Icma.az
close
up
RU
Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi Foto

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi Foto

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə Vətən müharibəsində qazanılmış Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Andı” adlı ədəbi-bədii gecə keçirilib.

Axar.az xəbər verir ki, tədbir noyabrın 3-də Heydər Əliyev Sarayında baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sevinc Orucova: “Qarabağ sevdasından heç vaxt dönmədik"

Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova zəfərimizin ildönümünü qeyd etməyin hər birimiz üçün qürurverici olduğunu bildirib.

“Dəyərli gəncliyimiz, sizinlə Zəfərimizin 5 illiyi öncəsi görüşmək bizim üçün, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, qürurvericidir. Nə xoş günümüzə ki, artıq zəfərimizi birlikdə qeyd edirik. Bu günlərə gəlmək üçün Azərbaycan Ordusu və qəhrəman xalqımız 30 il ərzində mübarizə apardı. Heç vaxt Qarabağ sevdasından, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mücadilədən vaz keçmədik.

Aprel döyüşlərində Zəfərə gedən yolun başlanğıcı qoyuldu. 2020-ci ilin 27 sentyabrında başlayan azadlıq mübarizəsi 44 gündə Şuşa zəfəri ilə yekunlaşdı. 2023-cü ilin sentyabrında 23 saatlıq döyüş əməliyyatlarında isə Azərbaycan Ordusu Xocalı, Ağdərə və Xankəndini azad edərək dövlət suverenliyini tam bərpa etdi. Bu yolda şəhidlərimiz oldu. Hər birimiz o acının daşıyıcısıyıq, lakin eyni zamanda qürur hissi yaşayırıq. Onların məzarları önündə biz artıq Zəfər müjdəsini vermişik.

“Zəfər” İctimai Birliyinin 2017-ci ildə yaradılması ilə qadın hərəkatı kimi başladıq və bu illər ərzində şəhid ailələrinin səsini cəmiyyətə çatdırmağa çalışdıq. Bu yolda bizə dəstək olan Gənclər Fonduna, Mədəniyyət Nazirliyinə, “Veysəloğlu” Şirkətlər Qrupuna və “Böyük Qayıdış” Gənclər Hərəkatına təşəkkür edirəm. Qəhrəmanlarımızın mirasına sahib çıxan gənclərimizi gördükcə qürurlanırıq. Siz müstəqil və suveren Azərbaycanın gənclərisiniz. Onlar sizə bütün Azərbaycanı bəxş etdilər. Şəhidlərimizi daim qürurla, ehtiramla yad edin və onların ailələrinə diqqət və sevgi ilə yanaşın. Çünki onlar bizə əmanətdir”, - Sevinc Orucova qeyd edib.

Südabə Qazıyeva: “Şuşada qəhrəmanlıq muzeyi yaradılmalıdır”

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Valeh Bədəlovun anası Südabə Qazıyeva qeyd edib ki, Azərbaycanın igid oğulları öz cəsarətləri ilə dünyaya meydan oxudular.

“2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı Ali Baş Komandandan sıravi əsgərə qədər hər kəs səfərbər oldu. Qürurlu xalq bir yumruq kimi ordunun arxasında birləşdi və biz qələbə qazandıq. Oğullarımız öz cəsarətləri ilə dünyaya meydan oxudular. Hər bir şəhid ailəsi üçün təsəlli odur ki, övladlarımızın xatirəsi unudulmur, adları əbədiləşdirilir.

Mən həm də müəlliməm və gənc nəsilə qəhrəmanlıq nümunələrinin çatdırılmasının vacibliyini dərindən anlayıram. Ona görə istəyirəm ki, qəhrəmanlarımızın həyat yolunu əks etdirən muzeylər yaradılsın, filmlər çəkilsin.

Bu il şəhid ailələri ilə birlikdə Çanaqqalaya səfərimiz zamanı Türk gəncliyinin vətənpərvərlik ruhunu görüb qibtə etdim. Mən istərdim ki, bizim müqəddəs Şuşa şəhərimizdə də belə xatirə kompleksi yaradılsın.

Ayaq basdığınız bu torpaq 30 illik həsrətin torpağıdır. Onun azadlığı uğrunda çox qurbanlar verildi. Oğullarımızın qarşısında iki seçim vardı: ya Azərbaycan tarixin səhifəsindən silinəcəkdi, ya da alnıaçıq və üzüağ qalib gələcəkdi. Biz ikinci yolu seçdik.

İndi vəzifəmiz bu ruhu, bu birliyi, bu gücü nəsildən-nəsilə ötürməkdir. Arzum budur ki, dövlətimiz elə güclü olsun ki, heç bir imperiya, plan quran ölkə biz tərəfə kəm baxışla baxmağa cürət etməsin. Qəhrəman oğullarımız bütün döyüşlərdə düşməni və onların havadarlarının planlarını alt-üst ediblər. Bu gün də o oğullarımızın davamçıları var, onlar öz yerlərini siz gənclərə veriblər.

Bu gün Böyük Qayıdış başlayıb, Qarabağ dirçəlir, insanlar geri dönür. Şəhid ailələri olaraq buna çox sevinirik. Xalqımıza arzu edirəm ki, heç bir zaman qürurunu itirməsin, çünki biz qürurlu xalqıq. Biz 100 il əvvəl demokratik dövlət qurmuş xalqın nümayəndəyik. Bu yurdda min illər əvvəl də dövlətlər olub. Azərbaycan xalqı heç vaxt əsarətə boyun əyməyib, bundan sonra da əyməyəcək", - Südabə Qazıyeva bildirib.

Zaur Hüseynov: “Qarabağın azadlığı xalqımızın birliyinin təntənəsidir”

Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, “Böyük Qayıdış” Gənclər Təşkilatının fəxri üzvü Zaur Hüseynov vurğulayıb ki, şəhidlərimiz Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdılar.

“Belə mənalı tədbirdə çıxış etmək mənim üçün böyük şərəfdir. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin simasında Azərbaycanın adını tarix boyu ucaldan dahi şəxsiyyətlərimizi, milli kimliyimizi yaşadan qəhrəmanlarımızı qürurla anmaqdan böyük məmnunluq duyuram. Azərbaycanın qəhrəman oğul və qızlarının canı bahasına bu torpaqlar hər zaman qorunub və biz onların irsini yaşadaraq bu günlərə gəlmişik.

5 il əvvəl başlayan Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin və silahdaşlarımızın göstərdiyi igidliklər danılmazdır. Mən bu gün onların səsi olaraq danışıram. O səngərlərin, qayalıqların, qardaş itkisinə şahidlik edən gecələrin səsini buradan çatdırıram.

Cənab Ali Baş Komandan demişdi: "Biz bayrağımızı öz torpaqlarımıza sancırıq". Bəli, biz o bayrağı Cəbrayılda, Hadrutda, Füzulidə, Xocavənddə və nəhayət, Şuşada sancdıq. O qələbə Azərbaycan əsgərinin cəsarəti, xalqımızın birliyi və dövlətimizin qüdrəti sayəsində mümkün oldu. Şükürlər olsun ki, Vətən müharibəsi Qarabağla bağlı düşüncələrimizi dəyişdi, biz azad Qarabağla bərabər, suverenliyimizi də bərpa etdik.

Bu qələbə xalqımızın birliyinin nəticəsidir. Biz cəbhədə döyüşərkən hiss edirdik ki, arxamızda xalq dayanıb. Qarabağ uğrunda mübarizədə milli ruh, vətən sevgisi və sarsılmaz iradə bizi qələbəyə apardı. Biz şəhid verdik, qan tökdük, amma qələbə qazandıq. Bu Zəfər Azərbaycan əsgərinin gücünün, xalqımızın birliyinin və Ali Baş Komandanın sərkərdəlik qabiliyyətinin təntənəsi idi.

Vətənpərvərlik təkcə vətəni sevmək deyil, onun uğrunda canını fəda etməyə hazır olmaqdır.

Bizim şəhidlərimiz bu torpaqların azadlığı və suverenliyi naminə canlarından keçərək ən ali zirvə olan şəhidlik zirvəsinə ucaldılar. Onlar bizim üçün əbədiyyətin simvolu, qəhrəmanlıq dastanıdır. Onlar Azərbaycan tarixinin ən parlaq səhifələrini yazanlardır. Bizim borcumuz onların əziz xatirəsini daim uca tutmaq və gələcək nəsillərə ötürməkdir. Əziz gənclər, biz bu gün öz təhsilimizdə, işimizdə, ailəmizdə, övladlarımızı böyüdərkən vətənpərvərliyi yaşatmalıyıq. Parlaq gələcək üçün güclü dövlətə, güclü dövlət üçün sağlam və məsuliyyətli cəmiyyətə, sağlam cəmiyyət üçün isə fərdi intizam və məsuliyyətə ehtiyac var”, - Zaur Hüseynov qeyd edib.

Zəfər ruhunu yaşadan səhnə

Gecədə gənc döyüşçülərin torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqlar tanınmış incəsənət xadimləri və yaradıcı gənclərin iştirakı ilə hazırlanan “Zəfər Andı” adlı ədəbi-bədii kompozisiyada əks olunub.

Kompozisiyanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, ssenari müəllifi isə əməkdar mədəniyyət işçisi İlqar Fəhmi olub.

Səhnədə Qarabağ müharibəsinə, Xocalı faciəsinə, 44 günkük müharibəyə, qazandığımız tarixi qələbəyə, Şuşa zəfərinə, əsgər qəhrəmanlığına, xalqın birliyinə və suverenliyimizin bərpasına həsr olunan səhnəciklər nümayiş etdirilib.

Kompozisiyada Azərbaycanın tanınmış sənət nümayəndələri - Xalq artistləri Tünzalə Ağayeva, Gülyaz və Gülyanaq Məmmədova, Azər Zeynalov, əməkdar artistlər Nuriyyə Hüseynova, Manana Caparidze, Babək Niftəliyev, Cahangir Qurbanov, eləcə də müğənnilər Azad Şabanov, Cavid Məmmədov, Çingiz Mustafayev və Çinarə Məlikzadə çıxış ediblər.

Səhnə obrazlarını əməkdar artist Həcər Ağayeva, aktyor və aktrisalar Aygün Fətullayeva, İlahə Həsənova, Gövhər Şabanova, Nəsibə Can Əliyeva, Aynur Bayramova, Ayla Əliyeva, Anar Seyfullayev, Anar Səfiyev, Bəhram Həsənov, Sənan Kazımov, İlhan Sadıqov, Yusif Yusifli və Hüseyn Bayramov canlandırıblar.

Tədbir “Zəfər Andı” kompozisiyası ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Noyabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see232

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see216

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see211

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see209

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see198

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see192

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see162

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri