO

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad, 3 oktyabr, İlkin Adıyev, AZƏRTAC

44 günlük Vətən müharibəsi başlayanda mənim üçün qərar vermək çətin olmadı. O, gün xəbər yayılan kimi ürəyimdə bir səs dedi ki, sən bu savaşdan kənarda qala bilməzsən. Könüllü olaraq hərbi komissarlığa müraciət etdim və cəbhəyə yollandım. Mənim üçün ən böyük şərəf, ən böyük amal torpaqlarımızın azadlığı uğrunda vuruşmaq idi”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Vətən müharibəsinin iştirakçısı Toğrul Rizvanlı bildirib. O, müharibə başlayan ilk gündən cəbhəyə könüllü yollanıb, tapdaq altında olan torpaqlarımızın erməni işğalından azad olunmasında xüsusi şücaət göstərib.

Toğrul müharibəyə yola düşməzdən əvvəl anasından halallıq alıb. Anasının xeyir-duası cəbhəyə yollanarkən onun üçün ən böyük mənəvi dayaq olub: “Müharibəyə getmək qərarı verəndə anam mənə dedi ki, “haqqım sənə halal olsun”. Mən də onun xeyir-duasını alaraq döyüşlərə yollandım. Anamın duaları mənim üçün böyük güc mənbəyi idi”.

“İlk döyüşümüz hələ də gözümün önündədir. Sanki dünən baş verib... Qarşımızda düşmən mövqeləri idi... Hamımız bilirdik ki, bu yol şəhidlikdən, qəhrəmanlıqdan keçir. Qorxmadıq, çünki döyüşdə qalib gəlmək üçün güclü, mərd və iradəli olmalısan. Mənim bölüyümdə elə oğullar var idi ki, düşmənə qan udururdu. Onlar döyüşlərdə şəhid oldular, amma bir addım belə geri çəkilmədilər. İşğal altında olan torpaqlarımızı onların canı və qanı bahasına azad etdik. Döyüşlərin ən çətin anlarından biri Qubadlı istiqamətində, Qanlı Təpə deyilən ərazidə oldu. Gecə boyu mövqedə qalmışdıq, soyuqdan əllərimiz donurdu, amma qəlbimiz isti idi, çünki bilirdik ki, sabah o torpaqlarda Azərbaycan Bayrağı dalğalanacaq. Hər dəfə silahımı əlimə alanda gözümün önünə öz elim, obam, ailəm, şəhidlərin ruhu gəlirdi. Mənim üçün döyüş meydanında dayanmaq yalnız hərbi borc deyildi, həm də vicdan borcu idi”, – deyən həmsöhbətim o günləri yada salır.

Vətən müharibəsindən sonra Toğrul Rizvanlıya kapitan rütbəsi verilib. O, bunu böyük fəxrlə söyləsə də, qəhrəmanlığın rütbə ilə ölçülmədiyini vurğulayıb: “Müharibədən sonra mənə kapitan rütbəsi verildi. Bu, mənim üçün fəxrdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhidlərimiz ən yüksək zirvəyə ucaldılar”.

Toğrul Rizvanlı hazırda Cəlilabad şəhərində yerləşən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbdə hərbi rəhbər kimi fəaliyyət göstərir.

O, məktəblilərlə iş apararaq onlara vətənpərvərlik dəyərlərini aşılayır və daim milli ruhda tərbiyə olunmalarına diqqət yetirir: “Hazırda hərbi rəhbər kimi gənclərlə çalışıram. Mənim əsas məqsədim onlara Vətən sevgisi aşılamaq, igid olmağı öyrətməkdir. Şagirdlərə hər zaman deyirəm ki, torpağı qanla qoruyurlar, Vətəni yaşadan isə sevgidir”, – deyə Toğrul əlavə edib.

Onun sözlərinə görə, gənc nəslin milli ruhda böyüməsi Vətənin gələcəyi üçün ən mühüm təminatdır.

“Mənim ən böyük qürurum odur ki, Vətən müharibəsində iştirak etdim, torpaqlarımızın azadlığı uğrunda vuruşdum. Hər dəfə məktəbin həyətində şagirdlərə baxanda içimdən bu sözlər keçir: bu gənclər bizim davamçılarımız olacaq, Vətəni daim qoruyacaqlar. Onlar Vətənimizin keşikçiləridir”.

Qeyd edək ki, Toğrul Rizvanlı "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see234

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see180

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see158

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see129

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see122

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see122

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see122

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see116

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see115

ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya kəşfiyyat məlumatı verəcək

02 Oktyabr 2025 05:01see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri