Icma.az
close
up
RU
Vətənin Qəhrəman oğlu

Vətənin Qəhrəman oğlu

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz igidliyə, komandirlik bacarığına və düşmənə endirdiyi sarsıdıcı zərbələrə görə Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilmiş cəsur hərbçilərimizdən biri də Adil İbrahimlidir. Xüsusi Təyinatlı Qüvvələrin cəsur zabiti, Murovdağdan Şuşayadək şərəfli döyüş yolu keçərək şəhadət şərbətini içən Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Adil İbrahimli. Bu yazımızda düşmənin kabusuna çevrilən, Şuşa qayalıqlarını fəth edərək qəhrəmanlıq dastan yazan şəhidimizin ömür yolu, döyüş şücaəti və əbədiləşən xatirəsi haqqında söz açacağıq.

Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008-ci ildə isə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul edilib. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

O, 2015-ci ildə Hərbi məktəbini bitirərək leytenant rütbəsini alıb. Sonra Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan ordusunda xidmətə başlayıb. 2017-ci ildə XTQ-ə qəbul olan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.

Adil ailəsinin ortancıl övladı olub. Uşaqlıqdan bəri vətənpərvərliyi və dinə imanı ilə yaşıdlarından seçilib. Adil İbrahimlinin atası Asəm kişi də I Qarabağ Müharibəsinin qazisidir. 1992-ci ildə müharibəyə könüllü gedib. Qəhrəman atası deyir ki, “Məğlub savaşın qalib əsgəri ola bilməzdim”. O, özü kimi də oğul böyüdüb. Çox sevdiyi atasının adını daşıyan, “dədə” deyə müraciət etdiyi Adili belə yad edir: “Dedi ki, mənə halallıq ver. Mən gedirəm. Əmim kimi hərbiçi olacam. Hələ zarafatla deyirdi ki, mən əmimgildən də yuxarı məqamda olacam. 

Adilin həyat yoldaşı Nargül xanım onu 12 yaşından bəri tanıyır. Evlilikləri cəmi üç il çəksə də, onların sevgisi uzun bir yol qət edib. Qəhrəmanın həyat yoldaşı söyləyir  ki, “Mən onu tanıyan vaxtdan bəri həmişə deyirdi ki, gündəliklərin arxasında olan qan yaddaşını dəyişmək istəyirəm. Belə idi onun Vətən sevgisi, dil ilə təsvir etmək mümkün deyil. Bu bəlkə də, onun dinə böyük inancından irəli gəlirdi. Adil işində peşəkar olduğu kimi, ailədə də gözəl başçı idi. Mən Adil kimi ailə başçısı, ata görməmişəm. Bir söz var: böyüklə böyük kimi, kiçiklə kiçik kimi davranırdı. Qızına bir ayrı, oğluna bir ayrı, mənə bir ayrı yanaşırdı. Həyat elə gətirdi ki, qızı ilə cəmi 12 gün vaxt keçirə bildi... O evə gələndə ayaqqabısını belə çıxarmamış Əbəlfəzi öpürdü. Övladlarına qarşı sevgisi belə idi. Adillə üç ildir ki, evliyik. Toyumuzdan bir həftə sonra təlimə getdilər. Heç bir ad günlərini, heç bir evlilik ildönümlərimizi birlikdə keçirə bilmədik. Daim kurslarda, təlimlərdə oldu. Həsrət çəkdik. İndi də məni ömürlük həsrətdə buraxıb getdi”. 

Adil, həqiqətən, cavan olmasına baxmayaraq, xeyli peşəkar hərbiçi olub. Son vəzifəsi isə Qrup komandiri və Baş kəşfiyyatçı idi. Döyüş yoldaşları onun cəsarətindən, müharibənin ən qızğın döyüşlərindəki şücaətindən, necə son damla qanınadək vuruşmasından danışır. O, Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. 40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib, yaralı olsa da qəhrəmancasına vuruşub, lakin mənfur düşmən yenidən ona atəş açıb... Noyabrın 7-də Adil ölümün qarşısında sinə gərib, ən son məqamda isə Şəhidlik şərbətini dadıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, "Vətən Uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

2021-cil sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində təşkil olunan yürüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz İbrahimli Adil Asəm oğludur.

Məkanı cənnət olsun!

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri