Icma.az
close
up
RU
Vəzifədən gedərkən kreslosunu da özü ilə apardı: Ölkə həm gülür, həm hiddətlənir FOTO

Vəzifədən gedərkən kreslosunu da özü ilə apardı: Ölkə həm gülür, həm hiddətlənir FOTO

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Kanadanın baş naziri Castin Trüdonun parlament binasından kreslosunu çıxararkən çəkilmiş fotosu sosial mediada geniş müzakirələrə səbəb olub. 

“Cebheinfo.az” xəbər verir ki, “Reuters”-in fotoqrafı tərəfindən lentə alınan görüntü bəzi sosial media istifadəçiləri tərəfindən yumorla qarşılanıb, digərləri isə keçmiş baş naziri tənqid edərək onu oğurluqda ittiham ediblər. Məlumata görə, Trüdo istefasından sonra baş nazir postuna namizəd Mark Karni ilə görüşərək hakimiyyətin ötürülməsi prosesinə start verib. 

Karni jurnalistlərə açıqlamasında keçidin "qüsursuz" və "sürətli" olacağını bildirib. Sosial mediada yayılan fotonu bəzi istifadəçilər zarafat kimi qəbul edib və Trüdonun bu hərəkətini, onun yumor hissini tərifləyiblər. Bir qrup istifadəçi isə keçmiş baş naziri yenidən Kanadanın resurslarını mənimsəməkdə günahlandıraraq "Trüdo Kanadanı 10 il qarət etdi... Bəs gedəndə niyə stul oğurlamasın?" kimi ifadələr işlədiblər. Bununla yanaşı, bir çoxu Trüdonun siyasətdən ayrılmasını anlayışla qarşılayıb. 

Onun parlamentdən kreslosu ilə ayrılması bəzi kanadalılar üçün simpatiya doğurub. Bir istifadəçi "Trüdo həqiqətən xoşbəxt görünür. Onun üçün darıxacağam, amma artıq ailəsi ilə vaxt keçirməyə layiqdir", - deyə yazıb.

Xatırladaq ki, Trüdo baş nazir kimi son çıxışlarında emosional anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. O, hakimiyyətin ötürülməsi prosesinə şəxsən rəhbərlik etdiyini bildirib. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Mart 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri