Icma.az
close
up
RU
Vətənin qəhrəman oğlu FOTO

Vətənin qəhrəman oğlu FOTO

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

1 sentyabr şəhid Mahir Paşayevin doğum günüdür
Cəlilabad rayonu, Əsədli kəndində boya-başa çatan Mahir Bəxtiyar oğlu Paşayev İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalaraq milyonların ürəyində özünə əbədi məkan qurub. Fəqət, Mahir həm də 30 il düşmən tapdağında qalan cənnət məkan Qarabağımızın mərd xilaskar ərənləri kimi tarixin yaddaşında silinməz iz qoyub. Elə bütün bunlara görə onun yaşadığı 23 illik ömür yolu doğma Azərbaycanına, millətinə başdan-başa ilahi bir sevgidir. Mahir torpaq, Vətən yolunda ölməklə bizim üçün ən müqəddəs bir varlığa dönərək əlçatmaz göylərə ucaldı.
O, kənd məktəbini bitirəndə birinci amalı Vətən torpağını qorumaq və mübarizliklə düşmənə qalib gəlib Qarabağı azad etmək olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, vətənpərvər oğul olaraq əsgərlər arasında sayılıb tanınıb. İştirak etdiyi təlimlərdə də bütün sınaqlardan uğur qazanıb. Qəlbində erməni quldurlardan intiqam, qisas almaq alovu get-gedə güclənən Mahir hərbi sirlərinə mükəmməl yiyələnib. Və ən əsası cəbhə xətində yağı düşmənlə qarşı-qarşı dayanmış igid əsgər hər an Vətən torpaqların azadlığı naminə döyüşə atılmağa məqam gözləyib.
2016-cı ilin Aprel döyüşlərində Mahir Paşayev birincilər sırasında silaha sarılıb erməni dığalarına qarşı ölüm-dirim mübarizəsinə girib. İlk gündən çoxlu canlı qüvvəsinin, texnikasının axırına çıxmaqla onları lərzəyə salıb. Lələ təpədə üçrəngli qələbə bayrağımız ucalananda bir daha doğma Azərbaycanın hər qarışına ürəkdən bağlanıb. Mərdliyi, qəhrəmanlığı əsgər yoldaşlarına nümunə olan Mahir Paşayevə kiçik çavuş rütbəsi verilib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahir Paşayev Vətən müharibəsində isə əsl qəhrəmanlıq salnaməsini yaradıb. Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən haqq savaşımızda can qoyub, müharibə meydanında yağıya qan uddurub. Döyüşdən-döyüşə Vətənə olan sonsuz məhəbbətini dığaların kabusuna çevrilməklə göstərib. Ağır müharibə meydanında yaxşı vuruşmaqla bərabər, həm də çiyin-çiyinə döyüşən əsgərlərə mənəvi dayaq durub, şəxsi şücaəti hesabına onlarda böyük qələbəyə inam yaradıb. Mahir Paşayev oktyabrın 9-da Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmənlə son damla qanına qədər vuruşub şəhidlik zirvəsinə ucalıb.
Vətənin yaşaması naminə canını fəda edən, şəhidliyi bütün millətə başucalığı olan Mahir Paşayev ölümündən sonra dövlət tərəfindən bir sıra medallara layiq görülüb. Rəşadətli döyüş yolunda göstərdiyi şücaətə verilən təltiflər arasında "Vətən uğrunda", "İgidliyə görə", Cəbrayılın, Kəlbəcərin, Xocavəndin və Qubadlının azadlığı medalları da vardır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri