Icma.az
close
up
RU
Veysəl Rzayev: Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq

Veysəl Rzayev: Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

 "Turan Tovuz"un yarımmüdafiəçisi Veysəl Rzayev apasport.az saytına müsahibə verib. 

- Mövsümü "Turan Tovuz"da keçirdin. Komanda avrokuboklara yaxın olsa da, sonda bunu bacarmadı. Mövsümü komanda üçün necə dəyərləndirirsən?
- Mövsümü dəyərləndirsəm, pis deyil. Amma daha yaxşı da ola bilərdik. Avrokuboklara şansımız var idi. Təəsüf edirəm ki, bu şansı əldən qaçırdıq. "Sabah"ı təbrik edirəm və uğurlar arzulayıram.

- "Turan Tovuz"un Avropaya gedib-getməməsi "Qarabağ"ın "Sabah"ı kubokun finalında məğlub etməsindən asılı idi. Sənin həmin oyun haqda ehtimalın necə idi?
- "Qarabağ"ın qələbə qazanacağını düşünürdük. Amma bu futboldur və futbolda belə oyunlar, hallar olur. "Sabah" sona qədər mübarizə apardı və xarakter göstərdi, layiqli də qələbə qazandı. Buna görə onları təbrik edirəm. 

- Ümumiyyətlə, özünün "Turan Tovuz"dakı çıxışını, performansını necə dəyərləndirirsən? Yaxşı çıxış etdiyini düşünürsən, yoxsa daha yaxşı ola bilərdi?
- Bu sezon şansım az oldu. Özümü istədiyim kimi göstərə bilmədim və bunu da normal qarşılayıram. Ümumi götürsək, yaxşı çıxış etdiyimi düşünmürəm. Daha çox çalışıb, daha yaxşı nəticələr verəcəyimə inanıram.

- Maraqlıdır, fərqli klublardan təkliflər almısan? Hansı addımı atmağı planlaşdırırsan?
- Bu barədə hələ tam qərar olmadığı üçün bir şey deyə bilməyəcəm. 

- Yeni mövsüm Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Buna görə yerli futbolçulara çox da güvənilməyəcəyi ehtimal olunur. Sənin bu barədə fikrin necədir?
- Bu qərarın Azərbaycan futboluna müsbət və ya mənfi olacağını zamanla görəcəyik. Amma yenə də yerli futbolçulara daha çox şans verilməsini istəyərdim. Lakin yenə də çalışıb əziyyət çəkmək lazımdır. Hər bir futbolçu öz inkişafını düşünməlidir.

- "Turan Tovuz" özü necə, sənə yeni müqavilə təklif edib? Səncə, Kurban Berdiyevin istədiyi oyunçular siyahısında özünə yer etmisən?
- "Turan Tovuz"la müqaviləm var. Amma tam olaraq məlumat yoxdur.

“Şamaxı” futbolçusu ilə müqavilə yeniləyib "Zirə" futbolçusu ilə müqavilə müddətini uzadıb “Zirə” 2 futbolçusu ilə yollarını ayırıb “Arsenal”ın müdafiəçisi İtaliya klubunun radarına düşüb “Neftçi” istəmədi, 2 müştəri çıxdı -  EKSKLÜZİV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 İyun 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri