Viktor Osimhen zədə səbəbindən bir müddət “Qalatasaray“a kömək edə bilməyəcək
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Türkiyə təmsilçisi "Qalatasaray"ın hücumçusu Viktor Osimhen sol dizindən aldığı zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsində Almaniyanın "Ştutqart" komandası ilə keçirilən və İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə zədələnib.
Aparılan MRT müayinəsi zamanı 27 yaşlı futbolçunun sol diz oynağında zədə aşkarlanıb. Osimhenin sabah əməliyyat olunması planlaşdırılır.
Bu səbəbdən hücumçu Türkiyə çempionatının XI turunda "Amedspor"la keçiriləcək qarşılaşmanı buraxacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə vurduğu 10 qolla "Qalatasaray"ın ən məhsuldar futbolçusudur.
Baxış sayı:99
Bu xəbər 06 Noyabr 2026 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















