Icma.az
close
up
RU
Umud Rəhimoğlu Berkli Universitetinin “Kühn Təşəbbüsü sülh mərkəzi”nin Xarici Müşavirlər şurasına seçilib

Umud Rəhimoğlu Berkli Universitetinin “Kühn Təşəbbüsü sülh mərkəzi”nin Xarici Müşavirlər şurasına seçilib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya şöhrətli Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin uzun illər çalışdığı və fəxri professor olduğu Berkli Kaliforniya Universitetində Azərbaycanın yaxın dostu, “Sülhün Kökləri” (Roots of Peace) təşkilatının təsisçisi və rəhbəri və 2023-cü ilin Dünya Ərzaq Mükafatı laureatı olan xanım Haydi Kuhnün təşəbbüsü ilə “Münaqişədən sonrakı inkişaf araşdırmaları üzrə Kühn Təşəbbüsü” mərkəzi yaradılıb.

APA xəbər verir ki, açılış mərasimində dünyanın nüfuzlu alimlərinin, müvafiq sahə üzrə ekspert-mütəxəssislərin və humanitar missiya daşıyan təşkilat liderlərinin iştirakı ilə “Kənd təsərrüfatı vasitəsilə sülhün yetişdirilməsi və sülh iqtisadiyyatının müəyyənləşdirilməsi” mövzusunda müzakirə təşkil olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev (Rəhimoğlu-red.) də tədbirin iştirakçıları arasında olub. O, yeni yaradılan “Kühn Təşəbbüsü sülh mərkəzi”nin Xarici Müşavirlər şurasına seçilib.

Mərkəzin təsisçisi və əsas təşəbbüskarı olan Haydi Kuhn açılış nitqi ilə çıxış edib:

“Heç şübhəsiz, bu təşəbbüs təkcə Berkli Universiteti və bizim üçün deyil, bütün dünya ictimaiyyəti üçün tarixi bir məqamdır. İki onillikdən artıqdır ki, “Sülhün Kökləri” təşkilatı müharibədən zərər çəkmiş regionlarda minalı sahələri məhsuldar ərazilərə çevirmək üçün çalışır. Berkli Universitetinin dəstəyi ilə artıq bu missiyanı genişləndirmək və sülhə can atan icmalar üçün praktik həllər işləyib hazırlamaq üçün akademik mərkəzə sahibik”, - deyə Haydi Kühn bildirib.

Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Əsəd Əhməd də təşkilatçı tərəfdaş olaraq fikirlərini bölüşüb:

“Bu təşəbbüs Berkli Universitetinin münaqişədən sonrakı inkişaf sahəsində zəngin təcrübəsini və kənd təsərrüfatına yatırımları vasitəsilə sülhü dəstəkləyən Haydi Kuhnün inamlı baxışını bir araya gətirən mühüm platformadır. Şübhəsiz ki, bu mərkəzlə gələcəyə yönəlmiş sülh missiyasını dəstəkləməkdən qürur duyuruq”.

“Sülhün Kökləri” təşkilatı və Berkli Universitetinin birgə əməkdaşlığı çərçivəsində əsası qoyulan bu mərkəz münaqişələrdən təsirlənmiş regionlarda kənd təsərrüfatı vasitəsilə sülhün bərqərar edilməsinə həsr olunmuş yeni bir təşəbbüsü özündə birləşdirir. Mərkəzin yaradılmasının əsas məqsədi kənd təsərrüfatı və iqtisadi inkişafı müharibədən çıxmış ölkələrdə sabitliyə aparan yollar kimi inkişaf etdirməkdən ibarətdir. Kühn Təşəbbüsü kənd təsərrüfatı elmi, təbii resursların idarə olunması, iqtisadiyyat, münaqişə araşdırmaları və beynəlxalq inkişaf kimi müxtəlif sahələrdən mütəxəssisləri bir araya gətirəcək. Sonda müharibədən zərər çəkmiş torpaqların bərpası və inkişafı naminə Haydi Kunün başlatdığı “Ağ qızılgül kampaniyası” çərçivəsində birgə qlobal çağırış edilib.

Tədbirdən sonra BAMF prezidenti Umud Mirzəyev deyib:

“Berkli Universitetində ilk andan özümə qarşı özəl bir münasibət hiss etdim. Hər şeydən əvvəl bu özəl yanaşma dahi həmyerlimiz, dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin azərbaycanlı olmasından irəli gəlirdi. Tədbirin sonunda onun vaxtilə işlədiyi elektrik mühəndisliyi və kompüter elmləri fakültəsinin tədris korpusunda oldum. Korpusun həyətində gəzəndə böyük qürur hissi keçirirdim. Onun Bakıdakı məzarının fotosunu Universitetin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Əsəd Əhmədə xatirə olaraq təqdim etdikdən sonra, onu Bakıya dəvət etdim. Professor Əsəd Əhməd də bu təklifi yüksək qiymətləndirdiyini dilə gətirdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Sentyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri