Icma.az
close
up
RU
“Veysəllə danışmışam, lazım olan sözləri demişəm” MÜSAHİBƏ

“Veysəllə danışmışam, lazım olan sözləri demişəm” MÜSAHİBƏ

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhriyar Əliyev uzun müddətdi zədədən əziyyət çəkir.

“Turan Tovuz”un hazırda İstanbulda olan kapitanı bir neçə sualımıza cavab verdi.
- Sağlıq durumun necədi? Bərpa prosesi necə gedir?
- Müalicəm davam edir, fərdi məşqlərə başlamışam. Yəqin ki, mövsüm mənim üçün bitib. Son qərarı həkimlər verəcək.
- “Feysbuk”da İstanbuldan paylaşımlar edirsən. Sirr deyilsə, səfərin məqsədini deyə bilərsən?
- Müalicə prosesi burda davam edir.
- “Turan Tovuz”un bu mövsüm avrokuboklara vəsiqə qazanmaq hədəfi nə dərəcə realdı (söhbət dünənki oyundan əvvəl olub – red.)? Şansınız nə qədərdi?
- Çempionatda gərgin mübarizə gedir. “Zirə”, “Araz-Naxçıvan”, biz, “Sabah”, “Neftçi” kimi komandalar avrokuboka vəsiqə uğrunda mübarizə aparır. Kubokda da “Neftçi” ilə “Sabah” arasında ciddi mübarizə gedir. Mövsümü 3-cü yerdə bitirmək istəyirik. Dördüncü yeri tutsaq, “Araz-Naxçıvan”la “Qarabağ”dan birinin kuboku qazanmasını arzulayacağıq.
- “Turan Tovuz”un son ev oyununuzda azarkeş sayı baxımından antirekord oldu. Bunun səbəbi nədi? Veysəl Rzayevin “Səbail”lə oyundan sonra azarkeşlərlə dalaşması onları küsdürmüş ola bilərmi?
- Düşünmürəm ki, azarkeşlərimiz küsüb. Onlar həmişə bizim yanımızdadı. Avrokuboklara vəsiqə qazanıb azarkeşlərlə birgə sevinmək istəyirik.
- Veysəldən söz düşmüşkən, komandanın kapitanı kimi ona nəsə dedinmi?
- Müalicəmə görə bir aydı Türkiyədəyəm. Onunla danışmışam. Kapitan, böyük qardaş kimi lazım olan sözləri demişəm, başa salmışam. Özü də hər şeyi çox yaxşı başa düşüb, azarkeşlərimizdən üzr istəyib. Hər kəsi başa düşmək lazımdı. Futbolçular da qələbə qazanmaq istəyir.
- Kurban Berdıyevin qırmızı vərəqə almasını necə dəyərləndirirsən? Nə dərəcədə düzgün qərar idi?
- Həm məşqçidə, həm futbolçularda emosionallıq olur. 90+4-də etiraza görə birbaşa qırmızı vərəqə, 4 oyunluq cəza almışam. Oyunları televiziyadan izləyirəm, nə başverdiyini bilmirəm. Ona görə də nəsə deyə bilməyəcəm.
- “Turan Tovuz” qışda Hayderson Urtado, Martins De Paula, Orxan Əliyev, Rəhim Sadıxov, Anton Kraçkovski, Joarlem Batista kimi futbolçular transfer etdi. Bu transferlər ümidləri nə dərədəcə doğrultdu?
- Hər kəs komandaya xeyir verməyə çalışır. Düzdü, uyğunlaşma prosesi çətin gedir. Onları da başa düşmək olar, sistemimiz başqa komandalarla müqayiəsədə çətindi.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Aprel 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri