Icma.az
close
up
RU
Vətən müharibəsinin iştirakçısı: Torpağı qanla, Vətəni isə sevgi ilə qoruyurlar

Vətən müharibəsinin iştirakçısı: Torpağı qanla, Vətəni isə sevgi ilə qoruyurlar

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Cəlilabad, 3 oktyabr, İlkin Adıyev, AZƏRTAC

44 günlük Vətən müharibəsi başlayanda mənim üçün qərar vermək çətin olmadı. O, gün xəbər yayılan kimi ürəyimdə bir səs dedi ki, sən bu savaşdan kənarda qala bilməzsən. Könüllü olaraq hərbi komissarlığa müraciət etdim və cəbhəyə yollandım. Mənim üçün ən böyük şərəf, ən böyük amal torpaqlarımızın azadlığı uğrunda vuruşmaq idi”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Vətən müharibəsinin iştirakçısı Toğrul Rizvanlı bildirib. O, müharibə başlayan ilk gündən cəbhəyə könüllü yollanıb, tapdaq altında olan torpaqlarımızın erməni işğalından azad olunmasında xüsusi şücaət göstərib.

Toğrul müharibəyə yola düşməzdən əvvəl anasından halallıq alıb. Anasının xeyir-duası cəbhəyə yollanarkən onun üçün ən böyük mənəvi dayaq olub: “Müharibəyə getmək qərarı verəndə anam mənə dedi ki, “haqqım sənə halal olsun”. Mən də onun xeyir-duasını alaraq döyüşlərə yollandım. Anamın duaları mənim üçün böyük güc mənbəyi idi”.

“İlk döyüşümüz hələ də gözümün önündədir. Sanki dünən baş verib... Qarşımızda düşmən mövqeləri idi... Hamımız bilirdik ki, bu yol şəhidlikdən, qəhrəmanlıqdan keçir. Qorxmadıq, çünki döyüşdə qalib gəlmək üçün güclü, mərd və iradəli olmalısan. Mənim bölüyümdə elə oğullar var idi ki, düşmənə qan udururdu. Onlar döyüşlərdə şəhid oldular, amma bir addım belə geri çəkilmədilər. İşğal altında olan torpaqlarımızı onların canı və qanı bahasına azad etdik. Döyüşlərin ən çətin anlarından biri Qubadlı istiqamətində, Qanlı Təpə deyilən ərazidə oldu. Gecə boyu mövqedə qalmışdıq, soyuqdan əllərimiz donurdu, amma qəlbimiz isti idi, çünki bilirdik ki, sabah o torpaqlarda Azərbaycan bayrağı dalğalanacaq. Hər dəfə silahımı əlimə alanda gözümün önünə öz elim, obam, ailəm, şəhidlərin ruhu gəlirdi. Mənim üçün döyüş meydanında dayanmaq yalnız hərbi borc deyildi, həm də vicdan borcu idi”, – deyən həmsöhbətim o günləri yada salır.

Vətən müharibəsindən sonra Toğrul Rizvanlıya kapitan rütbəsi verilib. O, bunu böyük fəxrlə söyləsə də, qəhrəmanlığın rütbə ilə ölçülmədiyini vurğulayıb: “Müharibədən sonra mənə kapitan rütbəsi verildi. Bu, mənim üçün fəxrdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhidlərimiz ən yüksək zirvəyə ucaldılar”.

Toğrul Rizvanlı hazırda Cəlilabad şəhərində yerləşən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbdə hərbi rəhbər kimi fəaliyyət göstərir.

O, məktəblilərlə iş apararaq onlara vətənpərvərlik dəyərlərini aşılayır və daim milli ruhda tərbiyə olunmalarına diqqət yetirir: “Hazırda hərbi rəhbər kimi gənclərlə çalışıram. Mənim əsas məqsədim onlara Vətən sevgisi aşılamaq, igid olmağı öyrətməkdir. Şagirdlərə hər zaman deyirəm ki, torpağı qanla qoruyurlar, Vətəni yaşadan isə sevgidir”, – deyə Toğrul əlavə edib.

Onun sözlərinə görə, gənc nəslin milli ruhda böyüməsi Vətənin gələcəyi üçün ən mühüm təminatdır.

“Mənim ən böyük qürurum odur ki, Vətən müharibəsində iştirak etdim, torpaqlarımızın azadlığı uğrunda vuruşdum. Hər dəfə məktəbin həyətində şagirdlərə baxanda içimdən bu sözlər keçir: bu gənclər bizim davamçılarımız olacaq, Vətəni daim qoruyacaqlar. Onlar Vətənimizin keşikçiləridir”.

Qeyd edək ki, Toğrul Rizvanlı "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri