Icma.az
close
up
RU
Ramiz Mehdiyev vəzifədə olarkən onu kimlər Allah hesab edib?

Ramiz Mehdiyev vəzifədə olarkən onu kimlər Allah hesab edib?

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına, Milli Elmlər Akademiyasına (AMEA )rəhbərlik etmiş Ramiz Mehdiyev barəsəində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ramiz Mehdiyevin yüksək vəzifədə olduğu müddətdə hakim partiyadan çoxsaylı insanları incik salması faktları da olub. Həmin şəxslərdən biri də Azərbaycanın İstanbuldakı keçmiş konsulu sabiq deputat Xeyrəddin Qocadır.

Xeyrəddin Qoca məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verib: “Vaxtilə Ümummili lider Heydər Əliyev “Literaturnaya Qazeta” da “QOY ƏDALƏT ZƏFƏR ÇALSIN” adlı bir məqalə yazmışdı və bu məqalə bütün SSRİ-yə səs salmışdı. İndi mən həmin məqaləni xatırlayıram və görürəm ki, ədakət əzəl-axır zəfər çalır! Biz, yəni indi “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olan Alqış Həsənoğlu və mən 1992-ci ildən, Yeni Azərbaycan Partiyası yaranandan indiyədək yaltaq jurnalistlərin və simasız dövlət adamlarının “Boz kardinal” adlandırdıqları Ramiz Mehdiyevlə mübarizə aparırıq. Həm də o, vəzifədə ola-ola mübarizə aparmışıq. Çoxsaylı yazılarımız, televiziya və efir çıxışlarımız indi də durur. Bu yazını isə qətiyyən yazmaq istəmirdim ki, “yıxılan ağaca balta çalan çox olar” deməsinlər. Yazını redaksiyanın təkidi ilə yazıram.

Əvvəla, onu deyim ki, Ramiz Mehdiyev Heydər Əliyevi sevənlərin, ona yaxın olanların, hörmətli bəsləyənlərin hamısına zərbələr vurub. Məsələn, mənim 23 il işsiz qalmağımın səbəbkarı o olub. Alqış Həsənoğlunu da onun haqqında tənqidi yazılar dərc etdirdiyinə görə 13 il işsiz qoyub”.

Xeyrəddin Qoca onu da əlavə edib ki, Ramiz Mehdiyev Azərbaycanda FETO rolunu oynayan şəxsdir.

“Ramiz Mehdiyev savadsız adam olduğundan, savadlı adamları heç vaxt sevməyib. Onun kitablarını da ona beyət edən şəxsiyyətsizlər yazıb!

Diqqətlə fikir versəniz, onun sifətində insan qanı yoxdur! “Boz” sözünü bəlkə də ona görə ona yaraşdırırdılar.

Heydər Əliyev bizim kimi adamları müdafiə etməsəydi, Ramiz Mehdiyev çoxdan türmələrdə çürütmüşdü! Moskva Ramizi müdafiə edirdi.

Amma mən sevinirdim ki, Ramiz Mehdiyevin işlədiyi iqtidarda mən işləməmişəm! Onsuz da elə simasızların acığına dövlət mənə həmişə böyük qayğı göstərib, ailəmə və özümə diqqətlə yanaşıb.

Ramiz Mehdiyev haqqında çox fikirlərim və faktların var, mənsiz də istintaq hər şeyi açacaq. Ramiz Mehdiyevin əlindən bütün dövlət təltifləri alınmalıdır. Əmlakı müsadirə edilməlidir. Oğurluqla, rüşvətlə, əyri yollarla qazandığı pullar xalqa qaytarılmalıdır! O vəzifədə olarkən, onu “Allah” hesab edənlər aşkara çıxarılıb, cəzalanmalıdırlar! Mənim əsəblərimə toxunan məsələlərdən biri məhz vaxtilə onun qarşısında ikiqat əyilənlərin indi əleyhinə tənqidi fikirlər danışmaları, yazmalarıdır! Onlar haqqında xüsusi tədbirlər görülməlidir!

Bir fikrim də var: Dövlətimizin içərisində kök salan belə xəyanətkarlar, simasızlar aşkar edilib, təmizlənməlidir!”– deyə Xeyrəddin Qoca əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Oktyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri