Icma.az
close
up
RU
Vəzifədə olarkən ölən məmurlar Virus, dəm qazı, qəza... FOTO

Vəzifədə olarkən ölən məmurlar Virus, dəm qazı, qəza... FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstər ölkəmizdə, istərsə də dünyada vəzifəli şəxslərin həyatı hər zaman diqqət mərkəzində olub – onların uğurları, istefaları, şəxsi seçimləri və bəzən də qəfil gedişləri. Bu da yarımçıq planlar, masa üzərində açıq qalmış sənədlər və geridə qalan xatirələr deməkdir...

Azərbaycanda bir sıra dövlət məmurları-nazirlər və müavinləri, rektorlar, eyni zamanda millət vəkilləri vəzifəsini icra etdiyi müddətdə vəfat ediblər. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo” bu dəfə vəzifədə olarkən gözlərini həyata əbədi yuman məmurlarla bağlı yazı hazırlayıb.

Onlardan biri 2006-2021-ci illərdə gənclər və idman naziri olan Azad Rəhimovdur. Sabiq nazir 2021-ci ilin 30 aprelində 56 yaşında ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə aldığı Nyu-York xəstəxanasında vəfat edib. A.Rəhimov həmin ilin 2 mayında İkinci Fəxri Xiyabanda dəfn olunub.

12 il energetika naziri (indiki adı ilə) işləyən Natiq Əliyev də 69 yaşında xidmət başında dünyasını dəyişib. O bu vəzifəni 2005-2017-ci illər arasında icra edib. Mərhum nazirin ölüm səbəbi ürək çatışmazlığı olub. O da İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

2006-2018-ci illərdə müdafiə sənayesi naziri olan 68 yaşlı Yavər Camalov da digər iki həmkarı kimi vəzifədə ikən ölüb. Eks-məmur 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, iyunun 24-də Şüvəlan qəbirstanlığında dəfn olunub.

23 il maliyyə nazirinin birinci müavini kimi çalışan İlqar Fəti-zadə isə 2022-ci ilin 14 aprel tarixində uzunsürən xəstəlik səbəbilə 66 yaşında dünyasını dəyişib. İ.Fəti-zadə 1999-2006-cı illərdə Əvəz Ələkbərovun, 2006-cı ildən vəfat etdiyi tarixə qədər isə Samir Şərifovun müavini işləyib.

1999-2018-ci illərdə səhiyyə naziri Oqtay Şirəliyevin müavini olan Abbas Vəlibəyov 71 yaşında həyata gözlərini yumub. O, 2018-ci il aprelin 9-da qəfil ürəktutmadan ölüb.

Bir vaxtlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini işləyən general-leytenant Nazim Məmmədov da vəzifə müddətində dünyadan köçüb. O, bu vəzifəni 2018-2022-ci illərdə icra edib. N.Məmmədov ömrünün 70-ci ilində koronavirusdan vəfat edib.

Cəmi 1 il Ağsunun icra başçısı ola bilən Vahid Tağıyev də pandemiya qurbanlarından olub. Koronavirusdan vəfat edən mərhum 2019-2020-ci illərdə sözügedən vəzifəni icra edib. Sabiq icra başçısı 59 yaşında həyatla vidalaşıb.

Naftalanın sabiq icra başçısı Rövşən İbrahimov da həmkarı Vahid Tağıyev kimi cəmi 1 il (2018-2019-cu illərdə) vəzifədə qalıb. Onun meyiti yaşadığı evdən tapılıb. İlkin məlumatda eks-məmurun ürəktutmadan öldüyü deyilsə də, sonradan dəm qazından boğulduğu məlum olub. Həmin vaxt mətbuata açıqlama verən mərhumun köməkçisi Yavər Aslanov isə bu versiyanın da ehtimal olduğunu, ekspertizanın rəyini gözlədiklərini qeyd edib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov da vəzifədə ikən ölən məmurlar arasındadır. O, 2024-cü ilin sentyabrında 63 yaşında Türkiyədəki xəstəxanada ürək əməliyyatından sonra həyatını itirib. K.Həsənov uzun illər “Azərsu” ASC-nin sədr müavini vəzifəsində çalışıb, ötən ilin yayından etibarən isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə sədr vəzifəsini icra edib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yarandığı tarixdən- 1998-ci ildən agentliyin baş direktoru olan Nazim İsmayılov da xidməti zamanı dünyadan köçüb. O, 2014-cü ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.

2007-2018-ci illərdə Şəhərsalma və Arxitektura Komitəsinin sədri olan Abbas Ələsgərov da səlahiyyəti müddətində ölüb. O, 81 yaşında ürəktutmadan vəfat edib.

Cəmi 2 ay Naxçıvanın Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində çalışan Əkrəm Hüseynzadə 41 yaşında ağır xəstəlik səbəbilə dünyadan köçüb. Belə ki, o, 2024-cü il iyulun 31-də Naxçıvan MSK-nın sədri təyin olunub və həmin ilin 8 oktyabr tarixində vəfat edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəzifədə olarkən dünyasını dəyişib. Geoloq 2023-cü ildə 93 yaşında vəfat edib. O, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti,  2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti idi.

2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Mahmud Kərimov da vəzifə başında həyatla vidalaşanlar arasındadır. Respublikada fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. “Şöhrət” Ordenli alim 2013-cü ildə Bakıda vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev də vəzifədə olan zaman dünyasını dəyişib. M.Nəbiyev 2022-ci ildə həyata gözlərini yumub. Qeyd edək ki, o, 2000-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri postunda çalışıb.

Səlahiyyəti müddətində vəfat edən vəzifəlilər arasında rektorlar da var:

2015-2019-cu illərdə Dövlət Dəniz Akademiyasının rektoru olan Çingiz Əliyev 56 yaşında xərçəng xəstəliyindən ölüb.

1997-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) rektoru olan Siyavuş Qarayev 72 yaşında vəfat edib. O, uzunsürən xəstəlik səbəbilə həyatla vidalaşıb.

Milli Məclisin deputatlarından da seçildiyi müddətdə dünyadan köçənlər az deyil: 

VI çağırış Milli Məclisin deputatı Fəttah Heydərov pandemiya ərəfəsində - 2020-ci ilin avqustunda həyatla vidalaşıb. 82 yaşlı millət vəkili uzunsürən xəstəlikdən əziyyət çəkib.

75 yaşlı Madər Musayev 2023-cü ilin 14 iyulunda ağciyər və böyrək çatışmazlığından dünyasını dəyişib. O da VI çağırışda millət vəkili olub.

VI çağırışda deputat olan Qənirə Paşayeva isə naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə 2023-cü ilin 23 sentyabrında xəstəxanaya yerləşdirilib. 48 yaşlı deputat 5 gün sonra orada vəfat edib.

III, IV və V çağırış Milli Məclisin deputatı olan Astan Şahverdiyev 2018-ci ildə 71 yaşında vəfat edib. O da ürəktutmadan ölən vəzifəlilər arasındadır.

III və IV çağırış deputatı Hikmət Atayev isə 60 yaşında vəfat edib. O, idarə etdiyi avtomobilin başqa bir maşınla toqquşması nəticəsində 2013-cü ildə hadisə yerində dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 İyun 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see356

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see248

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see211

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see191

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see175

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see159

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see145

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see145

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see143

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see136

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see132

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see130

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see127

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see124

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see123

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri