Veteran cüdo üzrə dünya çempionu: “Hədəf nə idisə, ona da çatdıq”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda veteran cüdoçular arasında keçirilən dünya çempionatında qızıl medal qazanan Məmmədəli Mehdiyevin (100 kq) əsas məqsədi fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq olub.
“Bu turnirə gələndə ancaq qızıl medal haqqında düşünürdüm, başqa fikir ola da bilməzdi. Düzünü desəm, görüşlərin bu qədər çətin keçəcəyini gözləmirdim. Xüsusilə ikinci qarşılaşmada gürcüstanlı cüdoçu ilə gərgin mübarizə alındı. Lakin yarışa yaxşı hazırlaşmışdım və məğlubiyyət haqqında düşünmürdüm. Hədəf nə idisə, ona da çatdıq”, - deyə cüdoçu report.az-a açıqlamasında bildirib.
O, gələcək planlarından da söz açıb:
“Noyabrda keçiriləcək Avropa çempionatına qatılmağı planlaşdırırdım. Lakin Daxili İşlər Nazirliyi 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş qurumlararası yarış təşkil edəcək. Bu səbəbdən həmin turnirdə çıxış etməyi seçdim və qitə çempionatından imtina etdim”.
Qeyd edək ki, Məmmədəli Mehdiyev yarışın ilk günündə M1 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 Sentyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















