Icma.az
close
up
RU
Vəziyyəti gərgindir: Paşinyanın partiyasında narazılıq artır

Vəziyyəti gərgindir: Paşinyanın partiyasında narazılıq artır

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Vətəndaş Müqaviləsi” partiyasının bəzi nümayəndələri ilkin seçkilərin nəticələrini və mümkün saxtakarlıqları müzakirə etmək üçün Baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazır.

Nəşr bildirir ki, məsələnin hakim partiyanın təşəbbüs qrupunun martın 5-də keçiriləcək iclasında müzakirəsi planlaşdırılır.

Qəzet qeyd edir ki, hakim partiya heç bir ifşa prosesinin olmayacağına əmindir. Çünki partiya daxili seçkilərin saxtalaşdırılması nüfuza xələl gətirə bilər.

Qeyd edək ki, “Vətəndaş Müqaviləsi” partiyasının iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin proporsional siyahısını formalaşdırmaq üçün keçirilən səsvermənin birinci turunun nəticələri fevralın 16-da açıqlanıb.

“Hraparak” qəzeti bu nəticələrin partiya üzvləri arasında ciddi əndişəyə səbəb olduğunu yazır. İkinci seçim mərhələsi martın 27-28-də keçiriləcək.

Paşinyan jurnalistlərə açıqlamasında tam siyahının aprel ayında təsdiqlənəcəyini deyib.

Onun sözlərinə görə, qurultayın plenar iclasında Milli Məclisə seçkilərdə iştirak üçün proporsional siyahı və partiyanın seçki proqramı açıq səsvermə yolu ilə təsdiqlənəcək.

Lakin mətbuata sızan məlumatlar praymerizin nəticələrinin partiya daxilində narazılığa səbəb olduğunu göstərir. Bu isə seçkilər ərəfəsində partiyadan istefalara və elita daxili siyasi çatların yaranmasına yol aça bilər.

Bildirək ki, partiyadaxili səsvermədə əsas rəqabət birinci 50 nəfərlik siyahıya düşmək uğrunda gedib. “Vətəndaş Müqaviləsi” partiyası qalib gələcəyi təqdirdə, hökumətin tərkibinin və parlamentdə rəhbər vəzifələrin məhz 50 nəfərin içərisindən seçiləcəyi, xüsusilə ilk onluqdan formalaşacağı gözlənilir. Digərilər isə millət vəkili postu ilə kifayətlənməli olacaq.

Namizədlər siyahısında birinci yeri Baş nazir Nikol Paşinyan tutur. O, 894 səs toplayıb. “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə qalib gələcəyi halda Paşinyan yenidən Baş nazir seçiləcək.

Siyahıda 780 səslə ikinci yeri tutan hazırkı müdafiə naziri Suren Papikyanın Milli Məclisin sədri vəzifəsinə gəlmək ehtimalı böyükdür. Bu baxımdan, hazırkı spiker Alen Simonyan vəzifəsini itirəcək. Praymerizin nəticələri ilə razılaşmayanlardan biri Simonyan ola bilər.

Lakin Nikol Paşinyanın Simonyanın fəaliyyətindən narazı olduğu bildirilir. Paşinyan spiker postuna özünə daha sadiq və partiyanın siyasi xəttini daha çevik şəkildə həyata keçirən birinin gəlməsini istəyir. Bu mənada, Simonyanın partiya siyahısında 628 səslə 9-cu sırada yer alması onun “vurulduğunu” göstərir. 

“Vətəndaş Müqaviləsi” partiyasının ötən ilin sentyabr ayında keçirilmiş qurultayında rəhbər orqanlara keçirilən seçkilərdə iqtisadiyyat naziri Gevorq Papoyana yaxın adamlar daha çox yer alıb.

Hazırda “Vətəndaş Müqaviləsi” partiyasının siyasi qəraralarına G.Papoyanın və Baş nazir Aparatının rəhbəri Araik Harutyunyanın təsir imkanları daha çoxdur. 

Qeyd edək ki, Papoyan partiya siyahısında 765 səslə üçüncü, Araik Harutyunyan isə 668 səslə 7-ci yeri tutur. Dördüncü yerdə 780 səslə xarici işlər naziri Ararat Mirzoyan, 5-ci yerdə 697 səslə Vaahn Aleksanyan, 6-cı yerdə isə 687 səslə parlamentin vitse-spikeri Ruben Ribinyan mövqe yer alır.

Ən çox rezonasa səbəb olan hadisələrdən biri isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın partiya siyahısında 101-ci yerə düşməsidir. Bu isə Armen Qriqoryanın növbəti hökumətdə yer almayacağını göstərir. Ona görə də səsvermənin nəticələrinə etiraz edənlərdən birinin Qriqoryan olduğu istisna edilmir.

Xatırladaq ki, Armen Qriqoryanın adı 2022-2023-cü illərdə Nikol Paşinyanın yerinə əsas namizədlərdən biri kimi çəkilirdi. Hətta ABŞ siyasi dairələrinin Paşinyanı Qərbyönümlü Qriqoryanla əvəz etməkdə maraqlı olduğğuna dair məlumatlar yayılmışdı.

Bu kontekstdə Təhülkəsizlik Şurası katibinin 101-ci yerə atılması Paşinyanın öz potensial rəqibini sıradan çıxartması kimi başa düşülə bilər. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan partiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri