Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Vəzifədə olarkən ölən məmurlar Virus, dəm qazı, qəza...

Vəzifədə olarkən ölən məmurlar Virus, dəm qazı, qəza...

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İstər ölkəmizdə, istərsə də dünyada vəzifəli şəxslərin həyatı hər zaman diqqət mərkəzində olub – onların uğurları, istefaları, şəxsi seçimləri və bəzən də qəfil gedişləri. Bu da yarımçıq planlar, masa üzərində açıq qalmış sənədlər və geridə qalan xatirələr deməkdir...

Azərbaycanda bir sıra dövlət məmurları-nazirlər və müavinləri, rektorlar, eyni zamanda millət vəkilləri vəzifəsini icra etdiyi müddətdə vəfat ediblər.

“Qafqazinfo” bu dəfə vəzifədə olarkən gözlərini həyata əbədi yuman məmurlarla bağlı yazı hazırlayıb.

Onlardan biri 2006-2021-ci illərdə gənclər və idman naziri olan Azad Rəhimovdur. Sabiq nazir 2021-ci ilin 30 aprelində 56 yaşında ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə aldığı Nyu-York xəstəxanasında vəfat edib. A.Rəhimov həmin ilin 2 mayında İkinci Fəxri Xiyabanda dəfn olunub.

12 il energetika naziri (indiki adı ilə) işləyən Natiq Əliyev də 69 yaşında xidmət başında dünyasını dəyişib. O bu vəzifəni 2005-2017-ci illər arasında icra edib. Mərhum nazirin ölüm səbəbi ürək çatışmazlığı olub. O da İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

2006-2018-ci illərdə müdafiə sənayesi naziri olan 68 yaşlı Yavər Camalov da digər iki həmkarı kimi vəzifədə ikən ölüb. Eks-məmur 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, iyunun 24-də Şüvəlan qəbirstanlığında dəfn olunub.

23 il maliyyə nazirinin birinci müavini kimi çalışan İlqar Fəti-zadə isə 2022-ci ilin 14 aprel tarixində uzunsürən xəstəlik səbəbilə 66 yaşında dünyasını dəyişib. İ.Fəti-zadə 1999-2006-cı illərdə Əvəz Ələkbərovun, 2006-cı ildən vəfat etdiyi tarixə qədər isə Samir Şərifovun müavini işləyib.

1999-2018-ci illərdə səhiyyə naziri Oqtay Şirəliyevin müavini olan Abbas Vəlibəyov 71 yaşında həyata gözlərini yumub. O, 2018-ci il aprelin 9-da qəfil ürəktutmadan ölüb.

Bir vaxtlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini işləyən general-leytenant Nazim Məmmədov da vəzifə müddətində dünyadan köçüb. O, bu vəzifəni 2018-2022-ci illərdə icra edib. N.Məmmədov ömrünün 70-ci ilində koronavirusdan vəfat edib.

Cəmi 1 il Ağsunun icra başçısı ola bilən Vahid Tağıyev də pandemiya qurbanlarından olub. Koronavirusdan vəfat edən mərhum 2019-2020-ci illərdə sözügedən vəzifəni icra edib. Sabiq icra başçısı 59 yaşında həyatla vidalaşıb.

Naftalanın sabiq icra başçısı Rövşən İbrahimov da həmkarı Vahid Tağıyev kimi cəmi 1 il (2018-2019-cu illərdə) vəzifədə qalıb. Onun meyiti yaşadığı evdən tapılıb. İlkin məlumatda eks-məmurun ürəktutmadan öldüyü deyilsə də, sonradan dəm qazından boğulduğu məlum olub. Həmin vaxt mətbuata açıqlama verən mərhumun köməkçisi Yavər Aslanov isə bu versiyanın da ehtimal olduğunu, ekspertizanın rəyini gözlədiklərini qeyd edib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov da vəzifədə ikən ölən məmurlar arasındadır. O, 2024-cü ilin sentyabrında 63 yaşında Türkiyədəki xəstəxanada ürək əməliyyatından sonra həyatını itirib. K.Həsənov uzun illər “Azərsu” ASC-nin sədr müavini vəzifəsində çalışıb, ötən ilin yayından etibarən isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə sədr vəzifəsini icra edib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) yarandığı tarixdən- 1998-ci ildən agentliyin baş direktoru olan Nazim İsmayılov da xidməti zamanı dünyadan köçüb. O, 2014-cü ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.

2007-2018-ci illərdə Şəhərsalma və Arxitektura Komitəsinin sədri olan Abbas Ələsgərov da səlahiyyəti müddətində ölüb. O, 81 yaşında ürəktutmadan vəfat edib.

Cəmi 2 ay Naxçıvanın Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində çalışan Əkrəm Hüseynzadə 41 yaşında ağır xəstəlik səbəbilə dünyadan köçüb. Belə ki, o, 2024-cü il iyulun 31-də Naxçıvan MSK-nın sədri təyin olunub və həmin ilin 8 oktyabr tarixində vəfat edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəzifədə olarkən dünyasını dəyişib. Geoloq 2023-cü ildə 93 yaşında vəfat edib. O, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti,  2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti idi.

2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Mahmud Kərimov da vəzifə başında həyatla vidalaşanlar arasındadır. Respublikada fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb. “Şöhrət” Ordenli alim 2013-cü ildə Bakıda vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev də vəzifədə olan zaman dünyasını dəyişib. M.Nəbiyev 2022-ci ildə həyata gözlərini yumub. Qeyd edək ki, o, 2000-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri postunda çalışıb.

Səlahiyyəti müddətində vəfat edən vəzifəlilər arasında rektorlar da var:

2015-2019-cu illərdə Dövlət Dəniz Akademiyasının rektoru olan Çingiz Əliyev 56 yaşında xərçəng xəstəliyindən ölüb.

1997-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) rektoru olan Siyavuş Qarayev 72 yaşında vəfat edib. O, uzunsürən xəstəlik səbəbilə həyatla vidalaşıb.

Milli Məclisin deputatlarından da seçildiyi müddətdə dünyadan köçənlər az deyil: 

VI çağırış Milli Məclisin deputatı Fəttah Heydərov pandemiya ərəfəsində - 2020-ci ilin avqustunda həyatla vidalaşıb. 82 yaşlı millət vəkili uzunsürən xəstəlikdən əziyyət çəkib.

75 yaşlı Madər Musayev 2023-cü ilin 14 iyulunda ağciyər və böyrək çatışmazlığından dünyasını dəyişib. O da VI çağırışda millət vəkili olub.

VI çağırışda deputat olan Qənirə Paşayeva isə naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə 2023-cü ilin 23 sentyabrında xəstəxanaya yerləşdirilib. 48 yaşlı deputat 5 gün sonra orada vəfat edib.

III, IV və V çağırış Milli Məclisin deputatı olan Astan Şahverdiyev 2018-ci ildə 71 yaşında vəfat edib. O da ürəktutmadan ölən vəzifəlilər arasındadır.

III və IV çağırış deputatı Hikmət Atayev isə 60 yaşında vəfat edib. O, idarə etdiyi avtomobilin başqa bir maşınla toqquşması nəticəsində 2013-cü ildə hadisə yerində dünyasını dəyişib.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri