Icma.az
close
up
RU
Vətənin Umud Rəhimoğlu obrazı

Vətənin Umud Rəhimoğlu obrazı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dövrümüzün Vətən ideologiyasının dünya arenasında təbliğinin və təşviqinin ən uğurlu obrazlarından biri, heç şübhəsiz, Umud Rəhimoğlu obrazıdır. Umud Rəhimoğlu obrazının istər Birinci Qarabağ,-Vətənin qara “bağ” müharibəsində, istərsə də İkinci Qarabağ, – Vətənin üzüağ müharibəsində özünəməxsus davası vardı. Həmin dava şəxsi mənafe və maraq davası deyildi, bu dava Vətənin haqq səsinin dünyanın mötəbər mediya müstəvisində dünya ictimaiyyətinə çatdırılmasının ən mühüm və əzmkar davası idi.

Bu dava öz fəaliyyətini Azərbaycan dünyasının min illər boyu keçdiyi keşməkeşli yolun mənəvi örnəkləri zəminində quran Vətənin Umud Rəhimoğlu obrazının vətənpərvərlik keyfiyyətlərindən doğan zəngin mənəvi dünyasını, mayası müqəddəs amallardan qaynaqlanan dövlətçiliyin möhkəmləndirilməsi ideyalarını, vətəndaş cəmiyyətinin yeni formalarda inkişafı və həyata keçirilməsi yolunda yiyələndiyi mükəmməl bilik və səriştəsini əhatə edirdi.

Ulu türk dünyasının minillik maddi və mənəvi örnəkləri zəminində yaranan Vətənin Umud Rəhimoğlu obrazının peşəkar media, vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişafı sahəsində əldə etdiyi  uğurların təcəssümü və bu obrazın beynəlxalq təcrübə zənginliyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasına gətirib çıxardı.

Məram və məqsədində xalqımızın qədim və keşməkeşli tarixi, zəngin mənəvi dünyası, yüz illər boyu düçar olduğu ədalətsiz müharibələrin və kənar müdaxilələrin ağrıları, qəlbi vətən eşqi ilə döyünən qeyrətli oğul və qızlarımızın mübariz döyüş əzmi və bu keyfiyyətlərin əsas yer aldığı Fondun bu illər ərzində böyük uğurlar qazanmasında təşkilatın rəhbəri və qurucusu olan Umud Rəhimoğlunun mühüm xidmətləri var.

Qürur hissi ilə qeyd edim ki, xalqımızın əsrlər boyu həsrət və intizarla gözlədiyi ən böyük Zəfər və möhtəşəm Qələbə əsəri özündə qalibiyyət və hünər mənzərələrini əks etdirən əbədi salnaməyə çevrildi. Bu İlahi salnamənin ən fəal və fədakar təbliğ və təşviqini yaşayan və yaşadan oğullardan biri kimi Vətənin Umud Rəhimoğlu obrazı kütləvi informasiya vasitələrinin bayraqdarına çevrildi, bu yöndə çoxsaylı layihə və tədbirləri ardıcıllıqla həyata keçirdi, çox böyük layihələrə imza ataraq xarici jurnalistlərin, beynəlxalq nümayəndənin müharibədən zərərçəkmiş ərazilərə səfərlərini təşkil etdi, ölkəmizlə bağlı ən zəruri məlumatların dünya mediasına çatdırılmasında, yayılmasında xeyli işlər gördü.

Öz dövlət müstəqilliyini asanlıqla deyil, qurbanlar bahasına, xalqın mübarizə əzmi və qətiyyəti hesabına qazanıb öz azadlığına qovuşan Azərbaycanı və Azərbaycan xalqını dünya Umud Rəhimoğlu kimi oğulların sayəsində yenidən, həm də olduğu kimi tanıdı, rəşadətli Azərbaycan ordusunun timsalında müasir ordunun necə olduğunu öyrənmiş oldu. 

Tarix boyu xalqımızın erməni fitvası, erməni xiyanəti ilə üz-üzə qalaraq nələr çəkdiyi Vətənin Umud Rəhimoğlu obrazının media mənsublarının bir araya gəlməsini və beynəlxalq jurnalistikanın dəstəyini təmin etməsini təşkil edən fəaliyyəti və mübarizəsi boyu zaman ardıcıllığına uyğun şəkildə Dünya güclərinə təqdim olundu.

Vətənin Umud Rəhimoğlu obrazının Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində gördüyü uğurlu işlərin əsas fəaliyyət istiqamətlərindən biri də mənfur erməni vandallarının külli Qarabağda törətdikləri soyqırım və kütləvi vəhşilikləri əks etdirən videomaterialların canlı sübut kimi bir sıra xarici media orqanlarında nümayiş edilməsinə nail ola bilməsiydi.

Fərəhli haldır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü və  dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri quran Fondun Müşahidə Şurasının sədri kimi Vətənin Umud Rəhimoğlu obrazı BMT Beynəlxalq Mətbuat İnstitutunun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, ayrı-ayrı federasiyaların, departamentlərin, komissarlıqların, institutların, komissiyaların, səfirliklərinin və digər beynəlxalq qurumların etibarlı tərəfdaşı kimi dünyada sülhün və dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan müzakirələrdə yaxından iştirak edir, informasiya müharibəsində düşmən cəbhəsi ilə ciddi mübarizə aparır.

Vətənin Umud Rəhimoğlu obrazının əsas qollarından biri də poeziya və milli publisistikadır. Bu obrazın bədii yaradıcılıq və publisistik qolunu müasir poeziyamızın və jurnalistikamızın özünəməxsus və uğurlu qollarından biri kimi dəyərləndirirəm, şeirlərini ədəbiyyatımızın, məqalələrini isə mətbuatımızın ən gözəl nümunələrindən hesab edirəm. 

Xalqımızın milli sərvəti və varlığının təsdiqi olan ana dilimizin ənənələrinə söykənən mükəmməl yaradıcılıq qabiliyyətinə malik olan şairin şeirlərində qəlbi vətən eşqi ilə döyünən qeyrətli oğul və qızlarımızın vətənpərvərliyi, döyüş əzmi, sevgi və  həsrət motivləri ustalıqla təsvir olunur. Şairin hərbi xidmətdə olduğu vaxtlar qələmə aldığı şeirlərinin birində belə misralar var:

Mənim kipriklərim sərhəd dirəyi- 

Ətalət gözümə yol tapmaz yatam! 

Sinəmin altında əsgər ürəyi, 

Özüm sülh arzulu bir kainatam! 

Umud Rəhimoğlunun hələ gənclik illərindəki poetik düşüncələri sülh mövzusundan keçirdi və  bu məsələ onun hazırda uğurla apardığı ictimai fəaliyyətində də özünü büruzə verir.

Şairin “Bir üzüm Tanrıya sarı, Bir üzüm qəlbimdəki ağrıya sarı...” deyiminin fəlsəfi ümumiləşdirməsi isə belə təsvir olunur:

Keçir içimizdən bütün ölümlər,

Çiçək ölümü də, quş ölümü də.

Ölüm olan yerdə dərd var, zülüm var

Hər dərddən, zülümdən sonra ölüm var.

Vətənin Umud Rəhimoğlu obrazının poeziya qolundakı bütün məziyyətləri ilə birlikdə vətənpərvərliyin də ən yüksək meyarlarından biri olan cəsarət xarakterini çox bəyənirəm. Şeirin ümdə keyfiyyətlərindən biri də təbii ki, cəsarətdir, özü də vətənpərvər, eyni zamanda bəşəri cəsarət:

Cəsarət ilahi hikmətlə dolu 

Sabaha səsləyən bayatımıdır?!. 

Cəsarət bəşərin inkişaf yolu, 

Haqqın, azadlığın boy artımıdır. 

Bəli, Vətənin Umud Rəhimoğlu obrazının poetik dünyası dolğun və zəngin duyğularla cilalanıb və əbədiyaşardır...

Ömrünün şərəfli yubiley yaşına qədəm qoyan bu ləyaqətli Vətən obrazına demək istəyirəm ki,  İndi bu Vətənin hər yeri bizimdir.  Biz dünən hər birimiz Qarabağlıydıq! Biz bu gün hər birimiz Qərbi Azərbaycanlıyıq.  Biz sabah hər birimiz Bütöv Azərbaycanlı olacağıq.

Vətən obrazlı oğulların yaşı elə Vətənin yaşı, yubileyi elə Vətənin yubileyidir. Vətən yaşın, Vətən yubilleyin mübarək olsun, şanlı Vətənin Umud Rəhimoğlu obrazı! 

Ramiz Qusarçaylı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tünzalə Ağayeva imicini dəyişdi “Xınalı qız”

28 May 2026 11:52see195

Nəriman milliyə dəvət olundu FOTO

27 May 2026 22:21see194

İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi

28 May 2026 00:38see191

28 May Respublika Günü qeyd olunur

28 May 2026 01:18see191

Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

28 May 2026 01:26see184

İşçi qüvvəsinin çatışmazlığı xüsusi bir problem yaradır...

27 May 2026 19:46see183

İrandakı müharibə Toyota ya zərbə vurdu: 83 min avtomobil...

28 May 2026 02:31see180

“Bayer” transferi rəsmiləşdirdi

28 May 2026 21:03see179

Belə yerlərdə saxlanılan dərmanlar zəhərə çevrilir

27 May 2026 20:35see176

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

27 May 2026 20:06see170

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

27 May 2026 19:45see168

Rəqsanənin kiçik qzından diqqət çəkən PAYLAŞIM: Hamı gedəndə belə...

28 May 2026 13:59see167

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see164

Ümid edirik ki, bir neçə saat ərzində İranla... Rubio

27 May 2026 21:43see161

Rus ordusu Xersonu vurdu: ata öldü, xanımı və qızları isə...

27 May 2026 23:59see159

Yağış, dolu, 31° isti…

28 May 2026 13:40see158

İsrail ordusu Qəzzada binaya zərbə endirib: 7 ölü, 18 yaralı

28 May 2026 01:24see152

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see151

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see149

ABŞ də 28 May münasibətilə bəyannamə imzalandı

28 May 2026 19:32see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri