Icma.az
close
up
RU
Vilnüs Gediminas Texniki Universitetinin nümayəndə heyəti BMU da olub

Vilnüs Gediminas Texniki Universitetinin nümayəndə heyəti BMU da olub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Litva Respublikasının Vilnüs Gediminas Texniki Universitetinin (VILNIUS TECH) nümayəndə heyəti ilə Bakı Mühəndislik Universitetində (BMU) görüş keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlara universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən rektor Yaqub Piriyev çıxışında Azərbaycan dövlətinin gənclərin xaricdə təhsilinə də xüsusi diqqət göstərdiyini bildirib və bu istiqamətdə Prezident İlham Əliyevin sərəncamları ilə icra olunan dövlət proqramlarını diqqətə çatdırıb. Tam dövlət təqaüdlü proqramlar sırasında BMU və Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı barədə danışan rektor Çin universitetləri ilə də bu istiqamətdə başlanılan yeni ikitərəfli layihələrə toxunub. Rektor BMU-nun son illər beynəlxalq tərəfdaşlıq siyasətini fəal şəkildə inkişaf etdirdiyini və Avropa təhsil məkanında tanınan ali məktəblərlə də sıx əməkdaşlığa böyük önəm verildiyini deyib. BMU-nun beynəlxalq əməkdaşlıq vasitəsilə yeni təcrübə mübadiləsinə açıq olduğunu önə çəkən Yaqub Piriyev Baltikyanı ölkələrin nüfuzlu ali təhsil ocaqlarından olan VILNIUS TECH ilə əməkdaşlığın tədris və elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.

Nümayəndə heyəti adından çıxış edən VILNIUS TECH-in professoru Dalius Mazeika universitet haqqında tədqimat edib. Bildirib ki, təmsil etdiyi universitet mühəndislik, texnologiya, tətbiqi elmlər və innovasiya sahələrində aparıcı dövlət ali təhsil müəssisələrindən biridir. Universitet ağıllı şəhərlər, yaşıl enerji, robot texnologiyaları, aviasiya sistemləri, nəqliyyat mühəndisliyi və informasiya texnologiyaları istiqamətlərində elmi-tədqiqat layihələri həyata keçirir.

Görüşdə elmi əməkdaşlığın gücləndirilməsi, mübadilə və ikili diplom proqramları, eləcə də birgə tədqiqat təşəbbüsləri yönündə müzakirələr aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti BMU-nun kampusu, laboratoriyaları və elmi-tədqiqat mühiti ilə tanış olub.

Sonra nümayəndə heyəti üzvlərinin iştirakı ilə BMU-nun SABAH proqramının tələbələri üçün seminar və infosessiya təşkil olunub. Tədbirlərdə universitetin professoru Vidas Zuraulis “Mühəndislikdə AI - nəqliyyat mühəndisliyi” mövzusunda çıxış edib. Həmçinin professor Dalius Mazeika, Beynəlxalq Tədris Mərkəzinin baş meneceri Viktorija Pliuskiene və Aloha Vorld xaricdə təhsil şirkətinin direktoru Səbuhi Ağayev tərəfindən Litvada təqaüdlü təhsil imkanlarına dair təqdimatlar edilib. Görüşlərdə, həmçinin tələbələrə VILNIUS TECH-də tədris olunan ixtisaslar, yataqxana, təqaüd proqramları, tələbə həyatı, viza və yaşayış icazəsi, həmçinin qəbul şərtləri haqqında geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri