Icma.az
close
up
RU
Vətənin qəhrəman oğlu FOTO

Vətənin qəhrəman oğlu FOTO

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəfər şəhidi Amid Heydərovun anadan olmasının 38 illiyi münasibətilə
30 il canına yağı dadanmış Qarabağın azadlığı ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən şanlı səhifəsi kimi qərinələr boyu unudulmaz.
Öz qanı hesabına bu şanlı zəfəri xalqımıza yaşadan, bu gün üçün də, sabah üçün də sevilən xatirəyə dönüb qəlblərdə yurd-yuva edən qəhrəman oğullar minlərlə hesablanır. Dağlar diyarı Lerikdən olan Amid Heydərov Vətən müharibəsi başlanan andan idarə etdiyi tankla dığaların müdafiə xəttini yararaq, onların çox murdar niyyətinə sədd çəkir. İgid Vətən övladı döyüşdən-döyüşə düşmənə qan qusdurur. Özü şəhid olsa da, fədakarlığı, cəsurluğu qələbəyə doğru gedən yolda əsgərlərə, zabitlərə qol-qanad verir. Hətta sonrakı günlərdə onun şəklini sinəsinə taxıb, özünü Qarabağın azadlığı naminə haqq savaşımızda ölümün gözünə dik baxa-baxa odun-alovun içinə atanlar olur...
Uşaqlıqdan yeganə arzusu dığaların tapdağı altındakı Azərbaycana məxsus torpaqları azad görmək olan Amid yetkinlik yaşına çatanda ömrünü hərbiyə bağlamağı tam yəqinləşdirir. Ali Hərbi Məktəbi bitirəndə deyir ki, xidmətimlə vətənimə, xalqıma ləyaqətli övlad olacağam. 2008-ci ildən 2020-ci il sentyabrın 28-də şəhadətə qovuşduğu günə qədər sözünün üstündə əsl kişi kimi durur. Yaxşı komandir olaraq xidmət etdiyi hissədə hörmətlə qarşılanır, əsgərləri tərəfindən sevilir. Tabeliyində olanlara təmənnasız münasibət göstərir, onların mətin, vətənpərvər, vətəninə sədaqətli, torpağa bağlı olması üçün qəlbinin odunu, hərarətini verməyi bacarır. Vətənə halal sevgisi, dığalara kəskin nifrəti həmişə Amidə uğur gətirir.
Köksündə igid ürəyi döyünən Lerikli balasının Vətən qarşısında ilk çətin sınağı 2016-ci il Aprel döyüşlərində olur. Odlar yurdu üçün canından keçməyə hazır olan Amid bu ağır savaşda böyük hünər göstərir, Lələtəpəyə ilk çıxan tankçı komandirin igidliyi qəhrəmanlıq nəğməsi olub dillərə düşür. Vaxtından əvvəl kapitan rütbəsinə layiq görülür. Dörd il keçəndən sonra ona etimad göstərib 32 yaşında hərbi hissəyə komandir seçirlər. Böyük Vətən müharibəsinə isə zəngin döyüş təcrübəsinə malik, işini mükəmməl bilən tankçılar batalyonunun komandiri, mayor kimi qatılır. Vətənin harayına öz tankı ilə birinci gedən Amid dığaların müdafiə xəttini çox asan qırır. O, Füzuli, Cəbrayıl istiqamətində cəsarətlə vuruşur, bu əraziləri bir-birinin ardınca erməni işğalçılardan təmizləyir. Son döyüşdə də düşmənin bir neçə tankını məhv edir, piyadaların döyüşündə onlara dəstək olur. Dığalar fürsət edib zirehdələn mərmi ilə tankını vururlar. Alovlanan tankını düşmənin üstünə sürməklə daha bir rəşadətə yol açır Amid. Elə alovlanan tankın içində özü də ölməzliyə qovuşur...
Bəli, hər kəsin tarixi dəyəri onun öz xalqından ötrü gördüyü xidmətlə ölçülür. Amid daha irəli gedərək, canını ürəkdən sevdiyi Vətənə qurban etdi. Qəhrəman döyüşçümüz millətin gözündə əbədi ucalmaqla, dövlətdən də öz yüksək qiymətini aldı. “ Vətən müharibəsinin qəhrəmanı” adına layiq görüldü, “Vətən uğrunda” medali ilə təltif edildi. Qəhrəman şəhidin iki övladı ondan bizə yadigar qaldı. Onlar da ataları kimi Vətəni, xalqı üçün boy atır...
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri